Xəbər lenti
Dünən, 19:25
 

Yalan məlumatlar uydurub yaymaq, hətta saxta abidələr düzəldərək tarixi saxtalaşdırmaq ermənilərin köhnə peşəsidir və bunu bilməyən yoxdur
 
Mayası saxtakarlıqla yoğrulan ermənilər indi də Azərbaycan-Ermənistan savaşı üzərində gündə bir dezinformasiya ilə beyinləri qarışdırmağa çalışırlar. Bəzən dezinformasiyalar Ermənistan Müdafiə Nazirliyi səviyyəsində yayılır ki, bu qurumun hansı səviyyədə yalan “məlumat” istehsalı ilə məşğul olduğu 44 günlük savaş zamanı ortaya çıxdı və erməni xalqının özü də dezinformasiya dühası Arçrun Ovannesyan sindromunu hələ də yaddan çıxar bilmir.
 
Ovqat.com-un məlumatına görə, bu gün də ermənilərin yeni dezinformasiya “məhsulu” dövriyyəyə buraxılıb.
 
Ermənistanın "Banak" nəşrinin jurnalisti David Torosyan adından sosial şəbəkələrdə yayılan yeni “məlumat”da bildirilir ki, bu gecə də saat 3-4 radələrində Şuşa şəhəri ətrafında güclü atışma olub. Atışmanın şiddəti guya elə güclü olub, səsi Xankəndinə qədər gedib çıxıb.
 
Qeyd edək ki, ermənilər bənzər “məlumat”lardan birini də dünən yaymışdılar. Bildirilirdi ki, Azərbaycan əsgərlərinin snayper atışı nəticəsində biri Naxçıvanla sərhəd kəndi Arazdəyəndə, digəri Kəlbəcərlə sərhəddəki Kutda 2 erməni əsgəri öldürülüb. Azərbaycan Müdafiə Nazirliyi hər iki məlumatı təkzib edərək, həmin erməni əsgərlərinin bizim tərəfimizdən öldürülmədiyini bildirmişdi. Yəqin ki, bir müddətdən sonra bugünkü erməni yalanını da ifşa edəcək.
 
Zənnimizcə, ermənilər yalandan dezinformasiya yayıb Azərbaycan haqqında onsuz da yanlış rəy yaratdığını nəzər alan Ordumuz separatçıları və sərhədlərimizi pozan düşmən əsgərlərini həqiqətən də yerindəcə cəzalandırmalı, düşmən qüvvələrini bir daha bu cür addımları atarkən iki dəfə düşünməyə vadar etməlidir. Ən azı ona görə ki, öz ərazilərini düşmən qüvvələrindən təmizləmək hər bir dövlətin borcudur və heç kim Azərbaycan Ordusunu vəzifə borcunu yerinə yetirdiyinə görə qınaya bilməz.
 
Ovqat.com


Ana səhifəyə qayıt        Baxış: 4 919          Tarix: 17-08-2021, 09:24      

Xəbəri paylaş


Paylaş:   

Prizma