Xəbər lenti

Müdafiə Nazirliyi Azərbaycan Ordusunun bölmələri tərəfindən   guya bir neçə istiqamətdə atəş açılması, atışmanın 2 saatdək davam etməsi və hərbçilərimiz arasında yaralıların olması barədə Ermənistan tərəfinin yaydığı məlumata münasibət bildirib.

Nazirlikdən  Ovqat.com-a bildirilib ki, qarşı tərəfin yaydığı məlumat tam yalandır və təxribat xarakteri daşıyır:

"Bu cür məlumatları yaymaqla qarşı tərəf Ermənistan ordusunun bölmələrində baş verən silahlı insidentlər nəticəsində həlak olan və yaralanlar barədə məlumatları gizlətmək məqsədi güdür.

Əksinə, Ermənistan silahlı qüvvələrinin bölmələri avqustun 29-u saat 01:40-dan 02:10-dək Basarkeçər rayonunun Zod yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Dəmirçidam yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini müxtəlif çaplı silahlardan istifadə etməklə atəşə tutub.

Cavab atəşilə qarşı tərəf susdurulub.
Rəsmi olaraq bildirilir ki, Azərbaycan Ordusunun bölmələri arasında yaralanan yoxdur".


Ana səhifəyə qayıt        Baxış: 3 331          Tarix: 29-08-2021, 14:01      

Xəbəri paylaş


Paylaş:   

Prizma