Xəbər lenti
Bu gün, 11:22
Bu gün, 11:00
Dünən, 19:25
Dünən, 18:39
Dünən, 16:30
Dünən, 14:00
Dünən, 12:33
Dünən, 12:17
Dünən, 10:55
26-11-2024, 23:32
26-11-2024, 23:14
26-11-2024, 22:58
26-11-2024, 21:42
Biz indi sosial şəbəkədə hansı dildə təhsil alınmasının zərərindən, xeyrindən danışıb müzakirə edirik. Ancaq pandemiyanın obyektiv, qabiliyyətsiz idarəçilərin isə subyektiv təsirləri təhsilimizi elə çökdürəcək ki, bir azdan "hansı dildə olursa-olsun, təki elementar səviyyədə təhsil olsun!" tələbini səsləndirməli olacağıq.
Axar.az xəbər verir ki, bu sözləri millət vəkili Fazil Mustafa qeyd edib.
“Yeni təyin olunan məktəb direktorlarının kimliyi və qohumluq, dostluq, katib və katibəlik əlaqələri ilə tanış olduqca hansı ilğıma doğru sürükləndiyimizi daha aydın görürsən. Əlbəttə, bu təyinatlarda hazırlıqlı və qabiliyyətli insanların az da olsa varlığı adama təsəlli verir, ancaq məktəb infrastrukturunda dərinləşən xaos bütün cəmiyyət üzvlərini ciddi narahat etməlidir. Bu mövzuda konkret faktlarla Milli Məclisdə fikirlərimi səsləndirəcəyimə görə burada sadəcə ayrıca bir məsələ ilə bağlı mənə edilən müraciət üzərindən real mənzərəni çatdırmaq istəyirəm. İsmayıllı rayonu Quşencə kənd məktəbinə vəfat etmiş direktorun yerinə təyinat olmayıb. Təyin olunanlar da gəlib məktəbin durumunu görəndən sonra qaçıb gedirlər. Çünki qışda paltosuz dərs keçmək mümkün deyil. Əl yumağa su qıtlığı da var. Məktəb şəraitinin keyfiyyətsiz olduğunu görərək valideynləri övladlarını buradan çıxarıb rayon mərkəzindəki məktəbə oxumağa göndərirlər. Bu, onsuz da kasıb olan kənd əhalisi üçün əlavə məsrəf deməkdir. Dərs saatları olduğu vaxtda analıq məzuniyyətinə çıxmış təcrübəli bir müəllimə indi məktəbə geri dönür və bildirirlər ki, sənə dərs verilməyəcək. İndi bu müəllimə məhkəməyə müraciət etmək istəyir, ancaq vəkilə ödəməyə pulu olmadığına görə məndən bir millət vəkili kimi maddi kömək istəyir. Bir təcrübəli müəllimənin itkisini və bunun ağır nəticəsini anlayacaq qafanı görmədiyimə görə rəsmi qaydada hansısa ünvana bu şikayəti göndərməyi də artıq hesab edirəm. Məktəbə təkcə Bakıdan baxmaq lazım deyil, həm də kəndlərin içindən baxmaq lazımdır. O halda real mənzərə gözünüz önündə daha aydın canlanacaq", - millət vəkili bildirib.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar