Xəbər lenti
Dünən, 19:25
Dünən, 18:39
Dünən, 16:30
Dünən, 14:00
Dünən, 12:33
Dünən, 12:17
Dünən, 10:55
26-11-2024, 23:32
26-11-2024, 23:14
26-11-2024, 22:58
26-11-2024, 21:42
26-11-2024, 19:19
26-11-2024, 18:37
26-11-2024, 18:17
Azərbaycan XİN bu gün şəhid olmuş əsgər barəsində bəyanat yayıb.
Ovqat.com-un məlumatına görə, bəyanatda deyilir:
“Azərbaycan Redpublikası Müdafiə Nazirliyinin məlumat verdiyi kimi, 14 oktyabr 2021-ci il tarixində Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri tərəfindən açılan snayper atəşi nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Həmzəyev Əfqan Bəhram oğlu həlak olub.
Bu terror-təxribat əməlini kəskin şəkildə qınayırıq.
Ermənistanın dəstəklədiyi qanunsuz erməni silahlı dəstələri tərəfindən törədilən bu təxribat Ermənistanın 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatla üzərinə götürdüyü öhdəliklərinin kobud pozulmasıdır və bölgədəki vəziyyətin gərginləşdirilməsinə xidmət edir.
Rusiyanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün keçirildiyi bir vaxtda erməni silahlı dəstələrinin törətdiyi bu təxribat Ermənistan tərəfinin revanşist mövqeyini nümayiş etdirməklə yanaşı, Rusiya sülhməramlılarının fəaliyyətinə əngəl törətmək cəhdlərini göstərir.
Allah Şəhidimizə rəhmət eləsin.”
XİN-nin bu bəyanatı antiterror əməliyyatlarına başlana biləcəyinə dair anons mahiyyətindədir. Artıq erməni mənbələri Xankəndinin yaxınlığındakı Xarav kəndi ətrafında intensiv atışmaların getdiyini bildirirlər. Məlumata görə, kəndin üzərində Azərbaycana məxsus dronlar uçur.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar