Xəbər lenti
Dünən, 19:25

 
ETSN-nin başı qarışıb, təbiətimiz isə qanunsuz ovlar sayəsində məhv olmağa məhkum edilib”.
 
Ovqat.com xəbər verir ki, iş adamı Mürvət Həsənli bu gün paylaşdığı facebook statusunda bu cür ittihamla çıxış edib.
 
İş adamı ittihamlarını təsdiqləyən foto-şəkillər də paylaşıb. Foto-şəkillərdə Xəzər sahillərində ölmüş suiti cəsədləri əks olunub. İddiaya görə, bu cəsədləri sahillərə qanunsuz ovla məşğul olan balıqçılar atıb.
 
Statusda deyilir:


 
“Təbiətdə hər bir heyvanın öz yeri var. Canlı aləmdə növlərin artıb-azalmasını Ana Təbiətin özü müəyyənləşdirir və bu İlahi Qanundur. 
 
İnsan oğlunun bu İlahi Qanunlara müdaxiləsi təkcə arzulanmayan növlərin deyil, həm də digər canlıların da yoxoluşu ilə nəticələnir. Bu gün Qırmızı kitaba düşən heyvanların sayının artması məhz bu müdaxilələrlə izah olunur və Təbii Sərvətlər və Ekologiya Nazirliyinin başlıca vəzifəsi təbiətə vurulan bu zərərin qarşısını almaqdır. 
 
Nə yazıq ki, hazırda ETSN-nin başı qarışıb, təbiətimiz isə qanunsuz ovlar sayəsində məhv olmağa məhkum edilib. Xəzər dənizinin Novxanı sahilində son bir ayda hər gün qarşılaşdığım suiti meyitləri də bu iddianı təsdiqləyir. Balıqçılar torlarına düşən suitiləri yenidən dənizə buraxmaq əvəzinə öldürüb sahillər atıblar. Nəticədə Xəzər dənizi öz fauna zənginliyini itirməklə qalmır, həm də əhalimizin istiharət üçün getdiyi sahillərimiz üfunət qoxusuna bürünür, min cür mikrobların yayılmasına səhnə olur”.




Ana səhifəyə qayıt        Baxış: 4 124          Tarix: 18-10-2021, 12:41      

Xəbəri paylaş


Paylaş:   

Prizma