Xəbər lenti
Dünən, 19:25

 Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) sentyabr ayının 3-də 40 000 manat dəyərində tender müsabiqəsi elan edib. Qalib şirkət avqust ayının 31-də dövlət qeydiyyatına alınan "MORGAN-AZ2021" MMC olub.

Dövlət Vergi Xidmətinin məlumat bazasında yerləşdirilən məlumata görə, adıçəkilən MMC-nin təsisçisi Əliyev Mövlud Tərxan oğludur, 10 manat nizamnamə kapitalı olan şirkətin hüquqi ünvanı isə Bakı şəhəri, Suraxanı rayonu, AB yaşayış sahəsi (Yeni Günəşli qəsəbəsi), ev 153, mənzil 40 göstərilib. Həmin ünvanda qısa müddət ərzində bənzər adlarla 75 MMC yaradılıb. 

“Dövlət satınalmaları haqqında” Qanunun tələblərinə görə tenderdə iştirak üçün təcrübə lazımdır. Amma sözügedən MMC-nin təsis edildikdən cəmi 2 gün sonra tenderdə iştirakı və qalib elan olunması qaranlıq mətləblərdən xəbər verir.

"AzPolitika.info"



Ana səhifəyə qayıt        Baxış: 2 831          Tarix: 19-10-2021, 15:14      

Xəbəri paylaş


Paylaş:   

Prizma