Xəbər lenti
Dünən, 19:25


Saat hələ 20:06-nı göstərir. Amma rəhbəri və əməkdaşı bu gün həbs olunan saytda oxucular artıq saat 21:59-a qədər olan xəbərlərlə tanış ola bilərlər.  

Doğrudan da “bərk gedirlərmiş...”




Senzor.az xatırladır ki, bir az əvvəl Baş Prokurorluğun Mətbuat Xidməti “Cia.az” informasiya portalı rəhbərinin ayrı-ayrı vəzifəli şəxslərdən hədə-qorxu ilə pul tələb etməsi barədə daxil olan məlumat əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən əməliyyat-axtarış tədbiri həyata keçirildiyi barədə məlumat yayıb.
 
Məlumatda bildirilir ki, ilkin araşdırmalarla “Cia.az” informasiya portalının rəhbəri Novruzov Asəf Baxşəli oğlunun həmin saytın əməkdaşı Səfərov Məhsud Səfər oğlu ilə əlbir olaraq ayrı-ayrı dövlət qurumları, müəssisə və təşkilatların rəhbər vəzifəli şəxsləri barəsində həqiqəti əks etdirməyən, rüsvayedici, işgüzar imicə xələl gətirə biləcək məlumatları dərc edəcəkləri ilə hədələyərək onlardan ayrı-ayrı vaxtlarda müxtəlif məbləğlərdə pul vəsaitini hədə-qorxu ilə tələb edərək almalarına əsaslı şübhələr müəyyən edilib.
 
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb, Asəf Novruzov və Məhsud Səfərov həmin Məcəllənin 182.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən hədə-qorxu ilə tələb etmə) və 182.2.2-ci (təkrar hədə-qorxu ilə tələb etmə) maddələri ilə ittiham elan edilərək barələrində məhkəmənin müvafiq qərarları ilə həbs qətimkan tədbiri seçilib.
 
İş üzrə həmin şəxslərin xidməti istifadələrində olan sahələrdə və üzərlərində axtarış aparılan zaman müxtəlif məbləğdə pul vəsaitinə dair qeydlər olan dəftərçələr və digər sübut əhəmiyyətli sənədlər aşkar olunaraq götürülüb.
 
Hazırda cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.




Ana səhifəyə qayıt        Baxış: 3 340          Tarix: 20-10-2021, 20:54      

Xəbəri paylaş


Paylaş:   

Prizma