Xəbər lenti
Dünən, 19:25


"Bəzi onlayn kütləvi informasiya vasitələrində guya Neftçala rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidovun avtomobillə 

adam vurması ilə bağlı məlumat dərc olunub. Qeyd olunanlar həqiqəti əks etdirmir".

ovqat.com Ölkə.Az-a istinadən bildirir ki, bu barədə Neftçala rayon İcra Hakimiyyətindən bildirilib.

Qeyd olunub ki, belə bir hadisə baş verməyib və "kökündən yanlışdır".

"İcra hakimiyyəti mətbuat nümayəndələrini dəqiqləşdirməmiş məlumatları yaymamağa çağırıb. Bu cür qərəzli informasiyaları dərc etmək qanun

qarşısında məsuliyyət yaradır və həmin kütləvi informasiya vasitələri haqqında hüquqauyğun tədbirlər görüləcək", - məlumatda bildirilir.



Ana səhifəyə qayıt        Baxış: 2 947          Tarix: 25-10-2021, 10:23      

Xəbəri paylaş


Paylaş:   

Prizma