Xəbər lenti
Dünən, 19:25
Dünən, 18:39
Dünən, 16:30
Dünən, 14:00
Dünən, 12:33
Dünən, 12:17
Dünən, 10:55
26-11-2024, 23:32
26-11-2024, 23:14
26-11-2024, 22:58
26-11-2024, 21:42
26-11-2024, 19:19
26-11-2024, 18:37
26-11-2024, 18:17
26-11-2024, 17:30
26-11-2024, 16:59
Bu gün günortadan sonra Naxçıvanda istilik sistemlərinin fəaliyyəti qismən bərpa olunub.
Ovqat.com-un əldə etdiyi məlumata görə, dünən Naxçıvanda istilik sistemlərinin fəaliyyətinin dayandırılması barədə xəbərimiz dərc olunandan sonra Muxtar Respublikanın Ali Məclisi icra hakimiyyəti orqanlarına bərk təpinib.
Ali Məclisin tapşrığa əsasən, hər bir orqan öz tabeliyində olan təşkilatlara tapşırıq verib ki, müəssisələr şəraitə uyğun olaraq istiliklə təchiz olunsun: “Məsələn, Səhiyyə Nazirliyi səstəxanalara, Daxili İşlər Nazirliyi polis orqanlarına, Əlhaiddə Ümumqoşun Ordu hərbi hissələrə, Təhsil Nazirliyi məktəblərə və s. Bu tapşırığa yerli icra hakimiyyətləri nəzarət edir. Müəssisələrdə istilik sistemi səhər 09:00 dan -10:30 dək, günün ikinci yarısı isə 15:30 dan-16:30 dək aktivləşdirilir”, - ələ etdiyimiz məlumatda belə deyilir.
Qaynağımızın iddiasına görə, hazırda yaşayış binalarına istilik fasiləsiz verilir.
Xatırladaq ki, sırağagün saat 21.00-dan sonra əksər dövlət müəssisələrinə və mərkəzi istilik sisteminə bağlı yaşayış binalarına isti suyun verilməsi dayandırılmışdı. Əhalinin qazla təchizatında isə heç bir problem yaşanmırdı. Mənbələrimiz bunun səbəbini İrandan Naxçıvana qaz idxalının kəsilməsi ilə izah etmişdilər. Bildirilirdi ki, əhaliyə qaz anbarlarda saxlanılan enerji ehtiyatlarından verilirdi.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar