Xəbər lenti
Bu gün, 17:20
Bu gün, 12:41
Bu gün, 11:56
Bu gün, 09:42
Dünən, 23:30
Dünən, 20:30
Dünən, 19:40
Dünən, 17:54
Dünən, 14:34
Dünən, 13:37
Çoxmu fərq var?
1923-cü il, Bakı: Azərbaycandakı bolşevik hökumətinin erməni əsilli məmurları həbsdə olan Müsavat hökumətinin 67 yaşlı Müdafiə naziri Səməd bəy Mehmandarovun əlinə süpürgə verib insanların ən çox keçdiyi küçələri süpürtdürürdülər
***
2021-ci il, Naxçıvan: İşlədiyi Naxçıvan Dövlət Musiqili Dram Teatrında işdən çıxarılan 63 yaşlı Xalq artisti Həsən Ağasoy işə bərpa olunmaq üçün Naxçıvan Ali Məclisinin sədrinin adına məktub göndərir. Məktuba cavab telefonla verilir. Ona zəng edən Ali Məclisin rəsmilərindən biri deyir:
-Həsən müəllim, köhnə işinizə bərpa olunmanız mümkün deyil. Yeni işə girmək üçün isə gərək Dövlət İmtahan Mərkəzinin keçirdiyi dövlət qulluğuna qəbul imtahanı verəsiniz.
-Mən axı Respublikanın xalq artistiyəm. Mənə nə imtahan? Axı məni işdən qanunsuz çıxarıblar.
-İmtahan vermək istəmirsinizsə, onda Məşğulluq İdarəsinə müraciət edin, sizə iş versinlər.
Həsən Ağasoy oğlu ilə bərabər Məşğulluq İdarəsinə gedir. İdarədə vakant yerləri onlara göstərirlər: hansısa “JEK”də süpürgəci, qulluqçu, gözətçi və s.
Xalq artisti kor-peşman evə qayıdır.
Sizcə, 100 il bundan əvvəl erməni bolşeviklərin general Mehmandarovun başına gətirilən müsibətlə Naxçıvan Muxtar Barbarlığının Respublikanın Xalq artistinə qarşı həyata keçirdiyi mənəvi resressiya arasında çoxmu fərq var?
Həsən Ağasoyun qarşılaşdığı repressiya barədə bu linkdən oxuya bilərsiniz.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar