Xəbər lenti
Bu gün, 21:44
Bu gün, 19:25
Bu gün, 18:39
Bu gün, 16:30
Bu gün, 14:00
Bu gün, 12:33
Bu gün, 12:17
Bu gün, 10:55
Bu gün, 09:42
Dünən, 23:14
Dünən, 22:58
Dünən, 21:42
Dünən, 19:19
Dünən, 18:37
Dünən, 17:30
Dünən, 15:15
Naxçıvan şəhəri Heydər Əliyev prospekti 22 ünvanında yerləşən binanın sakinləri Ali Məclisin sədri Vasif Talıbova onların şikayətlərinə obyektiv baxdığına görə təşəkkür edirlər.
Ovqat.com-un məlumatına görə, Naxçıvan şəhər İcra Hakimiyyəti şəhərin mərkəzində yerləşən binanı əsaslı səbəb olmadan sökmək istəyirdilər.
Sakinlərin saytımız vasitəsilə şikayətlərini ictimailəşdirməsindən 1 gün sonra Naxçıvan şəhər İcra başçısı Mirsənani Seyidov onları qəbul edib və binanın sökülməyəcəyi müjdəsini verib.
Şikayətçilər Mirsənani müəllimin onlarla çox nəzakətlə danışmasından və şikayətlərini diqqətlə dinləməsindən ağızdolusu razılıqlarını bildiriblər. Sakinlərin fikrincə, bu cür nəzakətlə qarşılanmalarının səbəbi Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbovun göstərişindən qaynaqlana bilər. Odur ki, Vasif müəllimə də təşəkkürlərini bildirən sakinlərin iddiasına görə, Muxtar Respublika hakimiyyətinin bu diqqətinə baxmayaraq evlərinin kommunal təsərrüfat işləri ilə məşğul olan 5 nömrəli “JEK”in müdiri Xətai adlı məmur hələ də köhnə sevdasından əl çəkməyib. Bildirildiyinə görə, Mutar Respublikanın Fövqəladə Hallar Nazirliyinin əməkdaşı ilə binaya baxış keçirən Xətai müəllim binanı qəzalı kimi göstərməyi israrla tələb edirmiş. FHN-nin əməkdaşı isə bu cür təqdimat yazmaq üçün heç bir əsasının olmadığını deyərək onu tərsləyib. Sakinlər “JEK” müdirinin bu mövqeyindən narahatdırlar və binanın yenidən sökülməsi üçün onun qeyri-qanuni tədbirlərə əl ata biləcəyini düşünürlər.
Binanın birinci mərtəbəsində yerləşən mağazaların hələ də işləməməsi sakinlərin bu qorxularını artırır. İddialara görə, Naxçıvan rəhbərliyinin onları qəbul etməsinin üzərindən 1 aydan çox zaman keçməsinə baxmayaraq mağazaların işləməsinə icazə verilmir. Halbuki binanın birinci mərtəbəsində 7 mağaza var və onların hər birində ən azı 4 nəfər işləyir. Deyilənlər doğrudursa, 30 yaxın ailənin ac qoyulması həqiqətən də anlaşılmazdır.
İnanmaq istərdik ki, növbəti təşəkkür məktubunu mağaza sahiblərindən alacağıq.
Yeri gəlmişkən, Naxçıvanda problemini işıqlandırdığımız çox sahələr var və onlardan hələ də şikayət məktubları gəlir.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar