Xəbər lenti

Əyyub Kərimov: “Eldar Mahmudov komandasının başı pul qazanmağa qarışmışdı...”
“Bu səbəbdən də terrorizmə qarşı profilaktiki mübarizə aparılmırdı”
Ötən gün Türkiyədə İŞİD üzvü olan beş kamikadze həbs olunub ki, onlardan da üçünün azərbaycanlı olduğu bildirilir. Məlumat üçün qeyd edək ki, bundna öncə də Türkiyədə azərbaycanlı terrorçuların həbsi hallarına təsadüf edilmişdir.
Maraqlıdır,  son vaxtlar azərbaycanlıların adının bu cür terror dəstələrində daha çox hallanması nədən xəbər verir? Terrorçuluq fəaliyyətinə marağın artması nə ilə bağlıdır?
Moderator.az -a açıqlama verən hüquqşünas Əyyub Kərimov baş verənlərin məsələnin yalnız görünən tərəfi olduğuna diqqət çəkib:
“Öncə onu deyim ki, bu gün baş verənlər məsələnin yalnız görünən tərəfidir. Çünki terrorçuların hazırlanması, onların terror şəbəkəsinə cəlb edilməsi, hazırlanması bir günün, bir həftənin işi olmur. Bu, illər tələb edən bir məsələdir. Təbii ki, terrorun, terrorçunun vətəni olmur və bu, bütün dünyada qəbul edilən bir reallıqdır. Son vaxtlar azərbaycanlıların adının bu cür olaylarda daha çox hallanması isə Eldar Mahmudovun rəhbərlik etdiyi MTN-nin fəaliyyətsiziliyi ilə bağlıdır. Bu cür halların baş verməməsi üçün profilaktiki mübarizə aparması gərəkən sabiq nazir və onun komandası öz şəxsi maraqlarını təmin etmək, iş adamlarını şərləyərək onlardan pul almaqla məşğul idi. Bu səbəbdən də profilaktiki iş aparılmır, lazımi qabaqlayıcı tədbirlər gerçəkləşdirilmirdi. MTN faktiki olaraq milli təhlükə mənbəyinə çevrilmişdi. Məhz E.Mahmudov komandasının fəaliyyətsizliyi bu sahədə ciddi boşluqların meydana gəlməsinə səbəb oldu ki, bundan da terrorçu qruplar istifadə etdi. Görünən odur ki, onlar bu boşlqudan müəyyən şəxsləri əməkdaşlığa cəlb edə bilib. Hələ bizim bəxtimiz gətirib ki, MTN-nin bunca fəaliyyətsizliyi fonunda ölkəmizdə terror aktları baş verməyib”.



Ana səhifəyə qayıt        Baxış: 812          Tarix: 17-06-2017, 15:01      

Xəbəri paylaş


Paylaş:   

Prizma