Xəbər lenti

 

Türkiyənin İstanbul şəhərində dünyaca məşhur "Kinder" şokolad firmasının yumurta formasındakı məhsullarının içindən narkotik maddələr çıxıb.

Ovqat.com xəbər verir ki, narkotik maddələrin qaçaq bizneslə məşğul olan mafiya qrupuna aid olduğu aşkarlanıb.

Türkiyə Narkotik Şöbə Mərkəzinin xüsusi təyinatlı komandası tərəfindən mafiya qrupuna edilən basqın zamanı 43 kq hind kenevri, 1,350 qr əsrar, 5,300 qr heroin, 7,834 qr bonzai, 600 qr bonzai xammalı, 92 qr kokain, 61 mərmi, 2 tapança və 2 tərəzi ələ keçirilib.

Əməliyyat nəticəsində 1-i xarici vətəndaş olmaqla 8 nəfər şübhəli saxlanılıb. (publika.az)

 

Videonu izləmək üçün şəklə klikləyin:

Sürpriz yumurtadan hədiyyə əvəzinə narkotik çıxdı




Ana səhifəyə qayıt        Baxış: 869          Tarix: 12-07-2017, 22:52      

Xəbəri paylaş


Paylaş:   

Prizma