Xəbər lenti


 

 

Azərbaycan Silahlı Qüvvələrinin Şuşa-Turşsu yolunda anti-terror əməliyyatı keçirməsini Qarabağ erməniləri də təsdiqləyib.

 

Ovqat.com-un məlumatına görə, qondarma “respublika”nın informasiya qərargahı məlumat yayaraq bildirib ki, Azərbaycan xüsusi təyinatlıları yolun müyyən hissəsində “irəliləyiş” əldə ediblər.

 

 

Məlumatda qeyd olunub ki, “Artsax hakimiyyəti” Rusiya sülhməramlılarının komandanlığını Azərbaycanın üçtərəfli bəyanatın müddəalarını pozması barədə məlumatlandırıb və insidentin nəticələrinin aradan qaldırılması və yeni pozuntuların qarşısının alınması üçün sülhməramlılardan əməli addımlar gözləyir.

 

Qeyd edək ki, bundan əvvəl Azərbaycan MN dəfələrlə erməni terrorçularının bu yoldan silah-sursat keçirməsi ilə bağlı bəyanatlar vermiş və iddiaları təsdiqləyən video-görüntülər yaymışdı. Hətta martın 5-də silah keçirməyə cəhd edən erməni maşınını saxlamaq istəyərkən atışma çıxmış, 2 əsgərimiz şəhid olmuşdu. Erməni tərəfdən isə 3 terrorçu öldürülmüş, 1-i isə ağır yaralanmışdı. 

 

Əslində Azərbaycan Silahlı Qüvvələrinin Qarabağda yerləşən qanunsuz erməni hərbi birləşmələrinə qarşı anti-terror əməliyyatı keçirməsi və bu yolda nəzarət-buraxılış məntəqəsi qurması çoxdan gözlənilirdi. Görünür, ermənilərə verilən möhlət işə yaramayınca xüsusi təyinatlılarımız ictimaiyyət tərəfindən tələb olunan əməliyyatı keçirmək məcburiyyətində qalıblar. 

 

 




Ana səhifəyə qayıt        Baxış: 6 099          Tarix: 25-03-2023, 20:54      

Xəbəri paylaş


Paylaş:   

Prizma