Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2022-ci il tarixli Sərəncamı ilə “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı” təsdiq edilib.
Hazırda icrası uğurla davam etdirilən dövlət proqramına əsasən hər il 400 nəfər olmaqla, ümumilikdə bakalavr və magistr pillələri üzrə təhsil alan 2 min tələbə dünyanın müxtəlif nüfuzlu ali təhsil müəssisələrində təhsillərini davam etdirəcəklər.
Proqramdan yararlanmaq üçün tələblər nələrdir, hansı meyarlar əsas götürülür? Naxçıvanda bu proqramdan kimlər yararlana bilər?
Bu barədə Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov Naxçıvan televiziyasına müsahibə verib.
NUHÇIXAN İnformasiya Agentliyi müsahibəni təqdim edir:
Paylaş: