Xəbər lenti

Hazırda Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin onuncu sessiyası keçirilir.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, sessiyada Qıvraq seçki dairəsindən deputat Anar Adil oğlu İbrahimov yekdilliklə Ali Məclis sədrinin müavini seçilib. 

Qeyd edək ki, Anar İbrahimov Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresində Azərbaycan nümayəndə heyətinin rəhbəri, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının icra katibi və Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları

Şurasının sədridir.

Sessiya davam edir.

İctimaiyyətə sessiyanın gedişi ilə bağlı ətraflı məlumat veriləcək.




Ana səhifəyə qayıt        Baxış: 6 319          Tarix: 16-05-2023, 11:39      

Xəbəri paylaş


Paylaş:   

Prizma