Xəbər lenti

“Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Məmmədli Davud Fuad oğlunun xidmətdə olarkən baş vermiş bədbəxt hadisə nəticəsində vəfat etməsi ilə bağlı məlumatı təsdiq edirik”.

Bu barədə Müdafiə Nazirliyindən bildirilib.

Faktla bağlı araşdırma aparılır.

09:30

Azərbaycan Ordusunun əsgəri faciəli şəkildə ölüb.

Yaxınlarının Lent.az-a verdikləri məlumata görə, hadisə Daşkəsəndə qeydə alınıb.

20 yaşlı hərbi qulluqçu Davud Fuad oğlu Məmmədli xidmətdə olarkən ildırım vurması nəticəsində dünyasını dəyişib.




Ana səhifəyə qayıt        Baxış: 3 151          Tarix: 24-05-2023, 10:39      

Xəbəri paylaş


Paylaş:   

Prizma