Ermənistan qondarma “DQR” “prezidenti”ndən tələb edir ki, ya Bakı-Xankəndi formatında birbaşa dialoqa başlasın, ya da bölgədə yaşayan ermənilərin öz vətənindən təxliyə edilməli olduğu ilə barışsın.
Ovqat.com xəbər verir ki, məlumatı “Hraparak” qəzeti yayıb.
Məlumatda bildirilir ki, qondarma “respublika”nın rəhbəri Arayik Arutyunyan bu gün Ermənistan parlamentinin iclasında iştirak edəcək, növbəti iclasın gündəliyinə digər məsələlərlə yanaşı, qondarma rejim rəhbərinin fəaliyyət proqramının gedişi və nəticələri mövzusu da daxildir.
““Qarabağdakı mənbələrimizə görə, müxalifət döyüşkən əhval-ruhiyyədədir: onlar “prezident”dən Qarabağda yaranmış böhrana və onun həlli imkanlarına aydınlıq gətirməyi tələb edirlər”.
Nəşr xatırladır ki, azərbaycanlılar təxminən iki həftədir ki, Qarabağda humanitar yüklərin daşınmasını əngəlləyiblər. Və “DQR” hakimiyyəti, xüsusən də “prezident”, bu müddət ərzində sakinlərə onları nə gözlədiyini izah etmək üçün müraciət və ya mesaj göndərməyib.
“Bəzi iddialara görə, Arutyunyan çətin seçim qarşısındadır: Ermənistan ondan tələb edir ki, ya Bakı-Xankəndi formatında birbaşa dialoqa başlasın, ya da Qarabağ ermənilərini öz vətənlərindən təxliyə etsin”, - nəşr yazır.
Paylaş: