Xəbər lenti

Naxçıvan Muxtar Respublikası Babək rayonunun icra başçısının müavini işdən azad olunub.

“Nuhçıxan” İnformasiya Agentliyi xəbər verir ki, bununla bağlı Babək Rayon İcra Hakimiyyətinin başçısı Rasim Hüseynov sərəncam imzalayıb.

Sərəncama əsasən, icra başçısının 1-ci müavini Heydər Həsən oğlu Əliyev işdən çıxarılıb. Artıq bu vəzifəyə yeni təyinat da olub. Belə ki, icra başçısının digər sərəncamı ilə Emin Nurəddin oğlu Məmmədxanlı müavin vəzifəsinə təyin olunub.




Ana səhifəyə qayıt        Baxış: 3 239          Tarix: 11-09-2023, 14:49      

Xəbəri paylaş


Paylaş:   

Prizma