Xəbər lenti
Bu gün, 12:08
Bu gün, 09:52
Dünən, 16:00
12-02-2026, 19:03
12-02-2026, 18:21
12-02-2026, 14:34
12-02-2026, 10:23
11-02-2026, 18:10
11-02-2026, 17:50
11-02-2026, 16:15
11-02-2026, 13:59
11-02-2026, 11:23
11-02-2026, 10:30
11-02-2026, 09:54
10-02-2026, 19:09
10-02-2026, 18:11
Taliyət Əliyev: “Bu birləşmənin hansı konfiqurasiyada olacağını isə zaman göstərəcək”
Gələn il Azərbaycanda prezident seçkiləri keçiriləcək. Maraqlıdır, bu amil müxalifətin birliyini situmullaşdıra biləmi?
Moderator.az -a açıqlama verən ADP sədrinin müavini Taliyət Əliyev bu ehtimalın yüksək olduğunu bildirib:
“Ümumiyyətlə, ölkədə keçirilən bütün seçkilər istər müxalif, istərsə də hakim siyasi qüvvələrin birliyini stimullaşdıran əsas faktorlardan biri olub. Bu baxımdan, qarşıdan gələn 2018-ci il prezident seçkiləri də müxalif siyasi qüvvələrin birləşməsini stimullaşdıra bilər. Düzdür, ölkədə elə seçkilər də olub ki, həmin seçkilərdə müxalif siyasi qüvvələr iştirak etməyib, seçkilər o qədər “sakit” keçirilib ki, hətta cəmiyyətin mütləq əksəriyyətinin ölkədə seçki keçirilməsindən xəbəri olmayıb. Lakin ölkədə və regionda baş verən hadisələrə diqqət yetirəndə 2018-ci il prezident seçkilərinin “sakit” keçməyəcəyini deyə bilərik. Eyni zamanda son dövrlər rusiyameyilli qüvvələrin aktivləşməsini də nəzərə alsaq, 2018-ci il prezident seçkilərinin sıradan bir seçki olmayacağı qənaətinə gəlmək olar. Bu baxımdan hesab edirəm ki, 2018-ci il prezident seçkiləri ölkə müxalifətinin böyük kəsiminin birləşməsini stimullaşdıra bilər. Bu birləşmənin hansı konfiqurasiyada olacağını isə zaman göstərəcək”.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Video
Ən çox oxunanlar




























