Xəbər lenti

 

Ermənilər bəlli səbəblərdən “Qarabağ” klubunun qələbələrini həzm edə bilmirlər. Guya bunun qarşısını almaq üçün yeni formul icad ediblər. Erməni saytları klubumuz haqqında nəsə yazmağa məcbur olanda klubu belə təqdim edirlər: “Qarabağ-Ağdam”.
Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu öz Feysbuk hesabında yazıb.
Siyasi şərhçinin sözlərinə görə, ermənilər bununla istəyirlər ki, bu “Qarabağın”, “onların Qarabağına” aidiyyatı yoxdur:
“Bu xəstəliklərini ruslara da yoluxdurmağa çalışırlar. Rusiyanın bir neçə saytı da klubumuzu “Qarabağ-Ağdam” kimi təqdim edib. Şübhə etmirəm ki, beynəlxalq arenada “Qarabağ”ın uğurları artdıqca erməni lobbisi çalışacaq ki, Avropa mətbuatında da klubumuzun adı fərqli yazılsın. Hesab edirəm ki, buna imkan verilməməlidir. Klubun rəsmi adı “Qarabağ”dır və belə də yazılmalıdır, mötərizədə isə təmsil etdiyi şəhərin və ölkənin adı göstərilməlidir”.



Ana səhifəyə qayıt        Baxış: 991          Tarix: 16-08-2017, 14:43      

Xəbəri paylaş


Paylaş:   

Prizma