Xəbər lenti
Bu gün, 16:10
Bu gün, 14:55
Bu gün, 13:38
Bu gün, 12:14
Bu gün, 10:18
Dünən, 18:46
Dünən, 11:23
Dünən, 10:54
21-11-2024, 23:44
21-11-2024, 22:59
21-11-2024, 21:44
21-11-2024, 20:54
Limunət Əmrahlı: “Gürcü və ermənilər sovet dönəmində belə Psixologiya İnstitutlarını bağlamadılar, bizdə isə...”
Son vaxtlar Azərbaycanda həm azyaşlılara qarşı zorakılıq halları, həm də xüsusi amansızlıqla törədilən qətllərə daha çox rast gəlinir.
Maraqlıdır, getdikcə kütləviləşən bu tendensiyanın arxasında psixoloji faktor varmı? Bütövlükdə proseslər tamamilə mərhəmətsiz, qəddar bir toplumun formalaşmasına gətirib çıxarda bilərmi?
Moderator.az-a açıqlama verən “Psixoqamma”nın rəhbəri, tanınmış psixoloq Limunət Əmrahlı baş verənlərin psixoloji səbəblərə söykəndiyinin birmənalı olduğunu vurğuladı:
“Baş verən bu kimi hallarla bağlı mütəxəssislər dəfələrlə proqnozlar veriblər. İstər bu, istərsə də digər saytların arxivlərində sosial ədalətsizliklərin, gündən -günə çətinləşən həyat şəraitinin, cəmiyyət üçün nümunə olmalı olan tanınmış şəxslərin özlərinin və övladlarının pis örnəklərinin bizi hansı nəticələrlə üz-üzə qoyacağı barədə proqnozlarla dolu müsahibələri yatır. Cəmiyyəti belə idarə etmək sonda bumeranq effekti yaradacaq. Əlbəttə ki, haqlısınız, baş verənlərin motivləri, siyasi, iqtisadi, sosial məsələlərlə bağlı olsa da, nəticələri -psixolojidir. Bütün bunlar insanların şüuraltına sıxışdırdıqları narazılıq, aqressiya istəklərinin partlayışıdır.
Sözsüz ki, məişət zəminində baş verən hadisələrin heç də hamısını sadaladığım məsələlərlə bağlamaq olmaz. Zorakılıq hər bir insanın daxili mədəniyyəti ilə bağlıdır, ancaq insan çarəsizliklə üz-üzə qalanda həç də həmişə mədəniyyət və mənəviyyat onun qarşısını ala bilmir. Bu, yalnız yüksək insani keyfiyyətlərə malik olanlara xasdır. Təəssüf, görünür bu imkanlar çoxlarında yoxdur. Hüquqi dövlətdə yaşayan insanlar heç olmazsa, məişət zəminində baş verənlərin hüquqi həllinə çalışmalıdırlar.
Bundan başqa, bu gün Azərbaycanda Psixologiya İnstitutunun yaradılmasına böyük ehtiyac var. Həyatın bütün sahələrində münaqişəli məsələlərin həllindən tutmuş insanın özünüinkiaşfına, özünüreallaşdırmasına xidmət və kömək edəcək qurum olmalıdır. Burada ciddi etnopsixoloji və müasir insan fərdiyyətinin, şəxsiyytinin inkişaf problemlərini, subyektiv fəallığın isitqamətlərini, əmək sahələrini, patopsixologiya, parapsixologiya, koqnitiv psixologiya, transersonal psixologiya və d. əhatə edən araşdırmalar aparılmalıdır.
Əhalisi bizdən qat-qat aşağı olan Gürcüstana, Ermənistana baxın! Onlar sovet imperiyasının qılıncının dalı-qabağı kəsərli olduğu dövrlərdə belə Psixologiya İnstitutlarını bağlamadılar. Bizdə isə, ümumiyyətlə açılmayıb. Ayrı-ayrı kafedralar, şöbələr səviyyəsində, həmçinin pərakəndə halda cəmiyyətə psixoloji xidmətin keyfiyyətini yüksəltmək mümkün deyil. Heç bir şübhəm yoxdur ki, özünün gərgin vaxtlarında psixoloji xidmətdən yararlanan insanların böyük əksəriyyəti özünün zorakılıq meyillərinin, aqressiv davranışının qarşınını ala bilər”.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar