Xəbər lenti

  

Hacıqabul sakinlərindən 15 ədəd qanunsuz saxlanılan və sənədləri olmayan ov silahları götürülüb.

Ovqat.com APA-ya istinadən xəbər verir ki, Hacıqabul Rayon Polis Şöbəsinin əməliyyat tədbirləri planına uyğun olaraq şöbənin ictimai təhlükəsizlik bölməsi xidmətinin əməkdaşları tərəfindən aparılmış profilaktik tədbirlər nəticəsində rayon ərazisində əllərdə qanunsuz saxlanılan 15 ədəd silah-sursat götürülüb. Müxtəlif çaplı və markalı mülkü silahlarla yanaşı 60 ədəd patron, siqnal tapançası və patron daraqları da götürülüb. Hacıqabul Polis Şöbəsi vətəndaşlardan qanunsuz saxlanılan ov və digər silahları varsa, onları könüllü şəkildə polisə təhvil vermələrini xahiş edir. Bu zaman onlar məsuliyyətdən azad edilirlər. Əks təqdirdə qanunsuz silahları evində saxlayan şəxslərə qarşı inzibati qaydada cərimə sanksiyaları, digər hallarda isə hətta cinayət işi də başlana bilər.
Qeyd edək ki, könüllü təhvil verilməyən silah sahiblərinə qarşı inzibati qaydada cərimə sanksiyaları tətbiq edilib.
Polis tərəfindən profilaktik əməliyyat və axtarış tədbirləri davam etdirilir.




Ana səhifəyə qayıt        Baxış: 473          Tarix: 29-08-2017, 23:42      

Xəbəri paylaş


Paylaş:   

Prizma