Xəbər lenti

 

Paytaxtın Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsi 2 ünvanında gecə-gündüz aparılan tikinti işləri ətrafda yaşayan sakinləri yatmağa qoymur. Burda yerləşən Odlar Yurdu Universitetinin ərazisində bir neçə aydır aparılan tikinti işləri sakinləri narhat edir.

Ovqat.com xezerxeber.az-a istinadən bildirir ki, üstəlik tikintiyə gələn yük maşınları və qaldırıcı kranlar tez-tez yolu bağlayır. Binadan şəhərə çıxışı təmin edən digər yol uzaq və yaxşı vəziyyətdə olmadığı üçün sakinlər avtomobillə evlərinə gedə bilmirlər.
Sakinlər, tikintinin onların həyatı üçün təhlükə yaratdığını bildirir.
Çəkiliş apardıqımız zaman Odlar Yurdu Universitetinin rektoru Əhməd Vəliyevdə əraziyə gəldi və burada universitet üçün idman kompleksi inşa edildiyini bildirdi.
Əhməd Vəliyev, imkan daxilində gecələr səs-küylü işlərə fasilə veriləcəyini, ayın 15-dən sonra isə bu problemin tam həll ediləcəyini bildirdi.




Ana səhifəyə qayıt        Baxış: 738          Tarix: 2-09-2017, 21:33      

Xəbəri paylaş


Paylaş:   

Prizma