Ötən gün Bərdə rayon Yeni Daşkənd kəndindəki restoranların birində 7 nəfərin qidadan zəhərlənməsi ilə bağlı araşdırma aparılır.
Bu barədə Bərdə rayon Gigiyena və epidemiologiya mərkəzinin baş həkimi Fəxrəddin Şadlinski Publika.az-a açıqlama verib.
O bildirib ki, zəhərlənənlər hamısı bir ailənin üzvləridir: “Onlar günorta 13 radələrində restoranda ad günü qeyd ediblər. Zəhərlənmə ilə bağlı xəstəxanaya axşam saat 23 radələrində müraciət ediblər. Restorandan çıxandan sonra onlar axşam evlərində axşam yemək yeyiblər. Zəhərlənmənin də məhz evdə yedikləri yeməkdən olduğu güman edilir. Zəhərlənmə restorandakı yeməkdən olsaydı, bu 2 saat ərzində özünü büruzə verərdi. Demək zəhərlənmənin səbəbi evdə qəbul etdikləri yeməklərdir. Bununla yanaşı qidalardan nümunələr götürülüb, zəhərlənmənin dəqiq səbəbi müəyyən ediləcək”.
F.Şadlinski bildirib ki, artıq zəhərlənmə ilə müraciət edənlərin hamısı evə buraxılıb: “Zəhərlənənlərin 1-i azyaşlı idi. Hamısına ilkin yardım göstərilib, vəziyyətləri çox da ağır deyildi. Sadəcə yüngül mədə pozğunluğu idi”.
***
Bərdədə kütləvi zəhərlənmə olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, sentyabrın 7-də Bərdə rayonunun Yeni Daşkənd kəndindəki restoranların birindən rayon sakinləri olan 7 nəfər qidadan zəhərlənmə ilə xəstəxanaya gətirilib.
Paylaş: