Xəbər lenti
Dünən, 19:25

Kristian Bertelsen

“Bloomberg”

 

Amerikalı prokurorlar tərəfindən "İran Bill Geytsi"nin oğlu olaraq təsvir olunan bir iş adamı çərşənbə günü, martın 28-də girovlu azad edilmə haqqı tanınmadan həbs olunub. O, sanksiya məhdudiyyətlərini aradan qaldırmağa və Amerikan bankları vasitəsilə ödənişlər etməklə, 115 milyon dollar pulu “yumaqda” ittiham edilir.

38 yaşlı Seyyid Əli Sədr Haşiminejadın ikili vətəndaşlığı var – İran və Sent-Kitts. O, milyonlarla dollar dəyərində pul və ABŞ-da daşınmaz əmlakın sahibidir.

Məhkəmədə onun həbssiz mühakimə olmaq üçün elektron izləmə bilərziyi ilə azad edilməsi təklif olunub, amma ABŞ-lı hakim Barbara Mozes Haşiminejadın qaçmağa çalışa biləcəyini, bunun çox böyük bir risk olduğunu əsas gətirərək cavabdehi azad etməyib.

Sədr martın 19-da Vaşinqtona gələrkən, həbs olunub və altı maddə üzrə, ilk növbədə, sanksiyalardan yayınma və pul yumada təqsirli sayılaraq martın 27-də Nyu-Yorka gətirilib.

Nyu-Yorkun federal prokurorları Haşiminejadı İsveçrədə və Türkiyədə “kəpənək” şirkətlər və bank hesablarından istifadə edərək, İrandakı Venesuela enerji şirkəti və ailəsinə məxsis olan Tehrandakı tikinti şirkətinin hesabına ABŞ dolları ilə ödəmələr təşkil etməkdə ittiham ediblər.

Onun ailə şirkəti – “Stratus Group” 475 milyon dollardan artıq məbləğə təxminən 7 min mənzilli evlərin tikintisi üçün müqavilə imzalayıb.

Manhattan prokuroru Metyu Laroş məhkəmə istintaqında bildirib ki, ev müqavilələri Venesuelanın milli neft nəhəngi “PDVSA” ilə bağlanıb və “Stratus Group”a edilən ödənişlər Portuqaliyadakı hesablardan həyata keçirilib.

 “Stratus”a dollarla ödənişlər ABŞ vasitəsilə “yuyulub”, çünki şirkət pulu ABŞ valyutası ilə almaq istəyib.

Laroş bildirib ki, istintaqda əldə edilən e-məktublar Sədrin sanksiya məhdudiyyətlərindən yayınmaq üçün əməliyyatları qəsdli qurduğunu göstərib.

“Stratus Group” Sədrin atası tərəfindən təsis edilib və prokurorlar bu şəxsi "İranın Bill Geytsi" olaraq səciyyəlndirirlər.

Prokurorlar və müdafiə vəkilləri Sədrin həbs olunmazdan əvvəl hakimiyyət orqanları tərəfindən pulların yuyulmasına görə istintaq altında olan Malta mərkəzli “Pilatus Bank”ın sahibi olduğunu təsdiqləyiblər.

Sədrin vəkili – “Arnold & Porter”in təmsilçisi Endryu Bauer deyib ki, müvəkkili Kornell Universitetindən ikiqat bakalavr və magistr dərəcəsi alıb və Vaşinqtonun Corctaun məhəlləsində 2 milyon dollarlıq mənzilin sahibidir.

O, iddia edilən e-poçt sübutlarının varlığını danmır, lakin Sədr, İran hökumətinə dəstək verməklə bağlı mesajlarında heç bir şey olmadığını söyləyib və ABŞ vətəndaşı olmadığı halda, ABŞ-ın İran əleyhinə sanksiyalarını pozduğuna inanmadığını deyib.

 

Tərcümə: Strateq.az

 




Ana səhifəyə qayıt        Baxış: 1 110          Tarix: 30-03-2018, 17:22      

Xəbəri paylaş


Paylaş:   

Prizma