Son illərdə həyatımızın və məşətimizin bütün sahələrində sürətli qiymət artımı müşahidə olmaqdadır. Bazar iqtisadiyyatı şəraitində yaşadığımızı iddia edən dövlət rəsmiləri qiymətlərin liberallaşdığını əsas gətirərək, dövlətin bazar qimətlərinə müdaxiləsini düzgün hesab etmirlər. Yəni kim nəyi, necə, necəyə satır, özü bilır. Hökumətin bu mövqeyindən yararlanan bəsi işbazlar da xalqın son qəpiyini əlindən almaq ücün ölkədə qiymət xaosu yaratmaqdadırlar. Bunu da belə əsaslandırırlar ki, dünyada neftin qiyməti kəskin ucuzlaşır, dolların kursu bahalaşır. Hər zaman çox nikbin görünən və sualları özünəməxsus ironiya ilə cavablandıran əlahəzrətlərimizə deyən yoxdur ki, dünyada artan qiymətlər səviyyəsində insanların maaş və müavinətləri də normal faizlə artır və bu hal onlar üçün faciə deyil. Hökumətimiz olkədə qiymətləri Avropa standartlarına uyğunlaşdırmaqdan dəm vurur.
Biləsuvar rayonunda yaşayan vətəndaşlar söhbət əsasında vurğuladılar ki, aldıqları maaş və müavinətlər komunal xərclərin və bəzi yəni ölməmək ücün alınan ərzaq məhsulların, çörəyin alınmasına güclə catır. İldə bir dəfə 10 faiz cıvarında artan infilyasiyanı belə ödəmir. Sözdə guya ki, insanlarin yaşam səviyyəsi artır, əslində vətəndaş yarıac-yarıtox dolanmaq məcburiyyətindədir. Neft- qaz ölkəsi olan Azərbaycanda vətəndaşlara satılan 1 kvt-saat elektrik enerjisinin qiyməti hesablanmış limit həddini aşmamaq şərti ilə 6 qəpik, 1 kub qazın qiyməti 10 qəpik olduğu halda, Ukraniya kimi enerji idxalından asılı olan bir olkədə müharibə şəraitində yaşasalar da olkə əhalisi ücün qaz, işıq Azərbaycandan 3-4 dəfə ucuzdur. Bu ölkədə əhalinin elektrik enerjisinə çəkdiyi xərcləri o qədər ucuzdur ki, hətta böyük dotasiyaların ayrıldığı qonşu ölkələr onunla rəqabətə davam gətirə bilmir. Nəticədə, sadə Azərbaycan vətandaşları normal qaydada elektrik enerjisindən nə də qazdan lazımı səviyyədə istifadə edə bilmir, hər ay küllü miqdarda borca düşür.
Haşiyə: İstər qış, istərsə də payız aylarında elektrik enerjisinin verilməməsində vaxtaşırı qəzaların baş verməsi nəticəsində məhdudiyyətlər yaranır. Uzağa getməyək. Bu vəziyyət bizim Biləsuvar rayonunda daha kritik həddə catmışdır. Rayon və onun kənd qəsəbərərində elektrik xətləri, transformatorlar, ayrıcılar sovet dönəmindən qalmış, istismar müddəti yararsız vəziyyətdə olan avadanlıqlar istifadə olunur. Gələn qonqaqlara göstərmək ücün yol kənarlarındakı elektrik dirəklərini yeniləməklə və ən əsası, “Azərişıq”ın Biləsuvar rayon şöbəsinə inzibatı idarə binası yox, saray tikilib. Rayondaki qaz xətləri, təxminən, 1976-ci ildən qalmadır. Xüsusilə, Xırmandalı kəndi daha betər gündədir.
Əhalinin maddi durumu ağırlaşdıqca, ölkədə qiymətlər daha da sərtləşdirilir.
Biləsuvar rayonunda söhbətləşdiyim insanlar vurğulayır ki, olkənin inkişafı, tikilən supermarketlər apteklər, villalar, göydələnlər, park meydancaları bir ovuc məmurun şəxsi biznes obyektidir. Sadə insanlar ücün hec bir maraq kəsb etmir. İnsanlarin normal yaşaması isə maddi təminatın səviyyəsi ilə...
Yaxşı deyiblər: “Bəyə rəiyyətinə görə qiymət verilər”. Bizdə isə bütün meyarlar pozulub. Nədənsə ölkə inkişaf etdikcə, dollar bahalaşdıqca, yalnız məmurlar “kökəlir”, sadə insanların yaşam səviyyəsi aşağı düşür.
Baxın, kənd təsarüfatı ilə məşqul olan Biləsuvar rayon bazarında mal ətinin bir kq-ı 11-12manat, qoyun əti 12-13 manat, meyvələrin də əksəriyyəti etiketi üstündə geni dəyişdirilmiş xarici mallar...
Əhalinin əsas hissəsi “ölüm-dirim”uğrunda mübarizə aparır. Bəzilərinin hədsiz zəngin (şübhəsiz ki, haram yolla), milyonların isə qəpik-quruşa möhtac olması, Azərbaycan xalqının taleyinə yazılıb. Necə ki, ibtidai icma, qurldarlıq və feodalizm qurluşu kimi təsnifləşdirilən dövrlərdə, “yaxşı yaşamaq hər kəsin haqqıdır” şuarının irəli sürülməsi, ağla belə gələ bilməzdi. Xüsusilə, kənd təsarrüfatı ilə məşğul olan kənd əhalisinin.
Aqillər deyirlər ki, torpaqların taleyi insanların taleyidir. Cünki insanlar durmadan, dayanmadan, usanmadan torpağı yoğurur, nəsə əldə edə bilməyəndə haqq-ədalət əlini üzür. Saya salınmayan kəndçi kimin nə işlə məşğul olduğunu yaxşı bilir. Bilir ki, şişən məmurlar rahat kresloda oturub, bir stəkan pürrəngi cayı beş saata icir. Onu da bilir ki, kəndçinin beş aya qazandığı pulu, həmin məmurlar bir axşam yeyib-içməyə xərcləyir. O bunu da bilir ki, Bizim Biləsuvar rayonunda bu hallar daha dərin kök salıb. Demək olar, rayon rəhbərlərinin əsas hissəsi dövlətin ehtiyat fondunun torpaq sahələrini özünküləşdirib. Qanunsuz yollarla ələ kecirdiyi torpaq sahələrinin təyinatını dəyişib balıq yetişdirmə müəssisələri, süni göllər yaratmaq yaxınlıqdakı əkin sahələrinə maddi ziyan vurmaqla yanaşı, qonşu torpaq sahələrini qısa müddətdə şoranlaşdırır.
Biləsuvar rayonun Xırmandalı kənd ərazisi Mahmudcala deyilən ərazilərin əsas hissəsi qeyri leqal yollarla süni balıq yetişdirmə göllərinə cevirilib. Dərəbəylik o yerə catıb ki, uzaq rayonlardan gəlib burada balıq yetişdirmə gölləri yaradıblar. Qanunsuz sahibkarlığa, torpaqları zəbt edənlərə “krişalığı” icra hakimiyyətinin məmurları edirlər. Onlara “gözün üstə qaşın” var deyən yoxdur və burda yetişdirilən balığın bir kq-ı 5-6 manata satıllır.
Demək olar ki, torpaqlar əsl sahiblərinin əlindən alınıb. Belə bir şəraitdə kənd təsarrüfatı neçə inkişaf edə bilər? Nəticədə bir bağlama yonca otu beş manata yaxın satılır və s.
Bu konteksdə baş alıb gedən monopoliya, süni qiymət artımı bizi hara aparır?
Məncə, bu hallar Azərbaycandakı avtoritar idarəçiliyi ərəb olkələrdən fərqləndirən, həm də zəif salan ən əsas əlamətdir.
Belə bir zamanda milləti kor hesab edib ölkə kanallarında bəd əməlləri inkişaf kimi təqdim etmək, analoqu olmayan inkişafın acı meyvələri deyilmi? Görəsən hansı ölkədə belə rusvaycılıq var?!
Subut: Biləsuvar rayonunda iş yerləri də yalnız və yalnız icra məmurları və onların yaxınları üçündür. Rayonda ticarət mərkəzləri, dükan-bazarlar məmurların əlinin altındadır. Ümumiyyətlə, gözə dəyən nə varsa məmurrlarındır, başqa cür ola da bilməz. Qaldı qara işlərə, bu işlərlə sadə vətandşlar məşğul olur, gördüyü işin haqqını ala biləcəyi isə sual altındadır. Bu söylənənlər hakimiyyət telekanallarında heç deyilərmi?
Bu səbəbdən də hakimiyyət telekanallarına hec düz əməlli baxan da yoxdur. Olkəmizdəki iqtisadiyyatın bu kökə salınmasının səbəblərinə aydınlıq gətirmək ücün təcrübəli iqtisadçılarla söhbətdən aydın olur ki, ölkədə liberal iqtisadiyyatın təməl prinsiplərindən biri olan mülkiyyət toxunulmazlığı ilə bağlı ciddi problemlər var. Məsələn, digər ölkələrdə o cümlədən Gürcüstanda rəsmi qaydada qeydiyyatdan keçən və dövlət vergi orqanları tərəfindən etiraf olunan milyoncular var. Azərbaycanda isə belə hal müşahidə olunmur (əlbəttə üzdə; əslində qeyri-leqal yollarla milyonlar toplayanların sayı ərəb ölkələrindən qat-qat çoxdur Azərbaycanda). Bu detal bir daha göstərir ki, ölkə iqtisadiyyatı çirkab icərisindədir. Üstəlik, məsələ təkcə bununla bitmir. Azərbaycan iqtisadiyyatına bələd olan müşahidəçilər onu məmur kapitalizmi kimi səciyyələndirirlər. Ölkə iqtisadiyyatı məmurların fəal müdaxiləsinə maraqlar baxmından məruz qalır. Nəticədə, əhəmiyyət kəsb edən orta təbəqənin formalaşmasına əsla fikir verilmir. Bunun bariz nəticəsidir ki, iqtisadiyyatın üç mühüm problemi yaranır: korrupsiya,i nflyasiya və inhisarclıq.
Bəli, ölkədə hökm sürən qiymət artımı və xaosu davam edir. Nazirlər və hökumətin bəzi təmsilçiləri isə bunu normal hesab edirlər. Bu, səbəbsiz deyil, çünki qiymət artımı onların maraq dairəsini əhatə edir, əksinə milləti, sərvətləri talamaqla öz güzaranını öz istədikləri kimi quran məmurların nə vecinə ki, millət necə yaşayır. M.Ə.Sabir babamızın təbirincə;
“Millət necə tarac olur-olsun nə işim var,
Düşmənlərə möhtac olur-olsun nə işim var....”
Onlar üçün ən əsası, bu təminatı onlar verən hakimiyyəti hətta sadə insanların” gözündən”salmaq”, dükan toz olanda” ailəsi ilə xarici ölkələrin birində yaşamaqdan belə cəkinmirlər. Təki onlar yaxşı yaşasın...
Məgər analoqu olmayan inkişaf budur? İnkişaf nəticəsində çayxanada bekarçılıqdan vaxt öldürən, ömrünün ən gözəl çağlarını işsizlikdən nərdtaxta, domino oynamaqla keçirən binəva insanlar həyatını beləcə puça cıxarır. Əgər bu inkişafdirsa, kimə belə inkişaf lazımdır?
Məncə, millət bu yalançı inkişfdan cana doyub, cənablar...! Tərsinə inkişaf olarmı? Məncə, zamanında bu suallara cavab tapılacaq, İnşallah!
Əlizadə Nəhmədağaoğlu.
Paylaş: