Stanislav Tarasov
regnum.ru, 02.07.2018
Rusiya mason lojasının başçısı, politoloq Andrey Boqdanov Azərbaycan paytaxtına yollanıb. O, yerli KİV-lərə bildirib ki, “Mən artıq on ildir eyni vaxtda Bakıya gəlirəm. Bura Azərbaycanın Böyük Mason lojasının assambleyasına gəlmişəm” və bununla yanaşı görüşün ayrıntılarını açıqlamayıb.
Əlbəttə, masonlar dünyada ən qapalı cəmiyyətdir. Onların dünya siyasətinə güclü təsiri, böyük sərvətləri haqda ən ağlasığmaz şayiələr dolaşır. Burada nəyin gerçəkliyə uyğun gəldiyi haqda mülahizə yürütmyə başlamayacağıq. Amma lojanın bu və ya başqa ölkədə, yaxud bölgədə meydana çıxmasını, çətin ki, adi önəmli hadisələrə aid etmək mümkün olsun. Boqdanov “Sputnik Азербайджан” portalına müsahibədə maraqlı tarixdən agah edib. Məlum olub ki, 2008-də ABŞ və Rusiyanın böyük mason lojalarının birbaşa iştirakilə Azərbaycanın böyük milli mason lojası qurulub. Yerli nəşrlərin məlumatına əsasən, Bakıda bu yöndə hazırlıq işi Azərbaycanın Ədliyyə Nazirliyinə respublikada “bənnalar” təşkilatının qeydə alınması haqda ərizə gəldiyi 2005-2006-cı illərdə başlanıb. Elə o zaman iddia olunub ki, Azərbaycanda “bir çox biznesmenlər, bəzi siyasətçilər, idmançılar və ən müxtəlif peşələrin təmsilçiləri” masonluğa yazılıblar.
Bu layihənin fəallarından biri nağıl edib ki, “öz adamlarımızı hökumətdə yerləşdirmək, həmçinin artıq yetişmiş siyasətçilərə dəstək vermək”vəzifəsi qoyulub – bununla belə, “müxalif partiyalar sırasında perspektivli siyasətçilər görmürəm”.
Fəal isə özü haqda sıradakını söyləyib: “Xarici ölkələrdən birində bir ilə yaxın təhsil almış, mason lojalarının bütün ustadlarının etibarını qazanmış və Azərbaycanda “Mason”un başçısı olmuşam. Bax, görərsiniz, tez bir zamanda Azərbaycanda “Mason”un mövqeyi çox güclü olacaq”.
Doğrudan da, mətbuatda mason mövzusu yeridilməyə, Bakıda mason simvolikasıyla köhnə mülklərin varlığı haqda materiallar meydana çıxmağa başlayıb. Bu, pilləkanın təsvir edildiyi 50 manat dəyərindəki əskinasda da var. Masonluqda Süleyman şahın məbədinə aparan yeddi pilləli pilləkan.
Tarixçilər bundan da xəbər veriblər ki, birinci Azərbaycan Respublikasının qurucusu Məmmədəmin Rəsulzadə “masonluğa yaxın idi” və “onun əsasında duran qardaşlıq və bərabərlik ideyasına şərik idi”.
Belə çıxır ki, Boqdanovun Bakıya səfəri masonların Azərbaycanda meydana çıxması, daha doğrusu, qayıdışının 10 illiyinin bayram edilməsiylə bağlıdır. Özü də o, müsahibələrin birində qeyd edib ki, “Lojaların işində siyasi məsələlər müzakirə olunmur, amma masonlar arasında öz ölkələrində ictimai-siyasi və iqtisadi fəaliyyətin müxtəlif sahələrində nüfuzlu adamlar var” və “buna görə də, əlbəttə, qərarların qəbuluna hansısa təsirlər var”.
Buradakı intriqa masonların Azərbaycan-Ermənistan münasibətləri kontekstində bir-birinə ayırdığı roldadır.
Bir tərəfdən, Bakının bəzi masonları anonimlik hüququyla iddia edirlər ki, ermənilər arasında mason yoxdur. Digər yandan, Boqdanovun dediyi kimi, masonlar Ermənistanda Azərbaycandakından erkən dirçəliblər. Onlar artıq 15 ildir mövcuddurlar, “Ermənistanın Böyük Lojası” (Grand Lodge of Armenia) adlanırlar. Bununla yanaşı, Azərbaycan və Ermənistan masonları bir-birini qəbul etmir və yalnız Rusiya, ABŞ-ın böyük lojalarında, ya da haradasa Avropada rastlaşırlar. Yəni onlar arasında lojalarda da pərdəarxası amansız mübarizə gedir. Bu, birincisi. İkincisi. Boqdanov Bakı səfəri ərəfəsində Dağlıq Qarabağa səfər üzündən öz adının “qara siyahı”dan çıxarılması xahişiylə Azərbaycan XİN-ə müraciət edib. O, “arvadının babasının qəbrini ziyarət etmək istəyi oyandığı üçün” burada olub, çünki “bu zaman təbiətdən həzz almaqdan savayı heç bir bəyanatsız gizli siyasi səbəb olmayıb”.
Boqdanov sonralar isə bildirib ki, “Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünə sayğı göstərir”.
Və budur, Rusiyanın bəzi politolqolarının “həmkarlar ittifaqının” – həm də masonların Bakının maraqları ilə birləşdiyindən xəbər verən qəribə təsadüf. Onlar beynəlxalq “Moskva və Cənubi Qafqazda Rusiyanın yeganə müttəfiqi Azərbaycan arasında geopolitik oxlar” konfransına qatılmaq üçün “azad edilmiş” (mətndə bu cürdür-red.) Cocuq Mərcanlı kəndinə toplaşıblar. Bütün bunlar nəyi bildirir?
Tərcümə Strateq.az-ındır.
Paylaş: