Eynulla Fətullayev
Bir neçə ay əvvəl İ.Əliyev Azərbaycanda məhkəmə-hüquq islahatları haqqında tarixi əhəmiyyətli fərman imzaladı. Özündə iqtisadi, sosial və hüquqi dəyişiklikləri ehtiva edən islahatlar siyasətinin yeni mərhələsi ictimai müqavilənin əsas prinsiplərinin yenidən baxılmasını şərtləndirməyə istiqamətlənib.
Şəbəkə tənqidi və klassik müxalifət sual verirlər – nəyə görə hakimiyyət hər bir siyasi mərhələdə daha yeni islahatlar elan edərək, fasiləsiz olaraq islahatçı ritorikaya qayıdır? Başqa sözlə, islahatlar nə vaxt bitəcək? Tənqidçilərin banal suallarına və vicdansız iradlarına bu yaxınlarda prezident özü cavab verib.
İ.Əliyev bildirib ki, Azərbaycanda islahatlar 1993-cü ildən başlayaraq daimi olaraq aparılır. Həm sosial-iqtisadi, həm də siyasi-hüquqi islahatlar dünya nizamının transformasiyası və dünya iqtisadi sistemindəki kataklizmlərə müvafiq olaraq həyata keçirilir. Dünya dəyişir, dünya nizamının şəkli dəyişikliyə uğrayır, elmi-texnoloji inqilablar və dünya iqtisadiyyatını riqqətə gətirən sıçrayışlar baş verir.
Azərbaycanda yeni islahatlar zərfi yeni postenergetik reallıqlar və o qədər də uzaq olmayan keçmişdə neftin qiymətinin kəskin ucuzlaşması ilə şərtlənmişdi ki, bu da “xammal energetika iqtisadiyyatı” konsepsiyasına yenidən baxılmasına gətirib çıxardı. İ.Əliyev nefti unutmağa və iqtisadiyyatın diversifikasiyasına, qeyri-neft istehsalatının sürətli inkişafına ümid etməyə çağırdı.
2015-ci ildən başlayaraq prezident milli iqtisadiyyatda köklü dəyişikliklər həyata keçirərək, qeyri-neft milli sahibkarlıq sinfinin – iqtisadiyyatın yeni simaya malik lokomotivinin təşəkkülü üçün bütün şərtləri yaradıb. Azərbaycan hökumətinin yeni iqtisadi siyasəti dövlət kapitalizmi modelindən imtinanı, mərkəzdənqaçmanı və kiçik və orta biznesin, ağır sənayenin və kənd təsərrüfatının gur inkişafının başlanğıcını diktə edir. Əliyev yeni iqtisadi siyasətinin əsasını idxalın əvəzlənməsi tezisi tutur. Azərbaycan nəinki idxalı əvəzləyən, həm də öz iqtisadiyyatının ixracat potensialını artıran tərəqqipərvər ölkələrin sırasına daxil olmalıdır.
Bu fərmandan əvvəl sahibkarları bütün dövlət yoxlamalarından azad edən misli görünməmiş tədbirlər və göstərişlər zərfi elan edilmişdi. Başqa sözlə, iqtisadi və hüquqi islahatların birinci mərhələsində dövlət yenicə yaranan qeyri-neft sinfini yalnız əsassız və tez-tez təkrarlanan qanuni yoxlamalardan azad etdisə, ikinci mərhələdə bütün məhkəmə sisteminin keyfiyyət dəyişiklikləri haqında qərar qəbul edildi.
Təbii ki, yeni iqtisadi siyasət yeni, daha təkmil məhkəmə-hüquq sistemi ilə möhkəmlənməlidir. Məhz hüquqi islahatlar özəl mülkiyyətin toxunulmazlığının və sahibkarlar sinfinin hüquqlarının əsas qarantı kimi məhkəmə sisteminin tamamilə yenidən təşkilini təmin etməlidir. İqtisadi sistemin transformasiyası, dövlətin rolunun və müdaxiləsinin zəifləməsi, mərkəzdənqaçma və bunun nəticəsində özəl sektorun rolunun güclənməsi həm dövlət institutları ilə özəl bazar arasında, həm də kommersiya subyektləri arasında çoxsaylı anlaşılmazlıqlar yaratdı. Və hüquqi mübahisələrin əsas tənzimləyicisi olan hakimiyyətin üçüncü şaxəsini – məhkəmə sistemini ciddi dəyişikliklər gözləyir. Bütün məhkəmə sisteminin institusional islahatları ilk növbədə özəl biznesin hüquqlarının qorunması məqsədini güdür. Buna görə də, prezident yazda imzaladığı fərmanda diqqəti ictimai nəzarətin işarə etdiyi təhlükəli siqnala – təşəkkül tapan yeni iqtisadi və sosial reallıqda məhkəmələrin kifayət qədər effektli işləməməsinə yönəltdi.
Məhz məhkəmələr və hüquq sistemi cinayətkarlıqla, o cümlədən iqtisadi sahədə cinayətkarlıqla mübarizədə etibarlı preventiv mexanizmdir. Misal üçün, korrupsiyaya necə qalib gəlmək, yaxud hüquqi müstəvidən kənarda inhisarları necə cilovlamaq olar? Prinsipcə mümkün deyil! Son illərdə hüquqları pozulmuş vətəndaşlar və iş adamları nicatı icra hakimiyyətindən, ələlxüsus prezidentdən və birinci vitse-prezidentdən gözləyirlər. Başqa sözlə, icra hakimiyyəti praktiki olaraq qismən məhkəmə hakimiyyətinin kifayət etməyən effektivliyini kompensasiya etməyə məcbur idi.
Lakin İ.Əliyev özünün dövlət quruculuğu konsepsiyasında Azərbaycanı hüquqi dayaqları olan dövlət kimi müəyyən edir. Hüquqi tənzimləyici kimi məhkəmələrin rolunu möhkmləndirərək, prezident özəl istehsalın və istehlakçıların nümayəndələrinin hüquqlarının müdafiə mexanizminin modernləşdirilməsinə şərait yaradır.
2019-cu ilin iyul ayının 19-da prezident islahatların institusional tərkib hissəsini əhatə edən qanunvericilik aktlarının ilk zərfini imzaladı. KİV üçün xüsusi şərhində prezidentin köməkçisi Fuad Ələsgərov bildirdi ki, hazırda növbəti normativ-hüquqi aktların hazırlanması və qanunvericiliyin təkmilləşdirilməsi üzrə hərtərəfli iş aparılır.
Normativ-hüquqi aktlar zərfi özündə “Məhkəmələr və hakimlər haqqında” Qanuna, Mülki prosessual, İnzibati prosessual və Cinayət prosessual məcəllələrə dəyişiklikləri ehtiva edir.
İslahatların əsas nou-xausu iki konturlu məhkəmə sisteminin – inzibati və kommersiya məhkəmələrinin yaradılmasıdır ki, bu da məhkəmələrin ixtisaslaşdırılmasının yüksəlməsini və məhkəmə heyətinin peşəkarlıq səviyyəsinin artmasına təminat verməlidir.
İki məhkəmə sisteminin – inzibati və kommersiya məhkəmələrinin yaradılması məhkəmələrin yüklənməsi kimi ümumi problemi həll etməyə və onların effektivliyinin artırılmasına imkan verməlidir. Məhkəmə sisteminin iqtisadi həyatın tempinə uyğunluğu yalnız məhkəmə heyətinin peşəkarlığı və səhvinin olmaması ilə deyil, həm də məhkəmələrin qərarlarının verilməsinin və həmin qərarların icrasının sürəti ilə ölçülür (məhkəməyə aid olma ilə bağlı şikayətlərə Ali Məhkəmədə 2 ay ərzində deyil, cəmi 10 gün ərzində baxılacaq).
Dəyişikliklər ali instansiya məhkəmələrə şamil ediləcək, belə ki, apellyasiya məhkəmələri və Ali Məhkəmədə müvafiq kollegiyalar yaradılacaq. Beləliklə, müəyyən mənada rayon məhkəmələri ilə ali instansiya məhkəmələr arasında bağ yaranacaq.
İslahatlar özündə yeni hakim vəzifələrinə manizədlərin seçimini də ehtiva edir ki, bu da, sözsüz ki, daha ixtisaslı və bununla yanaşı, yüksək nüfuza malik insanların seçiminə imkan yaradacaq. Prezidentin fərmanını şərh edərkən Fuad Ələsgərov bildirir ki, hakimlər yalnız “qanunun hərfi”ni deyil, “qanunun ruhu”nu da icra etməlidirlər.
Əlbəttə ki, yuxarıda sadalanan məqsədlərdən əlavə, prezident və cəmiyyət məhkəmələrin nüfuzunun yüksəlməini gözləməkdədirlər.
Paylaş: