Bəzi istisnalar nəzərə alınmasa, güllələnənlərin, sürgün edilənlərin, həbsxana divarları arasında min bir işgəncə ilə qətlə yetirilənlərin böyük əksəriyyəti Sovet rejimi, kommunist ideologiyası və mövcud quruluşa qarşı real və ciddi təhlükə yarada biləcək güc və zəka sahibləri idi.
Publika.az 1 milyona yaxın dinc insanın mənfur rejim tərəfindən təqib edildiyi, 1937-ci ilin dəhşətlərinə qısa icmalda nəzər salır.
1. 30 iyul 1937-ci il tarixində XDİK-in (NKVD) «qolçomaq əməliyyatı»nı işə salan 00447 №-li xüsusi əmri çıxdı. Bu əmr «Böyük Stalin terroru»nun ən kütləvi əməliyyatının əsasını qoydu.
2. Repressiyalara məruz qalanlar arasında keçmiş varlı kəndlilər; kazak, əksinqilabçı və faşist təşkilatlarının iştirakçıları; ən fəal «ruhanilər» və cinayətkarlar var idi.
Qolçomaq əməliyyatı çərçivəsində həbs olunanlar
XDİK-in 30 iyul 1937-ci il, 00447 №-li əmrinə əsasən.
5 avqust 1937-ci il tarixdən 1 iyul 1938-ci il tarixədək, nəfər
Digər əksinqilabçı ünsürlər – 201 863
Cinayətkarlar – 121 863
Keçmiş qolçomaqlar – 376 206
Mənbə: XDİK-in FTB arxivindən məlumatlar.
3. Repressiyalar üzrə planı həyata keçirmək məqsəlilə üçlüklər – üç nəfərdən ibarət cinayət təqibinin məhkəmədənkənar orqanları yaradılmışdı. Üçlüklər hökmləri qiyabi – XDİK-in iş materialları əsasında çıxarırdılar. Onların qərarı mübahisə mövzusu ola bilməzdi.
4. Repressiyaya məruz qalanların hamısı iki qrupa bölünürdü: güllələnmə cəzası alan «qatı düşmənlər» və düşərgələrlə həbsxanalara məhkum olan «zəif fəallar».
5. İlkin plana əsasən, 270 mindən artıq insanın həbsə alınması, onlardan 70 min nəfərinin edam olunması (güllələnməsi) nəzərdə tutulmuşdu. Plan artıqlaması ilə həyata keçirilmişdi. Bu da nəticələr:
İlkin planların və repressiya yekunlarının nisbəti
XDİK-in 30 iyul 1937-ci il, 00447 №-li əmrinə əsasən.
5 avqust 1937-ci il tarixdən 1 noyabr 1938-ci il tarixədək, nəfər
Plan:
Repressiyaya məhkum olunanlar – 268 950
Ölüm cəzasına məhkum olanlar – 75 950
Yekun:
Repressiyaya məhkum olunmuşlar – 767 397
Ölüm cəzasına məhkum olunmuşlar – 386 798
Mənbə: XDİK-in FTB arxivindən məlumatlar.
6. Nəhayət, 17 noyabr 1938-ci il tarixində əmr ləğv edildi. Molotovla Stalin repressiya yekunlarını müsbət dəyərləndirdilər, «çatışmazlıqlarla ifratçılığın» günahını isə XDİK-in «ayağına yazdılar».
7. Repressiyalar çərçivəsində tarixin bir çox dahi, istedadlı şəxsiyyətləri sürgün edilmiş və ya edam olunmuşdu. Onlar arasında aktyor Jjonov, şairlər Vvedenski, Mandelştam, aviakonstruktorlar Korolyov və Tupolyov, tarixçi Lixaçov və çoxlu sayda digər dünya şöhrətli şəxsiyyətlərin adını göstərmək olar.
1937-ci ildə repressiya olunan azərbaycanlı qələm əhlindən Əhməd Cavad, Mikayıl Müşfiq, Salman Mümtaz, Hüseyn Cavid, Yusif Vəzirov (Çəmənzəminli), Ömər Nemanzadə, Ənvər Yusif oğlu və ümumilikdə minlərlə mütəfəkkir mənfur rejimin amansız təqiblərinə tuş gəlmişlər.
Paylaş: