Xəbər lenti


Cem Kiçik
“Türkiye” qəzeti, 24 aprel 2020-ci il
 
İsrailin xüsusi xidmət orqanı hesab olunan “Mossad” Orta Şərqdə Türkiyə əleyhinə qaranlıq təbliğatlar yaymağa davam edir.  Bunu edərkən də jurnalist adıyla pədələnmiş casuslarından və mətbuatdan məharətlə istifadə edir.
“Mossad” bu işləri görərkən, Səudiyyə ƏrəbistanıBirləşmiş Ərəb Əmirlikləri (BƏƏ)Misir və FETÖ ilə işbirliyi edir. Təbii ki, hamısının ortaq bir məqsədi var – MİT-i (Türkiyənin Milli Kəşfiyyat İdarəsi), yəni, Türkiyənin ən önəmli güc strukturlarından birini nüfuzdan salmaq və parçalamaq.
18 mart tarixində İsrailin əməliyyat portallarından biri olan “Intellitimes.co.il”də “Disclosure: The image of the İran Quds Forces Terror and Intellegence Branch in Turkey” (“Açıqlama: İranın Qüds Qüvvələrinin Türkiyədəki Terror və Kəşfiyyat bölməsinin imici”) başlıqlı bir məqalə dərc edilmişdi.
Məqalədə istifadə edilən fotoşəkil Türkiyəyə məxsus idi və hər tərəfində İran bayraqları vardı. Bundan daha öncə, Qasım Süleymani öldürülən zaman İsraildə Netanyahuya yaxın  “Makor Rishon” qəzeti Hakan Fidanı hədəf olaraq göstərmiş və xüsusi xidmət rəhbərinin öldürülməsini istəmişdi. Həmin qəzetdə bu sətrlər qeyd olunmuşdu: “İndi Qasım Süleymani yerin altında, 3 arşınlıq bir sahədə yatır. Sıra onun türk əkizi sayılan MİT rəhbəri Hakan Fidanın vəziyyətinə diqqət yetirməyə gəldi”.
Pazit Rabin imzası ilə dərc olunan “Sultan və Süleymani” başlıqlı məqalədə MİT rəhbəri Hakan Fidan haqqında ağır ifadələrə yer verilmişdi.
Benjamin Netanyahu isə bu iddiaları təkzib etmişdi.
Yaşanan bu hadisəyə Səudiyyə Ərəbistanı sürətli bir şəkildə müdaxilə etdi. Bin Salmanın maliyyələşdirdiyi və Türkiyəyə qarşı qarayaxma kampaniyaları ilə tanınan “İndependet-türkcə” həmin məqalənin imza sahibi ilə, yəni, Pazit Rabinlə görüşərək, onu müdafiə etməyə çalışmışdı.
Daha öncə FETÖ “Salam Tövhid” iş sənədi ilə İranla əməkdaşlıq adı altında bir çox şəxsi həbs etməyə başlamışdı. Həmin şəxslər İrana casusluqda təqsirləndirilirdilər.
Əlbəttə ki, bunlar hamısı uydurulmuş böhtanlar idi.  Sonradan FETÖ-çü polis rəhbərlərinə “Mossad” stol üzərində hazırlanmış məlumatlar  vermiş və Hakan Fidanı hədəflərindən birinə çevirmişdilər.
Hakan Fidanın MİT rəhbəri vəzifəsinə gəldiyi gündən bu yana FETÖ və “Mossad”ın hədəfinə çevrilməsi heç də təəccüblü deyil.
11 dekabr 2008-ci ildə FETÖ-çülər Almaniyada yerləşən “Correctiv.org” portalında qarayaxma kampaniyaları davam etmiş “About black sites Turkey” (“Türkiyənin qaranlıq saytları haqqında”) başlıqlı məqalə dərc edilmişdi. Üstəlik, bu məqalə həm ingiliscə, həm də almanca dərc edilmişdi.  Bunun ardınca “Haaretz” türk xüsusi xidmət orqanı barədə eyni əsassız iddiaları yazmışdı.
İsrail, eyni zamanda, yaxın münasibət qurduğu ölkələrə kəşfiyyat məlumatları da verir. Bunun ən önəmli örnəyi Qaşıqçı cinayətində Səudiyyə Ərəbistanı üçün təşkil olunan kəşfiyyat dəstəyidir.
“Pegasus” İsrailə aid proqram təminatıdır. “Mossad” bu proqramı Səudiyyəyə vermişdi və Qaşıqçının gün ərzində hər bir hərəkəti saniyə-saniyə izlənilmişdi. Ən sonunda da öldürüldü…
İsrail öz “dostları”na bu cür proqram vasitələrindən çox satır və bu ticarətdən külli miqdarda qazanc əldə edir.  Qazandığı bu pullarla kifayətlənməyən İsrail, həm də rəqiblərinə verə biləcək zərərlərin hesabatını da aparır.
İsrail bu kəşfiyyat məlumatlarını belə yaradır – öncə Balkan və Orta Avropa ölkələrində şirkət lövhələri yaradır. Məsələn, Serbiyada qurduqları şirkətin adı “B.D.C”-dir, amma əslində, ortada belə bir şirkət yoxdur, sadəcə kağız üzərindədir. “Mossad” bu ölkələrdə xüsusi xəbər portalları yaradır. Təbii ki, bu portalların hər biri “fake”, yəni, doğru olmayan adlarla qeydiyyatdadır.
Sonra həmin ölkələrdə öz işlərinə yarayan şəxsləri böyük pul vəsaitləri hesabına ələ alırlar. Həmin şəxs isə İsrail kəşfiyyatına işlədiyini bilir. İsrailin hədəf seçdiyi şəxslərə “Mossad” agentləri özlərini iş adamları kimi tanıdır.  İşlərinə yarayacaq şəxsə, əslində elə hədəflərindəki şəxs vasitəsilə çatırlar. Əlbəttə ki, özlərini qeyd etdiyimiz yalançı şirkətlərin rəhbərləri kimi tanıdaraq…
Zaman keçdikcə, aradakı etibar daha da gücləndikcə hədəfdəki şəxsə telefon və yaxud digər hədiyyələr verilir.  Təbii ki, həmin “hədiyyə”lərin içərisinə “Mossad”ın xüsusi dinləmə cihazları yerləşdirilir. Hədəflərindəki həmin şəxs ticarət etdiyini zənn edir, amma əslində özü böyük bir ova çevrilir. Bunun ardınca “şirkət rəhbərləri” həmin şəxsi Asiya ölkələrinə dəvət edir. Çünki həmin ölkələrdə təhlükəsizlik daha aşağı səviyyədə olur. Asiya ölkələrindən birinə gələn şəxsin telefonundakı bütün məlumatlar “Pegasus” proqramı vasitəsilə əldə edilir.
Bu mövzunu davam etdirəcəyəm. İsrailin digər məxfi kəşfiyyat əməliyyatlarını və “Mossad”ın cinayətlərini də gün işığına çıxaracağam.
Tərcümə Strateq.az-ındır



Ana səhifəyə qayıt        Baxış: 2 774          Tarix: 25-04-2020, 15:20      

Xəbəri paylaş


Paylaş:   

Prizma