Xəbər lenti
Dünən, 19:25
Dünən, 18:39
Dünən, 16:30
Dünən, 14:00
Dünən, 12:33
Dünən, 12:17
Dünən, 10:55
26-11-2024, 23:32
26-11-2024, 23:14
26-11-2024, 22:58
26-11-2024, 21:42
26-11-2024, 19:19
26-11-2024, 18:37
26-11-2024, 18:17
26-11-2024, 17:30
26-11-2024, 16:59
Nuriel Rubini
“Project Syndicate”, 28.04.2020
2007-09-cu illərdəki maliyyə böhranından sonra qlobal iqtisadiyyatı əhatə edən balanssızlıqlar və risklər siyasi səhvlərlə kəskinləşib. Beləliklə, maliyyə çöküşünün və yaranan tənəzzülün aşkar etdiyi struktur problemlərini həll etmək əvəzinə, hökumətlər daha bir böhranı qaçılmaz hala gətirən böyük risklər yaradıb. İndi, bu, üzə çıxdıqda, risklər daha kəskin hal alır. Təəssüf ki, Böyük Tənəzzül yeni tensiyalarla davam edəcək.
Birinci tendensiya – çatışmazlıqlar və onlarla bağlı risklərə aiddir: borclar və defoltlar. COVID-19 böhranına siyasi cavab bir çox ölkələrdə dövlət borcu səviyyəsinin artmasıdır. ÜDM-in 10%-i və ya daha çox.
Ən pisi budur ki, bir çox ev təsərrüfatları və firmanın gəlir itkisi özəl sektorda borc səviyyəsinin qeyri-sabitliyə və potensial olaraq kütləvi defolta və iflasa səbəb olacağı deməkdir. Dövlət borcunun artan səviyyəsi ilə birlikdə, bunların hamısı 10 il əvvəl Böyük Tənəzzüldən sonrakı vəziyyətə nisbətən daha az anemik sağalmanı təmin edir.
İkinci amil – inkişaf etmiş ölkələrdə demoqrafik bombadır. COVID-19 böhranı dövlət səhiyyə sistemlərinə daha çox vəsaitin ayrılması, universal səhiyyə və digər müvafiq ictimai xidmətlərin lüks deyil, zəruri olduğunu göstərir. Bununla belə, inkişaf etmiş ölkələrin çoxunun yaşlanmış cəmiyyəti olduğu üçün gələcəkdə belə xərclərin maliyyələşdirilməsi bugünkü səhiyyə və sosial təhlükəsizlik sistemlərində gizli borcları da artıracaq.
Üçüncü məsələ – artan deflyasiya riskidir. Böhran dərin tənəzzülə səbəb olmaqdan əlavə, mallar (istifadə edilməmiş maşınlar və qüvvə) və əmək bazarlarında (kütləvi işsizlik), həmçinin neft və sənaye metalları kimi məhsullarda qiymətlərin ucuzlaşmasına səbəb olur. Bu, borc deflyasiyasını ehtimal edərək, müflisləşmə riskini artırır.
Dördüncü (əlaqəli) amil – valyutanın məzənnə itkisi olacaq. Mərkəzi banklar deflyasiya ilə mübarizə aparmağa və faiz dərəcələrini artırmaq riskini aradan qaldırmağa çalışdıqca (kütləvi borcun artması ilə) pul siyasəti daha qeyri-ənənəvi və ardıcıl olacaq. Yaxın perspektivdə hökumətlər depresiya və deflyasiyanın qarşısını almaq üçün monetar maliyyə kəsirlərini idarə etməlidir. Bununla birlikdə, zaman keçdikcə, sürətlənmiş qloballaşma və yenilənmiş proteksionizmdən daimi mənfi təsirlənmə təchizatı sarsıdacaq, staqlyasiyanı qaçılmaz edəcək.
Beşinci məsələ – iqtisadiyyatın daha geniş rəqəmsal pozulmasıdır. Milyonlarla insan iş yerlərini itirmək və ya işləyərək daha az qazanc əldə etməklə, XXI əsr iqtisadiyyatının gəlir və rifah arasındakı boşluqlarını daha da genişləndirəcək. Gələcək tədarük zəncirinin şoklarından qorunmaq üçün inkişaf etmiş iqtisadiyyata malik dövlətlərin şirkətləri istehsal sahələrini ucuz qiymətli bölgələrdən baha başa gələn daxili bazarlara keçirəcək. Bu iş evdə çalışanlara kömək etməkdənsə, əmək haqqına təsir göstərməklə, populizm, milliyyətçilik və ksenofobiya alovlarını daha da artıraraq, avtomatlaşdırmanı sürətləndirəcək.
Bu altıncı əsas amilə işarə edir: de-qloballaşma. Pandemiya artıq parçalanma meyllərini sürətləndirir. ABŞ və Çin daha sürətli parçalanacaq və əksər ölkələr yerli firmaları və işçiləri qlobal fəsadlardan qorunmaq üçün daha çox proteksionist siyasət tətbiq edəcək. Post-pandemiya dünyasında malların, xidmətlərin, kapitalın, işçi qüvvəsinin, texnologiyanın və məlumatların hərəkətinə daha sərt məhdudiyyətlər qoyulacaq. Bu, artıq hökumətlərin böhrana cavab olaraq ixrac məhdudiyyətləri və digər proteksionist tədbirləri tətbiq etdiyi dərman, tibbi avadanlıqlar və qida sektorlarında baş verir.
Demokratiyaya qarşı olan bu tendensiyanı gücləndirəcək. Populist liderlər tez-tez iqtisadi zəiflikdən, kütləvi işsizlikdən və artan bərabərsizlikdən faydalanırlar. Yüksək iqtisadi etibarsızlıq şəraitində böhran əcnəbilərin boynuna yıxılacaq. Ağ yaxalıqlı işçilər və orta təbəqənin geniş qrupları populist ritorikaya daha həssas olacaqlar, xüsusən miqrasiya və ticarətin məhdudlaşdırılması təkliflərinə.
Bu, səkkizinci amilə işarə edir: ABŞ və Çin arasındakı geostrateji qarşıdurma. Tramp rəhbərliyi Çini pandemiyada günahlandırmaq üçün hər cür səy göstərdiyindən Çin prezidenti Si Zinpinin rejimi ABŞ-ın Çinin dinc yüksəlişinin qarşısını almaq iddiasını daha tez-tez təkrarlayacaq. Ticarət, texnologiya, investisiya, məlumat və pul tənzimləmə sahələrində Çin-Amerika əlaqəsi kiçiləcək.
Ən pisi budur ki, bu diplomatik iflas ABŞ və onun rəqibləri – təkcə Çin deyil, həm də Rusiya, İran və Şimali Koreya arasında yeni soyuq müharibə mərhələsi açacaq. ABŞ-da keçiriləcək prezident seçkiləri yaxınlaşdıqda, hətta adi hərbi toqquşmalara da yol açan gizli kiber müharibəni gözləmək üçün bütün əsaslar var. Texnologiya gələcəyin sənayesinə nəzarət və pandemiyaya qarşı mübarizədə əsas silah olduğuna görə ABŞ-ın özəl texnoloji sektoru getdikcə milli-təhlükəsizlik-sənaye kompleksinə inteqrasiya olacaq.
Nəzərdən qaçırılmamalı son risk, COVID-19 böhranının göstərdiyi kimi, maliyyə böhranından daha çox iqtisadi fəlakət gətirə biləcək ətraf mühitin pozulmasıdır. Təkrarlanan epidemiyalar (1980-ci illərdən bəri HİV, 2003-cü ildə SARS, 2009-cu ildə H1N1, 2011-ci ildə MERS, 2014-16-cı ildə Ebola), iqlim dəyişikliyi kimi, sağlamlıq və sanitariya normalarının pis olması, təbii sui-istifadədən doğan texnogen fəlakətlərdir. Pandemiya və iqlim dəyişikliyi ilə yaranan bir çox xəstəlik simptomları qarşıdakı illərdə daha tez-tez, şiddətli olacaq.
COVID-19-dan əvvəl yaranmış bu 10 risk bütün qlobal iqtisadiyyatı 10 illik ümidsizliyə sürükləyən mükəmməl bir fırtına ilə təhdid edir. 2030-cu illərə qədər texnologiya və daha səriştəli siyasi rəhbərlik bu problemlərin bir çoxunu azaltmaq, həll etmək və ya minimuma endirməkdən ötrü daha əhatəli, kooperativ və sabit beynəlxalq nizam yarada bilər. Ancaq hər hansı bir xoşbəxt sonluğa çatmaq üçün Böyük Depressiyadan xilas ediləcəyimiz yolu tapmalıyıq.
Tərcümə: Strateq.az
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar