Xəbər lenti
Dünən, 19:25

Şəhab əl-Məkahlə

“Əl-Ərəbiyyə”

 

1930-cu ildən bəri dünya iqtisadiyyatı dar boğazdan çıxa bilmədiyi ən pis dövrünü yaşayır; o, Yaxın Şərq və inkişaf etməkdə olan bəzi bazarların hesabına enerji və maliyyə bazarlarını, eləcə də qlobal hərbi sənaye sahələrini inkişaf etdirmək üçün müharibəyə doğru gedir.

Bəzi müşahidəçilər hesab edirlər ki, dünya 2007-2008-ci illə müqayisədə dövlət borc nisbətlərinin artması ilə başlayan daha ağır qlobal maliyyə böhranı ilə üzləşəcək və bu, onu iqtisadi itkilərin qaranlıq tunelinə itələyir.

Son statistik məlumatlara görə, ümumi daxili məhsulda (ÜDM) qlobal dövlət borcları 2018-ci ilin sonlarına qədər 247 trilyon dollar təşkil edib.

2003-cü ildən etibarən qlobal borc dünya iqtisadiyyatının bir hissəsi olaraq 248%-dən dünya ÜDM-nin 318%-ə qədər artıb. 2018-ci ilin birinci rübündə qlobal borc 8 trilyon dollar çoxalıb.

Bu rəqəmlər, ilk növbədə, dünyanın iqtisadi və siyasi cəhətdən ən güclü ölkələrinə aiddir və istehlak, biznes, maliyyə və sosial borcların bütün növlərini əhatə edir.

2007-ci ildən etibarən qlobal borc səviyyəsi yalnız on il ərzində 50 artıb. Artım 2007-2008-ci illərdəkinə bənzər şar meydana gətirən böyük beynəlxalq şirkətlərin borclarını təmsil edir və yaxın zamanda partlayacaq və bəzi ölkələrdə iqtisadiyyat dağılacaq.

 

Yaxın Şərqdə müharibəsi yeganə xilas ola bilər

Qlobal böhranı aradan qaldırmanın yolu – bir neçə ölkəni əhatə edəcək Yaxın Şərq münaqişəsini törətməkdir. Bu, Yaxın Şərqi dünya miqyasında maddi və iqtisadi cəhətdən gerilədəcək. Birbaşa qarşılaşmanın qarşısını almaq üçün süpergüclərin yeganə yolu budur.

Beləliklə, Yaxın Şərqdə müharibəyə və xaos ssenariləri bu gün ciddi borc böhranından əziyyət çəkən böyük dövlətlərin və onların beynəlxalq şirkətlərinin maraqlarını qorumaq üçün hazırlana bilər.

 

Müharibəyə hansı ölkələr cəlb olunacaq?

Bu qaçılmaz müharibə bəzi Yaxın Şərq ölkələrini və proksi savaş aparan dövlətləri cənginə alacaqmı?

Yaxın bir neçə ay ərzində Çin, Rusiya, Birləşmiş Ştatlar, Böyük Britaniya və Fransa kimi böyük dövlətlərin həmin müharibədə birbaşa iştirakının qarşısını almaq olarmı?

Borc – ikili qurşaqdır, çünki o, qlobal artım, əmək haqqı və iqtisadi planlara təsir göstərir.

Bir çox ekspertin fikrincə, yeni maliyyə böhranı yalnız inkişaf etmiş dövlətlərin inkişaf etməkdə olan ölkələr hesabına iqtisadi artımı sürətləndirmək naminə müharibəsi ilə mümkündür. Buna görə də, bütün bölgədə, o cümlədən İsrail də böyük dövlətlərin iqtisadiyyatlarını qurtarmaq üçün İran və onun Yaxın Şərqdəki müttəfiqlərinə qarşı müharibədə iştirak edə bilər.

 

Dövlət borclarının iqtisadiyyata təsirləri

2008-ci ilin maliyyə köpüyünün itkiləri sürətlənir. Dövlət borcu on bir il əvvəl 43 faiz idi, meqa şirkətləri borcları 41 faiz, şəxsi borclar isə 16 faiz.

ABŞ-ın dövlət borcu 2003-cü ildə 80 faizə çatdıqda, o, İraqda müharibəyə başlayıb. Bu gün Amerikanın borcları dünya dövlət borcunun 32 faizindən çoxunu təşkil edir, ABŞ və digər ölkələr ağır iqtisadi və maliyyə reallıqların qarşısını almaq üçün daxili böhranları digər ölkələrə ixrac etməlidirlər.

Yaraya duz basan Pekin və Vaşinqton arasında ticarət gərginliyi qlobal iqtisadiyyatın artmasına və böyük iqtisadi bloklar, beynəlxalq axınlar və ittifaqlara mənfi təsir göstərəcək.

Beləliklə, iqtisadi artım sürətləndirilməlidir. Bu böyük qüvvələrin sərhədlərindən uzaq bir müharibə olmadan əldə edilə bilməz.

 

2018-ci ildə dünya maliyyə bazarlarında iki ardıcıl uğursuzluq

Dünya maliyyə bazarları 2008-ci ildən etibarən iki böyük uğursuzluğu qeydə alıb.

Birincisi – 2018-ci ilin fevral ayında. Uoll Strit 2011-ci ildən etibarən ən aşağı səviyyəyə düşdükdən sonra şiddətli titrəyiş dünya maliyyə bazarlarını sarsıdıb. Böyük enişlər Asiya və Avropada 5-7 faiz civarında, həmçinin inkişaf etməkdə olan bazarlarda, bir çox firma üçün çox böyük zərərlərə səbəb olub.

Son vaxtlar fevral ayının ssenarisi sərbəst bazarda “qara həftə” adı ilə təkrarlanır. Kapital bazarları fevral ayından etibarən böyük itkiləri kompensasiya edə bilməyib, əsasən bir neçə həftə ərzində texnoloji firmalar ehtiyatları və paylarının 9 faizini itirib, bu, sektor üçün böyük azalmadır.

Azalma səbəbləri aydın deyil. Bəziləri hesab edirlər ki, bu, ABŞ-da faiz dərəcələrinin sürətlə artması, ticari proteksionizm və digər iqtisadi nikbinliyin yoxluğu ilə bağlı narahatlıqlardan doğur.

Digərlərinin fikrincə, Çin, ABŞ, Rusiya və Aİ arasında siyasi gərginliyin nəticəsidir.

 

Nəhənglər müharibəyə girəcəkmi?

Deyirlər ki, müharibə sahəsi Yaxın Şərqdirsə, müharibəyə girən divlərdir. Amma tam olaraq harada?

Tarix ticarət münaqişələrinin dövlətlər arasında gərginliyi gücləndirdiyini sübut edir. Belə münaqişələr iqtisadi böhranlara gətirib çıxarır, siyasi və ictimai keçidləri sürətləndirir və nəhayət, müharibələrə səbəb olur.

19-cu əsr fransız iqtisadçısı Fredrik Bastia nahaq yerə deməyib: “Mallar sərhədləri keçə bilmədikdə, onu keçən ordular olacaq”.

Bu, dünyanın hara  doğru getdiyini göstərir. Tammiqyaslı ticarət qarşıdurması tez-tez tarif döyüşü və valyuta müharibələrini əks etdirir. Ticarət müharibələri xalqlar arasında millətçilik və nifrətə səbəb olur, İkinci Dünya müharibəsi ilə müqayisədə, Yaxın Şərqdə müharibəyə cəlb olunacaq tərəflər üçüncü tərəf vasitəsilə bu cür müharibələrin qarşısını almaq istəyir.

Aydındır ki, böyük qüdrətlərin hamısı savaşda birbaşa iştirak etmək istəmir, lakin onu digər ölkələrə və ya bölgələrə ixrac etməklə, proksi müharibələrə həvəslidir.

Beləliklə, əsas sual: növbəti müharibə 2018-ci ilin sonuna qədər və ya 2019-cu ildə olacaq?

 Tərcümə: Strateq.az

 




Ana səhifəyə qayıt        Baxış: 342          Tarix: 16-11-2018, 15:41      

Xəbəri paylaş


Paylaş:   

Prizma