Xəbər lenti
Bu gün, 21:44
Bu gün, 19:25
Bu gün, 18:39
Bu gün, 16:30
Bu gün, 14:00
Bu gün, 12:33
Bu gün, 12:17
Bu gün, 10:55
Bu gün, 09:42
Dünən, 23:14
Dünən, 22:58
Dünən, 21:42
Dünən, 19:19
Dünən, 18:37
Dünən, 17:30
Dünən, 15:15
Sanki dünən idi... 2008-ci ilin 8 avqustunda bütün gözlər Pekin Yay Olimpiadasının açılışına dikilərkən Azərbaycanın cəmi bir addımlığındakı Gürcüstan separatçı rejimlərə-Cənubi Osetiya və Abxaziyaya qarşı hərbi əməliyyatlara (avqustun 7-dən 8-nə keçən gecə) başladı. Hamı kimi Bakının da gözü Gürcüstana dikildi. Gürcüstan o günlər sadə azərbaycanlı üçün artıq qonşu deyildi, tale ortağı idi... Sanki biz də bu müharibənin bir parçası kimi idik. Qarabağda edəcəyimiz müharibənin Gürcüstanda “məşqi” gedirdi. İçimizdə qəribə bir ümid işığı yaranmışdı...
Gürcüstan ordusunun bölmələri cəmi bir neçə saat ərzində Cənubi Osetiya separatçılarının əsas dayaq məntəqəsi hesab edilən Sxinvalinin böyük bir hissəsinə nəzarəti ələ keçirdi. Bakıda da ürəyimiz atlandı, sanki biz də müharibəyə kökləndik- azad edilən kənd, qəsəbə bizim Qarabağdakı torpaqlarımızın azadlığı kimi idi. Yadımdadır ki, Gürcüstan ordusu Sxinvalini nəzarətə götürəndə dost-tanış bir-birimizə zəng edib təbrik edirdik. Sxinvaliyə Azərbaycanın Stepanakerti kimi baxırdıq. Bizdə də separatçı mərkəzi orda idi axı...Nə yazıq ki, hələ də oradadır axı...
Rusiya prezidenti Dmitri Medvedyev olsa da, əsas qərarları verən baş nazir Vladimir Putin bütün məsuliyyəti qeyri-rəsmi olaraq (çünki Ali Baş Komandan formal da olsa prezident Medvedyev idi) üzərinə götürdü.
Rusiya qoşunları dərhal Gürcüstanı "Cənubi Osetiyaya qarşı aqressiyada" suçladı və 8 avqust tarixində "sülhü təmin etmə" əməliyyatı adı altında havadan, qurudan və dənizdən Gürcüstan ərazisinə genişmiqyaslı hücuma başladı. Rusiya və Cənubi Osetiya qoşunları ilə gürcü qoşunları arasında beş günlük toqquşmalardan sonra gürcülər geri çəkilməyə məcbur oldu. Rus qoşunu isə münaqişə zonası ilə yanaşı, Gürcüstanın digər ərazilərinə də zərbələr endirməyə başladı. Rus qoşunları müharibə ərzində Zuqdidi, Senaki, Poti və Qori kimi gürcü şəhərlərini işğal etdi və atəşkəs razılaşmasına qədər öz nəzarəti altında saxladı.
12 avqustda Fransanın o zamankı prezidenti Nikola Sarkozinin, digər Avropa dövlət rəhbərlərinin və ABŞ-ın vasitəçiliyi ilə atəşkəs müqaviləsinin imzalanması nəticəsində, XXI əsrdə Avropada ilk müharibə kimi tarixə düşən Gürcüstan-Rusiya hərbi münaqişəsi başa çatdı.
Rusiya avqustun 26-da Cənubi Osetiya və Abxaziyanın “müstəqilliyini tanıdı”. Gürcüstan hökuməti isə buna cavab olaraq Rusiya ilə diplomatik münasibətləri kəsdi. 12 il əvvəlki müharibənin qısa xronologiyası belədir...
Amma bu, həmin müharibənin yalnız bir neçə dəqiqəsinə sığışdırdığımız tarixdir. Sonralar üzə çıxdı ki, Moskvada Putin Sarkozinin qalstukundan tutub və qışqırıb: “Gedib ona (yəni Saakaşviliyə) deyərsən ki, onu xayalarından asacam”. Putin Sarkozi vasitəsilə Tiflisə 6 maddəlik saziş göndərmişdi. Orada son bənddə Tiflisdən Cənubi Osetiya və Abxaziyanın müstəqilliyinin tanınması barədə alçaldıcı tələb qoyulmuşdu. Saakaşvili rədd cavab verəndə isə Sarkozi “əks halda, günü sabah rus tankları Tiflisdə olacaq, səni də öldürəcəklər” deməsi də tarixə yazılmış həqiqətlərdir.
Sonra nə? Saakaşvili deyib ki, bu söhbətdən sonra dərhal ABŞ prezidenti Corc Buşa zəng edib. “Onunla çox ağır söhbətimiz oldu. Buş tərəddüd keçirirdi, axırda hətta ona səsimi qaldırmalı da oldum. Nəhayət, Buş dedi ki, Putinlə kəskin danışacaq ki, əgər Tiflis üzərinə gəlsə, rus uçaqları vuralacaq, ABŞ-ın 6-cı donanmasını da Qara dənizə yollayacaq”. Nəhayət, son nöqtəni o zamankı prezident Saakaşvili belə xatırlayır: “Yalnız ABŞ-ın bu sərt mövqeyinə görə müharibəni dayandıra bildik”.
Saakaşvilinin 12 il əvvəl etdiyi provokasiya idi, yoxsa onu Qərb dövlətlərinin liderləri başdan çıxarmışdılar, bu mövzu indiyədək də dartışılır. Amma Saakaşvili bizə belə bir yaxşılıq etdi. Ərazimizi Rusiyanın dəstəyi ilə işğalda saxlayan ermənin hamisi olan Moskvanın mövqeyini ortaya qoydu. Aydın oldu ki, sabah biz də torpaqlarımızı azad etmək istəsək, Kremlin mövqeyi aşağı-yuxarı necə olacaq…
Son 12 ildə nə Rusiya dəyişib, nə onun hərbi siyasəti. Əksinə, Rusiya daha da aqressiv, daha təcavüzkar siyasəti seçib. Krımın anneksiyasını, Suriyaya ordu yeritməyi yada salmaq kifayətdir.
2016-cı ildə Qarabağ cəbhəsindəki beşgünlük aprel savaşında Rusiyanın tutduğu mövqe əslində, bizə hələ də tam məlum deyil. Amma bu yaxınlarda rusiyalı hərbi nazir Sergey Şoyqunun aprel savaşı vaxtı Bakıya zənginin müəyyən təfsilatı üzə çıxmışdı. Rusiya “Bakıya qoşunla gəlməz” deyirsizsə, “Moskvadan torpaqlarımızı azad etmək üçün nə vaxtadək ehtiyat edəcəyik?” soruşursuzsa, bunlara birmənalı cavab yoxdur. “Rusiya amilini gözləsək, torpaqlarımızı geri ala bilməyəcəyik” deyənlər varsa, mən onlara dəstəyəm. Ona görə yox ki, reallıq hissini itirmişik, bu da avantüradır. Xeyr, daha dözüm limiti bitib! Adam da Kremldə oturanların yaxasından tutub, “Gürcüstanın ərazi bütüvlüyünə qarşı niyə çıxırdınız, niyə ərazi bötüvlüyünü bərpa etmək istəyən Saaakaşvilini asmaqla, Tiflisi tutmaqla hədələyirdiniz?” soruşmaq istəyirsən. Bəs Qarabağ?
Soruşulası çox suallar var. Amma biz onlara cavab ala, cavab tapa bilsəydik, yəqin ki, indi Xankəndində oturardıq... Musavat.com
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar