Xəbər lenti
Bu gün, 21:42
Bu gün, 19:19
Bu gün, 18:37
Bu gün, 17:30
Bu gün, 16:59
Bu gün, 15:15
Bu gün, 14:35
Bu gün, 10:37
Bu gün, 10:00
Dünən, 22:50
Dünən, 21:23
Dünən, 20:40
AgoraVox, Fransa 27.12.2020 Müəllif: Alən Rumestan Ermənistanla Azərbaycan arasında noyabrın 9-da imzalanmış atəşkəs razılaşması noyabrın 10-da qüvvəyə minib. İndi atəşkəs davamlı görünür… Hər iki tərəfdən çox sayda qurbanın olduğu müharibədə Ermənistan sərhədini bir santimetr belə, keçməyən Azərbaycan Silahlı Qüvvələri bütün hərbi əməliyyatları öz ərazisində aparıb. Nəticədə o, 30 ilə yaxın idi ermənilərin işğalı altında olan Dağlıq Qarabağ ətrafındakı yeddi rayonu, eləcə də Azərbaycan mədəniyyətinin beşiyi sayılan rəmzi Şuşa şəhərini azad edib. Rayonlardan dördü 6 həftə davam etmiş müharibə nəticəsində geri qaytarılıb. Ağdam, Kəlbəcər və Laçını isə ermənilər Azərbaycana döyüşsüz təhvil verib. BMT Təhlükəsizlik Şurasının dövlətlərin ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı prinsiplərinə əsaslanan qətnamələri 30 ilə yaxın idi ki, Ermənistandan işğal etdiyi əraziləri boşaltmasını tələb edirdi. Lakin ABŞ, Fransa və Rusiya prezidentləri Obama, Sarkozi, Medvedevin öz dövrlərində göstərdikləri əhəmiyyətli səylərə də baxmayaraq, münaqişənin həlli prosesindı heç bir irəliləyiş əldə edilməmişdi. Nəticədə ən azı 800 min azərbaycanlı 30 ilə yaxın idi ki, öz torpaqlarından didərgin düşmüşdülər. Onlar Azərbaycanın digər rayonlarına, ən şərqdə yerləşən paytaxt Bakıya köçmək məcburiyyətində qalmışdılar. Bu gün 600 min azərbaycanlı təxminən 25 il əvvəl tərk etdikləri dədə-baba torpaqlarına qayıtmağa hazırlaşır. Lakin bunadək həmin ərazilər minalardan təmizlənməli, bölgəyə investisiya qoyulmalıdır. İstənilən halda, bu insanlar doğma torpaqlarına qayıtmaq istəyir. Rusiyanın xarici işlər naziri Sergey Lavrov (Rusiya Ermənistanın müttəfiqidir və bu ölkədə onun 2 hərbi bazası var) ilə BMT-nin baş katibi Antonio Qutyerreş arasında bu günlərdə keçirilmiş görüşdə qurumun Dağlıq Qarabağda sülhməramlılarla əməkdaşlıq çərçivəsində humanitar problemlərin həllində iştirak imkanları nəzərdən keçirilib. Amma bu məsələyə qayıdacağıq. Fransada “müharibəni qızışdıranlar” Belə bir vəziyyətdə Fransada “müharibəni qızışdıranlar”ın kampaniyası vəziyyəti ağırlaşdırır. Görəsən bu qüvvələr həqiqətən münaqişənin yenidən başlayacağına ümid edir? Axı münaqişə onsuz da hər iki tərəfdən çox sayda insanın həyatına son qoyub. Ermənistandan qayıtmış Mişel Onfre bir jurnala açıqlamasında bildirib ki, Dağlıq Qarabağda bir keşiş ona “islamın sivilizasiya deyil, barbarlıq olduğunu” söyləyib. İndi Ermənistan-Azərbaycan müharibəsi haqda danışan Mişel Onfre bildirir ki, orada söhbət “yəhudi-xristian mədəniyyətinə qarşı müsəlman barbarlığından” gedir. O, Fransanı da kəskin tənqid edib, bir islamçının vəhşicəsinə professor Samuel Patinin başını kəsdiyini xatırladıb: “Fransa sizə ona görə kömək etmədi ki, Ermənistanda baş verənlərin əslində, öz ərazisində baş verənlərlə eyni olduğunu anlamır”. Yazıçı Silven Teson isə əsasən incəsənət xadimlərinin oxuduğu jurnalda Fransa və Ermənistandan xristian krallıqları kimi danışır, Vyananın qarşılaşdığı məmlükləri xatırladır. Bu azmış kimi, Fransa Senatındakı qruplar Konstitusiyanın 34-1-ci maddəsini rəhbər tutaraq, “Dağlıq Qarabağ Respublikasının tanınmasının zəruriliyinə dair qətnamə”yə səs verir. Gündəlik iqtisadi qəzetlərdən biri bu haqda belə yazır: “Senat Dağlıq Qarabağı tanıdı. Bu, dünyada ilkdir”. Bəli, 30 il ərzində qondarma DQR-in müstəqilliyini heç bir dövlət tanımayıb. Və ən gülünc məsələ: Bricit Bardonun prezidenti olduğu fondun Rusiyanın dövlət başçısı Vladimir Putin və Azərbaycan prezidenti İlham Əliyevə ünvanladığı məktubda Dağlıq Qarabağdakı heyvanların taleyindən narahatlıq ifadə olunur: “Noyabrın 10-11-dən tətbiq olunan atəşkəs razılaşmasından sonra minlərlə erməni bölgəni tərk edib, nəticədə çox sayda it və pişik sahibsiz qalıb”. Bu şəxslərin ortaq cəhəti münaqişə ilə bağlı yanlış məlumatlara malik olmaları, reallığı bilməmələri, tərəflərdən birinin mövqeyini öyrənmək istəməmələridir. Daha təhlükəlisisə onların nifrət dolu fikirlər səsləndirməsidir. Ermənistanla Azərbaycan arasında baş verənlərin dinlə əlaqəsi yoxdur Azərbaycan dünyəvi dövlətdir. Orada müxtəlif dinlərin nümayəndələri – şiələr, sünnilər, xristianlar, yəhudilər mehriban şəraitdə, qarşılıqlı hörmət əsasında, tam harmoniyada yaşayırlar. Azərbaycandakı baş ravvin İsveçrə mətbuatında yazır ki, bu ölkədə sinaqoqlar, kilsələr, məscidlər yan-yana düzülüb və onların hər biri mükəmməl vəziyyətdədir. Bir müşahidəçi isə bunları deyir: “Küçədə istədiyimiz geyimdə gəzir, öz inamımıza, etiqadımıza uyğun olanı yeyir və içirik”. Burada qadınlar çadrada gəzmir. Bəli, Azərbaycan Şərqdə ilk dünyəvi respublikadır. Burada qadınların səsvermə hüququ hələ 1918-ci ildə tanınıb (Fransada bu, 1945-ci ildə baş verib). Bu gün Azərbaycanda bir çox qadın sahibkar, mühəndis, siyasətçi və s. var. Xatırladaq ki, Fransanın Orn departamentində X və XII əsrlərə aid yeddi kilsənin, Strasburq kafedral kilsəsinin vitrajlarının bərpasını məhz Azərbaycan maliyyələşdirib. O, Vatikandakı Müqəddəs Pyotr bazilikasının, Romadakı Müqəddəs Sebastian katakombalarının bərpasına da maliyyə ayırıb. 2002-ci ildə Roma Papası II İohan Pavel, 2016-cı ildə isə Papa Fransisk dini tolerantlıq nümunəsi olan Azərbaycana səfər ediblər. Onlar Azərbaycanda gördükləri dini tolerantlığı təqdir edib, xristian, yəhudi və müsəlmanlar arasındakı sıx əlaqədən təəccüblərini dilə gətiriblər. Bu gün turistlər Bakının mərkəzində bərpa edilmiş erməni kilsəsini belə, ziyarət edə bilər. Minlərlə erməni ötən illər ərzində də Azərbaycanda sülh şəraitində yaşayıb və yaşayır. Dünyanın hər yerindən müxtəlif din və mədəniyyət nümayəndələrini bir araya gətirən Ümumdünya Mədəniyyətlərarası və Dinlərarası Dialoq forumları məhz Bakıda keçirilir. Ermənistanla Ermənistan arasında baş verənlərin Fransanın üzləşdiyi islamçılıqla əlaqəsi yoxdur Bu gün tam əminliklə demək olar ki, Azərbaycan hökuməti islamçı terrorçuları, cihadı, ümumiyyətlə, bu ideologiyanı qəbul etmir. Bəli, Fransa öz ərazisində islam terrçuluğu ilə üz-üzədir. Ermənistan-Azərbaycan münaqişəsi zamanı məhz bu amil Fransa ictimai rəyinin bir hissəsi üçün sanki vasitəyə çevrilmiş, nəticədə ictimaiyyət arasında çox yanlış məlumatlar yayılmışdı. Bəziləri Fransada baş verən vəhşilikləri “Azərbaycanın barbarlığı” ilə müqayisə belə, edirdilər. Guya Azərbaycan yer üzündən erməni xristian sivilizasiyasının izini silmək istəyir. Halbuki, bu gün Azərbaycan Respublikası Qoşulmama Hərəkatına sədrlik edir. Məsələyə onun UNESCO-dakı nümayəndəsi də birmənalı münasibət bildirib: Azərbaycan hökuməti UNESCO qarşısında dini mənsubiyyətindən asılı olmayaraq, bütün ibadət yerlərinin yenidən qurulacağına təminat verib. Fransa-Azərbaycan əlaqələri Azərbaycan frankofil ölkədir. Burada işinə, yaradıcılığına görə Fransa tərəfindən mükafatlandırılmış, onun fəxri ordenlərilə təltif edilmiş çox sayda elm, mədəniyyət xadimi (musiqiçilər, yazıçılar, rəssamlar və s.) var. Bu gün belə insanların əsərlərini oxumaq kifayətdir ki, Fransanı özünə tərəfdaş sayan bir ölkənin nə qədər dərin məyusluq keçirdiyini görəsən. Artıq Fransa danışıqları təşkil edəcək ədalətli vasitəçi, Minsk qrupunun həmsədri kimi nüfuzunu itirib. Son həftələr Azərbaycan ictimaiyyətinin bir hissəsi, xüsusilə millətçi dairələr sosial şəbəkələr Fransanın Minsk qrupunun həmsədrliyindən kənarlaşdırılmasını, üstəlik, ölkədə fəaliyyət göstərən fransız şirkətlərinə sanksiyaların tətbiqini tələb edir. Halbuki, Fransanın Azərbaycanda böyük maraqları var və bu gün aparıcı Fransa şirkətləri xüsusilə Bakıda fəaliyyət göstərir. Fransalı deputatların “erməni xalqının, Avropa və Şərq xristian icmalarının qorunması” haqqında qətnamə təklifi Azərbaycan hakimiyyəti tərəfindən düşmənçilik kimi qiymətləndirilib. Onlar bunu Fransada Azəraycana qarşı davam edən, bölgədə sülh və təhlükəsizliyin təmin edilməsi səylərini ciddi şəkildə sarsıdan isterik böhtan kampaniyasının əlaməti kimi qəbul edir. Hər şey Ermənistanla Azərbaycan arasında sülh üçün Beləliklə, haradan gəlməsindən asılı olmayaraq, bütün nifrət çıxışları son dərəcə mənfi nəticələr verir. Bu, ermənilərlə azərbaycanlıların keçmişdə olduğu kimi, yenidən birlikdə yaşamaq imkanlarına, eyni ərazidə ümumi həyatı paylaşmaq arzusunun reallaşmasına mane olur. Hadisələrin baş verdiyi yerdən uzaqda ortaya qoyulan bu ziddiyyətli fikirlər köhnədən qalmış nifrəti canlandırır. Bu isə təhlükəlidir, çox təhlükəlidir. (Fransız dilindən tərcümə - WorldMedia.Az) |
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar