Xəbər lenti
Dünən, 23:14
Dünən, 22:58
Dünən, 21:42
Dünən, 19:19
Dünən, 18:37
Dünən, 17:30
Dünən, 15:15
Dünən, 14:35
Dünən, 10:00
25-11-2024, 23:29
25-11-2024, 22:50
25-11-2024, 21:23
25-11-2024, 20:40
25-11-2024, 18:55
25-11-2024, 17:20
25-11-2024, 16:54
France 24, Fransa 01.12.2020 Azərbaycan Ordusunun bölmələri 9 noyabr tarixli atəşkəs razılaşmasına əsasən, Ermənistanın Bakıya təhvil verməli olduğu, dağlıq bölgədə yerləşən Laçın rayonuna daxil olub. O, Dağlıq Qarabağ ətrafında bufer zonanı təşkil edən rayonlardan biri idi. Azərbaycan Silahlı Qüvvələri Rusiyanın vasitəçiliyilə noyabrın 9-da imzalanmış və döyüş əməliyyatlarının dayandırılmasını nəzərdə tutan razılaşmaya əsasən, Ermənistanın təhvil verməli olduğu 3-cü rayona – Laçına daxil olub. Bu, dekabrın 1-i gecə baş verib. “Azərbaycan Ordusunun bölmələri Laçın rayonuna daxil olub”, - deyə Azərbaycan Müdafiə Nazirliyinin açıqlmasında bildirilir. Ermənistanın Azərbaycana noyabrın 20-də təhvil verdiyi Ağdam və 25-də qaytardığı Kəlbəcər rayonları kimi, Laçın da 1994-cü ildə başa çatmış birinci müharibədən sonra özünü müstəqil elan etmiş, əsasən ermənilərin yaşadığı Dağlıq Qarabağın ətrafında bufer zona təşkil edirdi. Eyni rola malik digər 4 rayonu Azərbaycan Ordusu sentyabrın sonlarında başlayaraq 6 həftə davam etmiş şiddətli döyüşlər nəticəsində azad edib. Döyüşlərdə hər iki tərəfdən bir neçə min insan həlak olub. Dəhliz Ermənistanın şərq sərhədi boyunca uzanan, hazırda qarla örtülmüş dağlıq Laçın rayonu daha çox eyniadlı dəhlizilə tanınır. Hazırda Rusiya sülhməramlılarının nəzarətində olan bu dəhliz artıq Dağlıq Qarabağı Ermənistana bağlayan yeganə yoldur. AFP-nin jurnalisti bildirir ki, Bakının açıqlamasından dərhal sonra Azərbaycan hərbçilərindən ibarət maşın karvanı Rusiya sülhməramlılarının müşayiətilə Laçın şəhərinə daxil olub. Rayonu tərk edən ermənilərə gəlincə, onlar gedərkən buradakı evləri dağıdıb, infrastrukturu məhv ediblər. Ayrı-ayrı yerərdə kişilər ağacları belə, kəsərək odun şəklində özlərilə aparıblar. “Bütün sakinlərə xəbərdarlıq etmişdik ki, buraları bazar ertəsi saat 18:00-dək tərk etməlidirlər. Bu tələb Sus və Ağavno kəndləri üçün də keçərli idi”, - deyə indiyədək rayona rəhbərlik etmiş şəxslərdən olan Davit Davtiyan AFP-yə bildirib. Lakin sonradan o, həmin kəndlərin təhvil veriləcək əraziyə aid olmadığını söyləyib. “Bilmirəm hara gedim” “Berdzor (Laçın) şəhəri üçün rəhbərliyə lazım olan 200 nəfər qala bilər. Onların adı rus əsgərlərinə təqdim ediləcək ki, sərbəst gediş-gəlişlərinə şərait yaradılsın”, - deyə Davit Davtiyan bildirib: “Bundan başqa, qalmaq istəyən sakinlər də var. Onlar da qalacaqlar. Çünki getməyə yerləri yoxdur. Demişdik qalıb çərşənbə axşamını gözləsinlər, görək necə olacaq”. Dəhlizin üzərində yerləşən Ağavno kəndinin əksər sakinləri hələ bazar ertəsi veşlərini, həmçinin kəsdikləri ağacları maşınlara yükləyərək, evlərini tərk ediblər. 60 yaşlı Araksia Gökçakyan isə burada qalacaq sakinlərdəndir. “Mən bilmirəm hara gedim. Müharibə vaxtı da burada olmuşam”, - deyə o, AFP-yə bildirib. Xatırladaq ki, birinci müharibə zamanı – 1994-cü ildə köç əks istiqamətdə idi. O vaxt rayonu azərbaycanlılar tərk etmiş və burada ermənilər məşkunlaşmışdı. Tərəflər arasında razılaşma hərbi vəziyyətin Ermənistanı acınacaqlı duruma salmasından sonra, noyabrın 9-da imzalanıb. Bu sənəd Azərbaycanın qələbəsini təmin edib. Nəticədə Bakı əhəmiyyətli əraziləri geri qaytarıb. Razılaşmaya əsasən, bölgəyə təxminən 2 minlik Rusiya sülhməramlı kontingenti yerləşdirilib. (Fransız dilindən tərcümə - WorldMedia.Az) |
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar