Xəbər lenti
Bu gün, 14:35
Bu gün, 10:37
Bu gün, 10:00
Dünən, 22:50
Dünən, 21:23
Dünən, 20:40
Dünən, 12:41
Dünən, 11:56
Dünən, 09:42
24-11-2024, 23:30
24-11-2024, 22:24
24-11-2024, 21:36
Gülşən Məmmədoğlu
Bütün çatışmazlıqlara görə çox vaxt özümüzdən, yəni "milli" adlandırdığımız xüsusiyyətlərimizdən şikayət edirik, mental damğa basıb üzərindən keçirik. Guya ki, biz elə yaranışdan korrupsioner, rüşvətxor, fərdiyyətçi, acgöz olmuşuq və xeyri yoxdur. Bu gün əzilən, istismar edilən təbəqənin mənsubu sabah hökm yiyəsi olarsa, o da eynisini edəcək və bu, bizim qanımızdadır. "Yeyib doymuşlar var, bir də yeməyib doymamışlar" və s.
Əlbəttə, bunun bir qədər uzun izah tələb edən tarixi-siyasi cavabı və ya inkarı vardır ki, 2019-da "Azərbaycanlı niyə mala-mülkə hərisdir?" adlı yazıda bu sualı və yaxud yanaşmanı açmağa çalışmışam. Sözüm onda yox, ancaq o yazıdakı mövqeyimin davamı kimi aradan keçən iki ildə bir daha qəti şəkildə əmin oldum ki, Azərbaycan İnsanının mənəvi-əxlaqi potensialı, zəkası və mədəni tutumu ilə ən ali göstəriciləri olan yüksək cəmiyyəti qurmaq mümkündür. 27 sentyabrda başlayan Vətən müharibəsində İnsanımızın göstərdiyi və müasir dünyada analoqu olmayan hərbi və mülki performansı, birlik nümayişi buna parlaq əyani sübutdur. Yetər ki, ortada sözün həqiqi mənasında cəmiyyəti aydınlığa aparmaq istəyən səmimi Təşəbbüs, Memarlıq və Funksionallıq olsun. O ki, qaldı yad regional siyasi təsirlərə, bəlkə də heç vaxt indiki qədər bu təzyiqləri neytrallaşdırmaq kimi əlverişli fürsətimiz olmayıb. Təbii ki, söhbət Azərbaycandan caynaqlarını çəkmək istəməyən Rusiyanın daxili vəziyyətimizə nüfuz etməyindən gedir.
Arxada qalan yaxın 3 ili təsnif edəndə maraqlı bir çıxarış etmək olur. Bilmirəm, bu düşünülmüş ideoloji yön, qanunauyğunluq, yoxsa bir təsadüf idi, hər halda İllər mövzuları ilə çox üst-üstə düşdülər, simvolika və mahiyyət cəhətdən uzlaşma təşkil etdilər.
Məsələn: 2018 - Cümhuriyyət ili - Azərbaycan İnsanının vətəndaşlıq və dövlətçilik hisslərinə yeni çalar qatdı, daha da gücləndirdi, ideala əminlik və dönməzlik gətirdi;
2019 - Nəsimi ili - Azərbaycan Vətəndaşının azadlıq və mənlik şüuruna yeni bir keyfiyyət qazandırdı, ilhamlandırdı və ayağa qalxmağa sövq etdi;
2020 - Könüllülər ili - Azərbaycan İnsanı ötən illərdə artırdığı siyasi şüuru və milli mənlik yükü ilə Könüllü İradə göstərib Qarabağ uğrunda nəticəsinə əmin olmadığı ölüm-dirim mübarizəsinə qalxdı.
İndi də 2021 - Nizami ilidir...Haydı, səmimiyyət və qeyrət göstərib İnsanımızın ötən bu illərdə qazandığı mənəvi-siyasi çəkisinə, göstəricilərinə istinad edin, Cənablar! Sosial ədalət və sosial rifah yaratmaq üçün səmimi hərəkətə keçin. Olsun ilə və ilin qayələrinə ən böyük xidmət, Dahimiz - Dəyərimiz dediyimiz böyük şairin ruhuna əsl hörmət və nəhayət uzun illər yönəltdiyiniz və incitdiyiniz yorğun Millətin cisminə şəfqət, qəlbinə mərhəmət..
Çox vaxt vurğulanır ki, Cümhuriyyət xadimləri böyük əzm və əzəmət göstərib yox yerdən bir dövlət yaratdılar. Bəli, yox yerdən yaratdılar, ancaq YOX üzərindən yaratmadılar, VAR üzərindən yaratdılar. Var olan isə bu Ulu Millətin həmişə cücərməyə hazır olan rəngarəng potensialı idi. İndi bu POTENSİAL daha oyaq, daha cilalanmış, daha işləkdir. Lütfən, dəyərini bilin, bu NEMƏTƏ boyun əyin və İllərə hörmət edin, Cənablar!
Əks halda, Allah 2022-dən qorusun və sözsüz ki, ilin hansı ad altında elan olunmasından asılı olmayaraq...
PS: yazını oxuyub anlaşılmaz və mənasız gələnlərdən "anlaşılmazlığın və mənasızlığın" miqdarı qədər üzrxahlıq diləyirəm)
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar