Xəbər lenti

 
Qılman Sultanoğlu
 
Torpaqlarının otuz ilə yaxın bir müddətdə erməni işğalı altında olan Azərbaycanın bu ərazilərini azad etməsi ilə o zamanlar Qərbin sevimli sözü olan status-kvo pozuldu. Müharibənin başlanması və Azərbaycan Ordusunun bir-birinin ardınca həyata keçirdiyi uğurlu hərbi əməliyyatlar Qafqazda münasibətlərin dəyişməsinə səbəb oldu ki, bu da dünyanın müxtəlif mətbuat orqanlarının diqqətini cəlb etdi. Lakin bu mətbuat orqanları əsasən erməni tərəfin mövqeini müdafiə edir və ya bütün repotajlarni Dağlıq Qarabağın erməni işqalı altında olan zonalarından verirdilər. 
 
Heç təsadüfi deyil ki, müharibənin ilk günlərindən bəri döyüş meydanından kənarda dinc əhalinin yaşadığı  Gəncə, Tərtər Goranboy rayonlarina atılan top mərmiəri, kasetli bombalar hətta Qərb mətbuatının susmasından istifadə edərək ballastik raketlərlə atəşə tutdular. Lakin Qərb mətbuatı lal, kar, kor kimi  bir mövqeydən çıxış edirdi. Heç bir Qərb mətbuatının tətbiq olunan bu kaset tipli, fosforlu mərmilərin və ya ballastik raketlərin istifadəsinin qədağan olduğunu yazmadı. Gəncəyə atılan ballastik raket zərbələrindən sonra çox sayda dinc əhalinin vəfat etməsi evlərin dağılmasına ABŞ-ın “NYU York Tayms”, “CNN”, İngiltərənin “BBC”, Fransanın “Frans Press”, mərkəzi Fransada yerləşən “Euro Nyus” kimi nüfuzlü mətbuat orqanları  hətta məlumat xarekteli olsa belə, anında heç bir xəbər vermədilər, əksinə, Azərbaycan və Türkiyə mətbuatını dağıntlardan apardıqları canlı yayınların tam tərsinə olaraq Ermənistan Müdafiə Nazirliyinin bu faktı təkzib etməsi xəbəri verildi. Təkcə Tərtər kimi kiçik bir rayona 17000-ə yaxın top və raket mərmiləri düşmüşdü ki, bu da həddindən çox böyük rəqəmdir. Bu günə kimi bu haqda erməni tərəfini bu “ədalətli” Qərb qınamayıb. 
 
Dünyada qəbul edilmiş prinsiplərə zidd olaraq İkinci Qarabağ savaşı başlayandan bitənə qədər Qərb mətbuatı BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnaməyə yer vermədi. Halbuki dünya mətbuatı bu qətnamələri açıqlasa idilər, Qərb ictimaiyyətində bü savaşa münasibət tamamilə dəyişə bilərdi.   
 
İkincisi, Ermənistanın Gəncədəki onlarla dinc əhalinin yatdığı yerdə ballastik raketlərlə bombalanaraq qətl edilməsini dünya ictimaiyyətinə gec xəbər verməklə yanaşı bu bombardumanın vəhamətini göstərmək üçün yetərli dərəcədə video-materiallar göstərmədilər, halbuki, bunların içində uşaqların, qocaların, yaşlı qadınların olduğu yerli və Türk televiziyaları tərəfindən dəfələrlə göstərildi və bir çox informasiya kanallarına servis edilsələr də, onlar bu video-görüntülərə yetərincə yer vermədilər, əksinə, Azərbaycanın Ermənistanı dinc əhalinisini öldürməklə ittiham edir başlıqlı xəbərlər verirdilər.
 
Üçüncüsü, Latın Amerikası, Fransa, Rusiya, Suriya və başqa ölkələrdən terroristlərin Ermənistana gəlməsini “görmür”, əksinə Türkiyənin Suryadan Azərbaycana terrorist gətirməsi ilə bağlı xeyli yalan xəbərlər uydururdular. 
 
Müharibə bitdi, lakin bununla bağlı verilən heç bir xəbər öz təsdiqini tapmadı. Əksinə, Azərbaycan həbsxanalarında xarici ölkələrdə yaşayan, Ermənistan Silahlı Qüvvələrinə qatılaraq Azərbaycan Ordusuna qarşı   döyüşən çox sayda erməni silahlısı əsir götürülüb, eyni zamanda ABŞ-nın da terrorist təşkilat kimi qəbul etdiyi PKK-çıların Ermənistan tərəfində vuruşduğunun audio, video, foto görüntüləri dünya mətbuatına təqdim olunmuşdu. Suriyadan gələrək əsir düşən erməni ordusunun əsgəri “Qarabağda vuruşmanın müqabilində bizə ayda iki min beş yüz dollar ödəyəcəklərinə söz vermişdilər”, deyir və ya əsir götürülən snayper Maral Çaloyanı, guya erməni ordusunun Baş Qərargahında zabit olan polkovnik Stanislav Eremin və ya Rus hərbi aviasiyası tərəfindən Ermənistana daşınan suriyalı terroristlərlə bağlı dünya mətbuatı “üç meymun”u oynadı. 
 
Qərb mətbuatı ortaya qoyduğu ikili mövqeyə, verdiyi bu yalan məlumatlara görə hələ də dünya içtimaiyyətindən xüsusilə də Azərbaycan əhalisindən üzür istəməyib. Erməni lobbisini akitiv fəaliyyəti nəticəsində ABŞ-ın “Vaşington Post” qazetində İsabel Xurşidyan imzası ilə çıxan yazıda erməni tərəfini haqlı çıxartmağa çalışmaqla bərabər Türkiyə Prezidenti R.T.Ərdoğanın Azərbaycanda terroristlərə dəstək verməsilə ilə bağlı yalan iformasiya verirdi. Eyni işi Rusiyanın “Sputnik” xəbər agentliyinin rəhbəri Marqrita Simonyanda görürdü. Hətta Gəncəyə gedən diplomatik nümayəndəliklər belə, bu vəhşiliklərlə bağlı müsahibə verməkdən imtina edirdilər.
 
Bütün bunları çox böyük təəssüf hissi ilə yazarkən yadıma böyük Atatürkün Gəncliyə xitabındaki bu məhşur fikri düşdü: “Möhtac olduğun qüdrət damarlarındaki əsil qanda mövcuddur.”
 


Ana səhifəyə qayıt        Baxış: 3 038          Tarix: 22-02-2021, 20:26      

Xəbəri paylaş


Paylaş:   

Prizma