Xəbər lenti
Bu gün, 14:35
Bu gün, 10:37
Bu gün, 10:00
Dünən, 22:50
Dünən, 21:23
Dünən, 20:40
Dünən, 12:41
Dünən, 11:56
Dünən, 09:42
24-11-2024, 23:30
24-11-2024, 22:24
24-11-2024, 21:36
Qılman Sultanoğlu
İkinci Qarabağ savaşı zamanı Qərb ölkələrinin tutduğu mövqe və ya mövqesizlik bir çoxları kimi mənim də təəccübümə səbəb oldu.
Təxminən 27 il erməni işğalı altında qalan Dağlıq Qarabağ və ətrafındakı yeddi rayonu işğaldan azad etmək üçün Azərbaycan Ordusunun başlatdığı əks-hücum əməliyyatı sonralar “2-ci Qarabağ müharibəsi” adlandırıldı və aparılan uğurlu hərbi əməliyyatlar sayəsində Azərbaycan ordusu 400-ə yaxın yaşayış yerini erməni işğalından azad etdi və nəhayət, Şuşanın qəhrəman Azərbaycan ordusu tərəfindən azad edilməsi və iki minə yaxın erməni əsgərinin mühasirəyə düşməsini və növbəti hədəfin Xankəndi olduğunu nəzərə alan Ermənistanın Baş Naziri N.Paşinyan kapitulyasiya bəyannaməsinə imza atmağa məcbur oldu.
Türkiyə, Rusiya, Fransa xaric digər Qərb dövlətləri bu müharibədə ya laqeyd oldular, ya da passiv mövqedə qaldılar. Bunun isə mənə görə, dörd səbəbi var:
- Yuxarıda göstərilən dövlətlər xaric digər ölkələr savaşan tərəflər arasında yer almadığı və bu müharibənin lokal xarakterli olduğunu nəzərə alaraq kənardan seyr etdilər;
- Bu regionun iki böyük gücünün sahədə olduqlarını çox yaxşı anlayırdılar. Buna görə də Fransa xaric, digər Qərb ölkələri siyasi bədəl ödəmək istəmədilər. Bundan əlavə, Qərb Moskva və Ankara ilə tez-tez problemlər yaşadıqlarını nəzərə alaraq, yeni bir problem yaratmaq istəmədilər. Müharibə dövründə guya bitərəf olduqlarını deyən Qərb əslində Azərbaycana qarşı haqsızlıq etdi. Tez-tez insan haqları deyə bağıran Qərbin Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın döyüş meydanından kənarda olan Gəncə, Bərdə,Tərtər və digər rayonları ballistik raketlərlə vuraraq orada yaşayan dinc əhalinin ölümünə səbəb olmasına heç bir reaksiya verməyərək əslində özlərinin dünyaya elan etdikləri təməl prinsiplərə zidd hərəkət edərək, Azərbaycan xalqının bu prinsiplərə haqlı olaraq şübhə ilə yanaşmasına səbəb oldu.
- Qərbin “2-ci Qarabağ müharibəsi”ndə passiv mövqeyinin iqtisadi-siyasi səbəbi də var. Azərbaycanın Şahdəniz-2 yatağından çıxardığı qazı Avropaya daşıyacaq olan Trans-Adriatik boru xəttinin tikintisinin başa çatdığını bildirməsinin də yəqin ki, Qərbin laqeydliyində təsiri oldu. Bu kəmər Avropanı qismən də olsa Rusiyanın təsirindən qurtarır. Makronun ATƏT çərçivəsində müdaxilə edilməsi vacibliyini bildirməsinə heç bir qarşılıq görməməsinin bir əsas səbəbi də bu ola bilər.
- 44 günlük müharibə zamanı Qərbin “bitərəf” qalmasının digər səbəbi də Qarabağın Azərbaycan torpağı olduğunu istər BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnamədə, istərsə də AP-nin qəbul etdiyi sənədlərdə öz təsdiqini tapması idi. Belə ki, Ermənistanı açıq şəkildə müdafiə edən Fransa Prezidenti E.Makron belə, verdiyi açıqlamada Qarabağın Azərbaycan torpağı olduğunu bildirdi. Beləliklə, Azərbaycanın diplomatik sahədəki qələbəsi bizə qarşı olan ölkələrin Ermənistanı müdafiə etməsinin mümkünsüzlüyünü göstərdi. Bütün dünyaya açıq-aydın bəlli idi ki, Azərbaycan hərbin bütün sahələrində də Ermənistandan xeyli güclüdür.
Sonda bunu da bildirmək istəyirəm ki, Ermənistan Prezidenti Armen Sarkisyanın NATO Baş Katibi Jens Stoltenberqlə 21 oktyabrdakı görüşünün nəticəsiz qalması da Azərbaycanın Dağlıq Qarabağ ətrafındakı yeddi rayonun, Şuşa və Ağoğlan şəhərlərinin Azərbaycan Ordusu tərəfindən azad olunması ilə nəticələndi.
Bununla belə, Rusiyanın araya girməsi Azərbaycan Ordusunun Ermənistan Silahlı Qüvvələri üzərində tam qələbəsinə əngəl oldu. Nəticədə Rusiya öz strateji maraqlarına uyğun olaraq bölgəyə qoşun yeritmək və Qarabağın ermənilər yaşayan ərazilərində Azərbaycan hakimiyyətinin bərqərar olmasına əngəl törətməklə gələcəkdə yeni müharibələrin baş verməsi ehtimalını gücləndirdi.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar