Xəbər lenti
Bu gün, 10:37
Bu gün, 10:00
Dünən, 22:50
Dünən, 21:23
Dünən, 20:40
Dünən, 12:41
Dünən, 11:56
Dünən, 09:42
24-11-2024, 23:30
24-11-2024, 22:24
24-11-2024, 21:36
24-11-2024, 20:30
24-11-2024, 19:40
- ABŞ-ın sabiq prezidenti Donald Tramp İsraillə ərəb ölkələrini niyə barışdırdı?
- ABŞ-ın yeni prezidenti Camal Qaşıqçı cinayətində Sədiyyə vəliəhdinin adı hallanan DNI raportunu niyə ictimailəşdirdi və nə üçün vəliəhdə qarşı sanksiya tətbiq olunmadı? Vaşinqton nəyin sövdələşməsini aparır?
- Çin-İsrail ticari və iqtisadi əlaqələri yeni dövrün super gücünümü ortaya çıxarır?
Amerika Birləşmiş Ştatlarının (ABŞ) keçmiş prezidenti Donald Trampın səlahiyyət müddəti bitmədən Orta Şərqdə kartları yenidən paylaşdırmaq üçün son və ən vacib vəzifəsi İsrail ilə bəzi qonşu ərəb ölkələri arasında münasibətlərin “normallaşdırılması” idi. ABŞ-ın təsiri ilə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Bəhreynin düşmən ölkə kimi qəbul etdikləri İsrail ilə normallaşma qərarı nəticəsində İbrahim sazişləri imzalandı. Bu sazişlər bölgənin təhlükəsizliyi üçün ən böyük təhdid olaraq görülən iqtisadi, texnoloji və mədəni əlaqələrin inkişafına və İrana qarşı koalisiya qurulmasına yönəlmiş böyük bir addım kimi qiymətləndirildi.
ABŞ-ın böyük səy göstərdiyi “İbrahim sazişlərinin əsas məqsədi nədir” sualının cavabı əslində çox sadədir: Çin-Orta Şərq münasibətlərinin, daha doğrusu, 1992-ci ildən bəri dərin ticarət və iqtisadi əlaqələri inkişaf etdirən Çin-İsrail münasibətlərinin trayektoriyasını dəyişdirmək.
İsrailin ikinci ən böyük ticarət tərəfdaşı və xarici investisiya mənbəyi olan Çin ABŞ-ın qlobal rolunu dəyişdirərək dünya tarixinin ən böyük oyunçusu olmağı hədəfləyir. Çinin bir trilyon dollar dəyərində 1700-dən çox layihəsi ilə 100-dən çox ölkədə infrastruktur layihələrinə sərmayə qoyduğu və 4 milyard insana və qlobal Ümumi Daxili Məhsulun (ÜDM) 40%-nə təsir etməyi hədəflədiyi “Bir Kəmər, Bir Yol” layihəsi və ucuz işçi qüvvəsi mərkəz olmaqdan çıxıb bir innovasiya mərkəzi olmağa başladığı "Çində malı" təşəbbüsləri bu hədəfə uyğun olaraq yaradıldı.
İsrail iqtisadiyyatının texnoloji inkişafı onu lider mərkəzə çevirdi. Çin innovasiya iqtisadiyyatı qurmaq üçün inkişaf edən İsrail iqtisadiyyatından öyrənmə yolunu seçdi. İsrail bunu dünyanın ən sürətli böyüyən iqtisadiyyatı ilə iqtisadi və strateji əlaqələrini genişləndirmək, ixrac bazarı və sərmayələrini ABŞ və Avropa Birliyindən (AB) uzaqlaşdırmaq üçün əla bir fürsət kimi qəbul etdi. Bundan xəbərdar olan ABŞ hökuməti İsrail ilə Çin arasındakı əlaqələri soyutmaq və İsrail iqtisadiyyatına Çin sərmayələrini məhdudlaşdırmaq üçün təzyiq göstərdi, lakin çox əhəmiyyətli bir nəticə əldə etmədi. Ticarət müharibələrinin kölgəsində Çin-İsrail münasibətləri daha da yaxşılaşdı.
Dünyanın ən böyük ixracatçısı olan Çin və ilk 50 qlobal ixracatçı arasında yer alan və hər zaman ABŞ-ın sadiq müttəfiqi olan İsrail 1992-ci ildə başlayan ikitərəfli münasibətlərini hər il daha da yaxşılaşdırdı. İsrail və Çin ticarət həcmlərini 1992-ci ildə 50 milyon dollardan 2014-cü ilə qədər 10,8 milyard dollara yüksəltmişdilər. Keçmiş dövrdə İsrail şirkətləri Çin bazarına üz tutarkən, İsraildəki Çin investisiyaları artmağa davam etdi. 2014-cü ildə İsrailin Baş naziri Binyamin Netanyahunun Çini İsrailin Asiyadakı ən böyük ticarət ortağı və bəlkə də dünyanın gələcəkdə ən böyük ticarət ortağı kimi təsvir etməsi bir dönüş nöqtəsi oldu. Bu açıqlamadan sonra iki ölkə arasındakı münasibətlər qızıl dövrünü yaşamağa başladı. İsrail ilə Çin arasındakı ticarət həcmi 2019-cu ildə 15 milyard dollara çatdı. İnkişaf etməkdə olan ticarət əlaqələri nəticəsində iki ölkə arasında sərbəst ticarət razılaşması danışıqları başlandı. İsrail ixracatının sektoral bölgüsünə nəzər salanda 51% payla elektronika sahəsi ilk yeri tutur. Elektronika sektorunu kimyəvi maddələr (8%), ölçü cihazları və sənaye nəzarət sistemləri (8%) və tibbi avadanlıqlar (7%) izləyir.
Xüsusilə 2014-cü ildən bəri bənzər şəkildə ticari investisiya müqavilələrində də tədricən bir artım oldu. 2002-2020-ci illər arasında Çinin İsraildəki ümumi investisiyaları 463 əməliyyatla 19,4 milyard dollara çatdı. Çinin investisiyalarının və satın alınmalarının əksəriyyəti 449 əməliyyatla 9.1 milyard dollar səviyyəsində texnoloji sektorunda reallaşdı. Son 19 ildə infrastruktur sektorunda ümumi dəyəri 5,9 milyard dollar olan səkkiz müqavilə, akademik təşkilatlara (Techion və Tel Aviv Universiteti) iki sərmayə, tekstil sektorunda iki və kosmetika, kənd təsərrüfatı və əmlak sektorunda hər biri üçün bir müqavilə imzalanmışdır.
Çinin İsraildəki investisiyalarının yüzdə 97-ni təşkil edən texnologiya sahələri çox şaxəlidir. Texnologiya sektorundakı 122 razılaşma ilə ən çox investisiyanın tibbi texnologiyalar, biokimya və əczaçılıq sahələri təşkil edir. Bunu 108 investisiya ilə proqram təminatı və informasiya texnologiyaları sektoru, internet (46) və rabitə (42) sektoru izləyir. Bundan əlavə, Çin İsrailə 27 yatırım kapital fondu və bərpa olunan enerji sektorundakı şirkətlərin səhmlərinə 25 şirkətə investisiya qoyub.
Başlanğıcda hərbi olmayan ticarəti strateji bir problem olaraq görməyən ABŞ İsrailin Çinə artan və əngəllənilməyən asılılığını cilovlamaq üçün elə bir yol təklif etdi ki, İsrail buna yox deyə bilməzdi: İbrahim razılaşmaları. İllərdir düşmən kimi görünən ərəb ölkələriylə yaxınlaşma təklifi İsrail üçün yeni bir dövrün başlanğıcı oldu. BƏƏ və Bəhreynin normallaşması ilə Körfəzin qapıları İsrailin üzünə açıldı və vaxt itirmədən ticarət və iqtisadi əməkdaşlıq başladı. Normallaşmanın ilk meyvəsi BƏƏ-nin APEX Milli İnvestisiya Şirkəti ilə İsrailin Tera Group şirkəti arasında yeni koronavirus növü (Kovid-19) üzərində tədqiqat işləri üçün imzalanmış ticarət müqaviləsi idi. Sonra İsrail və BƏƏ-nin ortaqlığı ilə 3 milyard dollar sərmayə ilə İbrahim İnkişaf Fondu quruldu. Bu fondun məqsədinin Yaxın Şərq və Şimali Afrika ölkələrində müxtəlif sahələrə investisiya qoymaq olduğu açıqlandı. BƏƏ-nin Mubadala İnvestisiya Fondu, İsraildə bərpa olunan enerji sektoruna ilk sərmayəsini qoydu. BƏƏ ilə İsrail arasında yalnız 2020-ci ilin son 2 ayında 1 milyard dollar sərmayə qoyuldu. Bundan əlavə, 2020-ci ilin sentyabr – 2021-ci ilin yanvar tarixlərində Əmirliyin İsrail ilə ticarəti 1 milyard dinar (272 milyon dollar) səviyyəsinə çatmış və 1.217 ton həcmində idxal və ixracat həyata keçirilmişdir. Müdafiə, enerji, tibb, turizm, texnologiya və maliyyə investisiyaları sahələrində əməkdaşlığa odaqlanan İsrail və BƏƏ arasındakı illik ticarətin önümüzdəki illərdə 4 milyard dollara çatacağını gözləyirlər.
BƏƏ-dən sonra Bəhreynlə iqtisadi əlaqələrə gəldikdə, İsrail üç anlaşma memorandumu və kiçik və orta müəssisələrin ekosistemlərini, texnologiya transferini, texniki əməkdaşlığı əhatə edən ortaq bir bəyannamə imzaladı. Bu prosesi yalnız ticarət nöqteyi-nəzərindən qiymətləndirməyən və normallaşma əlaqələrini dərinləşdirmək üçün bir fürsət olaraq görən İsrail 2021-ci ildə Bəhreynlə 220 milyon dollarlıq xarici ticarət nəzərdə tutduğunu açıqladı.
Normallaşmadan əvvəl Çin-Orta Şərq ticarəti intensiv inkişaf edərkən İsrail-Yaxın Şərq münasibətləri qapalı danışıqlardan o tərəfə keçə bilmirdi. İbrahim Anlaşmaları bu disbalansı aradan qaldıraraq İsrailin Çin sərmayələrindən başqa digər investisiyalara sərmayə qoymasına yol açdı. Bu müddətdən sonra bölgədəki ölkələr bir-birlərini Çin kapitalına alternativ olaraq görməyə, xüsusən də ABŞ-a daha yaxın olmağa başladılar. BƏƏ və Bəhreyndən sonra yeni İbrahim Sazişləri əlavə edildi, Fas və Sudan İsrail ilə normallaşmağa qərar verdi. Bölgə ölkələrinin dərhal razılaşmaya uyğunlaşması ABŞ-ın bölgədəki təsirini qorumağa kömək edir.
ABŞ-ın İbrahim Sazişləri ilə qazandıqlarını qoruyub saxlaya bilməsi və Çinin Yaxın Şərq təşəbbüslərinə tam nəzarət etməsi üçün Səudiyyə Ərəbistanının İsrail ilə münasibətlərinin də normallaşması zəruridir. Bu yaxınlarda Camal Qaşıqçının öldürülməsi ilə əlaqədar ABŞ ilə Səudiyyə Ərəbistanı arasındakı telefon danışıqlarından heç bir sonuc çıxmadı və nəticədə ABŞ Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salmanın qətlin təşəbbüskarı olduğunu bütün dünyaya elan etdi. Ancaq sui-qəsdləri törədənlərə qarşı sanksiyalar tətbiq edilərkən, Məhəmməd bin Salmana bu cəzalardan kənarda tutuldu və bazarlıq qapıları açıq saxlanıldı. İbrahim sazişləriylə böyük qazanc əldə edən ABŞ-ın Səudiyyə Ərəbistanı ilə danışıqlarda İsrail ilə normallaşma şərtini qoyaraq son kozırının ən optimal şəkildə oynayacağı ehtimallar arasındadır. Bu ehtimalın baş tutacağı təqdirdə Səudiyyə hökuməti bölgədə kritik əhəmiyyətə sahib İran və Çinə qarşı normallaşma tərəfində olarsa, tarazlıqlar tamamilə ABŞ-ın lehinə çevriləcəkdir.
Anadolu Agentliyi
Tərcümə etdi: Ovqat.com
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar