Xəbər lenti
Bu gün, 10:37
Bu gün, 10:00
Dünən, 22:50
Dünən, 21:23
Dünən, 20:40
Dünən, 12:41
Dünən, 11:56
Dünən, 09:42
24-11-2024, 23:30
24-11-2024, 22:24
24-11-2024, 21:36
24-11-2024, 20:30
24-11-2024, 19:40
24-11-2024, 18:55
24-11-2024, 18:39
24-11-2024, 17:54
Bünyamin Qəmbərli
Dünyada irqçiliyin yaşı ABŞ-ın yaşı ilə eynidir
Türkiyə bizim vətənimizdir və Türkiyədə yaşayan türklərlə biz eyni millətik. Deməli Türkiyəyə atılan hər bir daş həm də bizə atılmış sayılır. Buna görə də Azərbaycan türkləri hər zaman Türkiyənin bölünməz bütövlüyü və qalxınması məsələsində Türkiyənin yanındadır. R. T. Ərdoğanın “Qarabağla bağlı Azərbaycan hansı qərarı versə biz onu dəstəkləyəcəyik” fikrində olduğu kimi, ABŞ prezidentinin “soyqırım” ifadəsində də Türkiyə hansı qərarı versə Azərbaycanın onun yanında olacağı məlumdur.
ABŞ prezidenti Co Bayden (ingiliscə Joe Biden - məncə, yabançı dillərdə olan bütün sözlər, o cümlədən adlar tərcümə olunmadan Azərbaycan türkcəsinin qaydalarına uyğun yazılmalı və deyilməlidir) aprelin 24-də 1915-ci il olayları ilə bağlı “soyqırım” ifadəsini işlətdi. Baydenin bu sözü aradan keçən bir həftədə eninə-boyuna dartışıldı. İstər Türkiyədə, istərsədə Azərbaycanda bu məsələyə münasibət göstərənlərin mütləq əksəriyyəti bunu ABŞ prezidentinin və ya hakimiyyətinin “erməni və rum - yunan lobbisinin təsiri altında qaldığını”, “lobbilər qarşısında diz çökdüyünü” dedi və ya yazdı. Digər tərəfdən münasibət bildirənlərin hamısı “soyqırım” sözünün heç bir hüquqi əsası olmadığını vurğuladı. Fikrimcə, ABŞ prezidentinin və ya hakimiyyətinin lobbilərin təsiri ilə hansısa qərarı qəbul etdiyi inandırıcı deyil. Çünki ABŞ-da qərarlar ABŞ-ın siyasi, iqtisadi və hərbi maraqları əsas tutularaq qəbul olunur. Mən də qəti şəkildə bu fikirdəyəm ki, “soyqırım” ifadəsinin işlədilməsi tam siyasidir.
1. Ona görə ki, ABŞ-da bundan öncə də Türkiyə əlayehinə siyasi qərarlar verilib. S-400-lərin alınmasına qarşı olan qərar, Türkiyənin F-35 layihəsindən çıxarılması qərarı, 2016-cı ildə Türkiyədə casusluqda suçlanaraq həbs olunan və sonradan ABŞ-ın basqısı ilə sərbəst buraxılan rahib Brunson məsələsi, Türkiyənin terror təşkilatı olaraq qəbul etdiyi PYD-YPQ-ni ABŞ-ın himayə etməsi və ciddi şəkildə silahlandırması, Aralıq dənizində Türkiyəyə qarşı basqı və s. məsələlərdə olduğu kimi “soyqırım” məsələsində də ABŞ-ın mövqeyinin nə hüquqa, nə də ədalətə dəxli var.
2. Bayden həqiqətən hüquq və ədalət ardında olsaydı Ermənistanın ilk Baş naziri Ovanes Kaçazuninin, iyirminci illərdə Türkiyədə olan ingilis və amerikan diplomatlarının və missionerlərinin bilgilərinə baş vurar, ermənilərin həm Anadolunun şərqində, həm də Qüzey Azərbaycanın Naxçıvan, Qarabağ, Quba, Şamaxı, Göyçay, Bakı və b., Güney Azərbaycanın Urmiya, Xoy və digər mahallarında on minlərlə insanı türk və müsəlman olduğu üçün ən amansız, şeytanın ağlına gəlməyəcək vəhşiliklərlə qətlə yetirməsini də dilə gətirərdi.
3. Əgər qərar siyasi olmasaydı və ABŞ həqiqətən bu məsələdə hüquq və ədalət arasaydı onda ilk olaraq ABŞ-ın Amerikanın yerli əhalisi olan milyonlarla qırımızıdərilini məhv edilməsini soyqırım kimi qəbul etməli, ardınca qaradərililərə qarşı irqçiliyi etiraf etməlidir. Burdaca qeyd edim ki, dünyada irqçiliyin yaşının ABŞ-ın yaşı ilə eyni olduğu bəllidir. İkinci Fransanın 1945-ci ildə Əlcəzairdə 45 min insanı, 1994-cü ildə isə Ruandada 1 milyona yaxın insanı məhv etməsini soyqırım kimi tanımalı, daha sonra isə SSRİ-nin varisi kimi Rusiyanın soyqırımlarını tanımalı idi.
Xatırladım ki, 1926-cı ildə keçmiş SSRİ-də aparılan siyahıya almada 195 xalq olduğu halda 1989-cu ildə aparılan siyahıya almada 128 etnos qeydə alınıb. Əgər ABŞ soyqırım axtarırsa 63 ildə 67 xalqın tamamı ilə tarixdən silinməsini tanısın.
Deməli ABŞ “soyqırım” məsələsini hüquq və ədalət üçün deyil, siyasi, iqtisadi və hərbi maraqları üçün etdi. Bəs bu qərarın alınmasının səbəbi nədir? Mənc,ə bu qərarın alınmasında aşağıdakı amillər rol oynadı:
1. Son dövrlər Türkiyənin bölgədə fəallaşması və bir çoxməsələlərdə öz maraqlarına uyğun siyasət yeritməsi.
Türkiyə ABŞ-ın Suriyada və İraqda onun maraqlarına zidd hərəkətlərinə ciddi müqavimət göstərir. Digər tərəfdən Türkiyənin Liviyadakı fəaliyyəti və Qarabağ sorununun həllindəki rolu da Qərbi ciddi narahat edir. Bu da ABŞ-a Türkiyənin müqavimətini qırmaq və onu daha çox zəiflədəcək və asılı vəsiyyətə salacaq qərarlar qəbul etməyə məcbur edir. Çünki Qərb Türkiyəyə qarşı “böyüdükcə budamaq, quruduqca sulamaq” siyasəti aparır.
2. Türkiyənin mövcud hakimiyyətinin xarici siyasətdə yol verdiyi yanlışlar
Türkiyənin Suriyanın mövcud hakimiyyəti, xüsusi ilə Bəşər Əsədlə əlaqələrini kəsməsi ona həm PYD-YPQ məsələsinin həllində, həm də ABŞ-ın Türkiyə maraqlarına zidd siyasətinin qarşısını almaqda ciddi zərər verdiyi kimi, İranın və Rusiyanın Suriyada mövqelərini möhkəmlətməsinə də şərait yaratdı. Digər tərəfdən mövcud Türkiyə hakimiyyətinin Mursi və ya Müsəlman Qardaşları təşkilatına görə Misirlə, Fələstinə görə İsraillə münasibətlərinin pozulması da Türkiyəyə bir çox məsələləri həll etməkdə ciddi çətinliklər yaratdığı kimi, resurslarını bütövlükdə rəqibləri ilə mübarizəyə yönəltməyə imkan vermir.
3. Mövcud Türkiyə hakimiyyətinin daxili siyasətdə yol verdiyi yanlışlar
Ədalət və Qalxınma Partiyası hakimiyyətini möhkəmləndirmək xatirinə uzun müddət Fətullah Gülən hərəkatının idarəetmənin bütün sahələrində - siyasətdə, iqtisadiyyatda, orduda, hüquq-mühafizə sistemində, təhsildə və s. yerləşməsinə və möhkəmlənməsinə göz yumdu ki, bu da Türkiyəyə ciddi zərər verdi. Türkiyə bu zərərdən qurtarmaq üçün hazırda resurslarının böyük bir hissəsini bu hərəkatla mübarizəyə sərf edir. Yeri gəlmişkən mövcud Azərbaycan hakimiyyəti də öz mövqelərini möhkəmləndirmək üçün “5-ci kolon”un idarəetmənin bütün sahələrində yerləşməsinə və möhkəmlənməsinə göz yumdu ki, bu gün də bunun ağır nəticələri ilə üz-üzə qalıb. “5-ci kolon”un idarəetmənin bütün sahələrində yerləşməsi və möhkəmlənməsi təkcə hakimiyyətin özü üçün yox, bütövlükdə dövlətimiz və dövlətçiliyimiz üçün də böyük təhlükəyə çevrilib.
4. İdarəetmədə və iqtisadiyyatda yol verilən nöqsanlar da rəqiblərinin Türkiyəyə qarşı planlarını həyata keçirməsində müham amildir. Belə ki, infilyasıyanın yüksəkliyi, iqtisadiyyatın dayanıqlı olmaması Türkiyənin rəqiblərinə müqavimətini ciddi şəkildə zəiflədir.
Bu durumda Türkiyənin təpkisi nə ola bilər və yetərlidirmi?
Fikrimcə, bu təpki müxtəlif formalarda ola bilər. Məsələn Türkiyədə bələdiyyələr çox güclüdür və müəyyən qədər də müstəqildir. İstanbul, Ankara, İzmir, Bursa, Antalya və digər böyükşəhər bələdiyyələrindən hər hansı biri Fransanın Əlcəzair və ya Ruanda soyqırımları, Amerikanın qırmızıdərililərə etdiyi soyqırım və ya qaradərililərə qarşı irqçiliyini simgələyən və hər il rəsmi olaraq yad edilməklə yanaşı Türkiyəyə gələn rəsmi qonaqların proqramına salınan anıt (abidə) qoyulması, yaxud şəhərin ən çox insan mərkəzlərinə bu soyqırım və irqçiliyi ifadə edən bilboardlar asılmasını qərarlaşdıra bilər.
Başqa bir təpki ABŞ mallarını boykot ola bilər. İncirlik, Kürəcik və Mersin limanı daxil olmaqla ABŞ-ın Türkiyədəki müxtəlif məqsədli ondan çox hərbi bazası ilə bağlı Türkiyə KİV-də yetərincə danışıldığı üçün əlavə bir söz deməyə ehtiyac duymuram. Bütün bu imkanlar olduğu halda Türkiyənin təpkisi yetərlimi? Məncə yox.
1. Hər zaman rəqiblərinə qarşı çox ötkəm şəkildə cavab verən Türkiyə Cümhurbaşqanı nədənsə bu dəfə həmin ötkəmliyi göstərmədi. Məncə, bunun və bütövlükdə Türkiyə hakimiyyətinin təpkisi ilə bağlı bütün sualların cavabı 23 apreldə Baydenlə Ərdoğanın telefon danışığında gizlənib.
2. Bütövlükdə Türkiyə iqtidarı ABŞ-ın basqısını daha da artıracağı halda iqtisadi və siyasi vəziyyətin daha da ağırlaşacağı və bunun da nəticəsində yaxınlaşan seçkilərdə hakimiyyəti itirəcəyindən ehtiyat etdiyi üçün sərt və qətiyyətli təpki göstərmir. Düşünürəm ki, bütün Türkiyədə kovid-19 (ingiliscə covid-19) nədəniylə qərara alınan tam qapanma da əhalinin ABŞ-a sərt təpkisinin önünə keçmək üçün verilib. Çünki aprelin 15-20 arası yoluxma sayı 60 mini keçdiyi halda verilməyən tam qapanma qərarının yoluxma sayının 40 minə düşdüyü aprelin 29 axşamından verilməsi diqqət çəkdi.
3. Müxalifət də sərt və qətiyyətli təpki göstərmir. Çünki ABŞ yumşaq təpki göstərən hakimiyyətə öz mövqeyini möhkəmləndimək üçün dəstək verər ki, bu halda müxalifətin seçkini udması imkansız olar.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar