Xəbər lenti
Dünən, 22:50
Dünən, 21:23
Dünən, 20:40
Dünən, 12:41
Dünən, 11:56
Dünən, 09:42
24-11-2024, 23:30
24-11-2024, 22:24
24-11-2024, 21:36
24-11-2024, 20:30
24-11-2024, 19:40
24-11-2024, 18:55
24-11-2024, 18:39
24-11-2024, 17:54
24-11-2024, 15:58
24-11-2024, 14:34
Azərbaycanda Türk hərbi bazaları yaradıla bilərmi?
Türkiyə Prezidenti Rəcəb Tayib Ərdoğanın Şuşa səfərindən dönərkən jurnalistlərin sualına verdiyi cavab istər Rusiyada, istərsə də Azərbaycanda yeni polemikalara yol açdı. Qeyd edək ki, Ərdoğan Şuşa Bəyannaməsində Azərbaycanda Türk hərbi bazasının yaradılması barədə maddələrin olub-olmamasını şərh edərkən deyib: “Bu məsələ açıqladığımız mövzulardan kənarda deyil. Daha sonra burada yeni inkişaflar, genişləmələr ola bilər. Hələlik, qarşıda duran əsas məsələ sərhədlərin təhlükəsizliyini zəmanət altına almaqdır”.
Ərdoğanın istisna etmədiyi bu ehtimala Rusiyadan sərt reaksiya özünü çox gözlətmədi. Kremlin sözçüsü Dmitri Peskov Azərbaycana Türk hərbi bazasının yaradılması kimi məsələlərin Rusiyanın bölgədə təhlükəsizlik tədbirlərini artırmağa məcbur edəcəyini bildirdi. Bənzər açıqlamalar Rusiyanın digər rəsmiləri tərəfindən də verildi. Bunu təqibən Azərbaycandakı rus yanlılar da (qafalılar yox ha, yanlılar. Çünki 5-ci kolon nümayəndələrinin yanları qafalarından daha yoğundur) cükküldəşməyə başladılar. Ay nə bilim, Türkiyə Azərbaycanda öz hərbi birləşmələrini yerləşdirə bilməz, və s.
İstər Peskovun, istərsə də bizim rus yanlıların unutduğu bir məqam var. O da bundan ibarətdir ki, Türkiyə hələ 44 günlük müharibədən əvvəl öz hərbi bazalarını Azərbaycanda yerləşdirmişdi. Özü də nəinki bir və ya bir neçə bazalıq, hətta 374 500 nəfərlik böyük bir ordusunu. Səfərbərlik zamanı bu gücü 3 750 000 nəfərə çatdırmaq da olar.
Məsələ burasındadır ki, istənilən ordunun keyfiyyətini müəyyənləşdirən bir neçə əsas parametr var. Onlardan biri silahların növüdür. Azərbaycan 44 günlük müharibədə rus ordusundan tamamilə fərqli silah-sursatla təchiz olunduğunu göstərdi və ayyarımlıq zaman ərzində ənənəvi rus silahları üzərində tarixi qələbə çaldı. Bununla da NATO standartlarına uyğun silah gücünə malik olduğunu ortaya qoydu. Sözügedən arsenalın mühüm hissəsini isə Türkiyədən aldığımıza şübhə yoxdur.
Son zamanlar Şuşada və ölkəmizin müxtəlif yerlərində keçirilən hərbi paradlarda səsləndirilən marşlar, şüarlar, əsgərlərə mənəvi güc verən digər təbliğati mətnlər belə, ya eynilə Türk ordusundan alınıb, ya da onun ruhuna uyğundur. Təsadüfi deyil ki, Türklərin Mehtər marşları, “Şəhidlər ölməz, Vətən bölünməz” kimi şüarları bu gün Azərbaycan əsgərinin də mənəvi döyüş ruhunu gücləndirən hərbi-mədəni təbliğat nümunələrinə çevrilib. Azərbaycan ordusu bu cəhətdən də Türk Silahlı Qüvvələri ilə inteqrasiya, bütünləşmə prosesi yaşayır.
Orduların xarakerini müəyyənləşdirən digər mühüm özəllik onun hərbi komandanlığıdır. Məsəli bizim əsgərlərdən uzaq, məşhur bir aforizm var: “Aslanın idarə etdiyi qoyun sürüsü qoyunun idarə etdiyi aslan sürüsünə qalib gələr”. Çünki komandanlıq kimdədirsə, ordu da ona aiddir. Azərbaycan 44 günlük müharibədən əvvəl öz rus qafalı generallarını ordu sıralarından uzaqlaşdırmış, yerlərinə Türk hərbi məktəblərində oxumuş zabitlərimizi gətirmişdi. Son 30 ildə ermənilərlə girişdiyimiz digər savaşlardan fərqli olaraq, 44 günlük müharibədə qəti qələbə qazanmağımızın başlıca səbəblərindən biri bu idi. Məhz bu komandirlərin əzmi, inadkarlığı sayəsində Azərbaycan ordusu bütün çətinliklərə baxmayaraq, 1 gün belə dayanmadan rus yanlıların keçilməz hesab etdikləri Ohanyan səddini keçdi, əliyalın şəkildə Şuşaya dırmanmaq şücaəti göstərdi və hərb tarixinə neçə-neçə bu cür möcuzələr bəxş etdi. Təbii ki, bütün bu uğurların arxasında yeni komandanlıq amili dayanırdı.
Azərbaycanın əsgərlərinin şücaəti isə əvvəlcədən də yerində idi. Hətta rus yanlı qoyunların orduya rəhbərlik etdiyi çağlarda belə Mübariz İbrahimov kimi aslanlarımız ortaya çıxır, ordu rəhbərliyinin qorxaq əmrlərinə tabe olmur, təkbaşına düşmən ordusunun üstünə gedirdilər. Əsgərlərimiz eyni şücaəti 2016-cı il savaşında da göstərmiş, fəqət Moskvadan gələn əmrlər nəticəsində daha artıq irəliləyə bilməmiş, hətta aldıqları yerləri tərk edərək geri qayıtmışdılar. Çünki dediyimiz kimi, bu Aslan ordusuna rus yanlı qoyunlar rəhbərlik edirdi və sıravilər komandanlığın əmrinə boyun əyməyə məcbir idilər. Azərbaycan ordusu öz komandanlığını dəyişməklə bu problemi də ortadan qaldırmaqdadır və bu proses getdikcə daha sürətli şəkildə davam edəcək.
Şuşa Bəyannaməsinin bəzi müddəaları Azərbaycan ordusunun da xarakter etibarilə tədricən Türk ordusu ilə eyniləşəcəyindən xəbər verir. Zənnimizcə, Ərdoğanın da nəzərdə tutduğu elə budur. Yoxsa, Türk ordusunun gəlib Azətbaycanın sərhədini qorumasına, erməni və ya digər hər hansı düşmənlə bizim əvəzimizə döyüşməsinə ehtiyac yoxdur və belə fikirlərə düşmək öz qüdrətimizi aşağılamaq deməkdir.
Bəli, burada söhbət ondan getmir ki, Azərbaycan regionun bir çox dövlətlərinin hərbi təcavüzünə məruz qalarsa, Türkiyə bizə bacardığı dəstəyi verəcək. Eynilə biz də qardaş ölkənin ağır günündə əsgərlərimiz, silahımız, maddi-mənəvi gücümüzlə onun yanında olacağıq. Söhbət ondan gedir ki, Azərbaycan ordusu öz dövlətini, ərazi bütünlüyünü, milli şərəf və namusunu təkbaşına qorumağa güc çata biləcək potensialdadır və bizim də, qardaş ölkənin də çiyinlərinə düşən əsas vəzifə bu potensialı real gücə çevirməkdir və 44 günlük savaş göstərdi ki, artıq bu hədəf gerçəkləşdirilməkdədir.
Şuşa Bəyannaməsinin müddəalarında açıq şəkildə göstərilir ki, orduların müasir tələblərə uyğun yenidən formalaşdırılması və modernləşməsi, yeni nəsil silah sənayesinin yaradılması Azərbaycan ordusunun əsas prioritetlərini təşkil edir. Həmin müddəalardan bəziləri:
“Tərəflər iki qardaş ölkənin silahlı qüvvələrinin müasir tələblərə uyğun olaraq yenidən formalaşdırılması və modernləşdirilməsi istiqamətində birgə səy göstərməyə davam edəcəklər”.
“Tərəflər müdafiə qabiliyyətlərinin və hərbi təhlükəsizliyin möhkəmləndirilməsinə yönələn şəxsi heyət mübadiləsini, birgə təhsil və təlimlərin keçirilməsini, iki ölkənin silahlı qüvvələrinin birlikdə fəaliyyət qabiliyyətinin artırılmasını, müasir texnologiyalara əsaslanan silah və sursatların idarə olunmasında sıx əməkdaşlığı və bu məqsədlə səlahiyyətli struktur və qurumların əlaqəli fəaliyyətinin təmin edilməsini təşviq edəcəklər. Azərbaycan və Türkiyə digər dost dövlətlərin orduları ilə birlikdə hərbi təlimlərin keçirilməsini dəstəkləyəcəklər”.

Bəyannamənin bu müddəalarında zahirən iki dövlətin ordusundan bəhs edilsə də, əslində yeniləşməsi nəzərdə tutulan hərbi qüdrətin Azərbaycan Silahlı Qüvvəsi olduğu aydındır. Əsgərlərimizin yeni vərdişlərə, davranış qaydalarına yiyələnməsi üçün birgə hərbi təlimlərin keçirilməsi də Azərbaycan Silahlı Qüvvələrini Türk Ordusu ilə bütünləşməsi istiqamətində atılacaq ən mühüm addım kimi səciyyələndirilə bilər.
Peskov və onun rus yanlı təqibçiləri anlamalıdırlar ki, Şuşa Bəyannaməsində Türk Ordusunu müzəffər edən bütün elementlərin hamısının Azərbaycan Ordusunun da xarakterik özəlliyinə çevrilməsi nəzərdə tutulur. Beləcə, bu hədəflər reallaşdıqca Azərbaycanda bir neçə hərbi baza yox, yüz minlərlə yüksək mənəvi ruhlu əsgəri və müasir hərbi texnikası olan Türk ordusu meydana gələcək. Ən yaxşı hərbi dislokasiya da elə budur. Zatən bizim əsgərlərimiz də Türkdür və hərbi şücaət baxımından Anadolulu qardaşlarından qətiyyən fərqlənmirlər. İndiyədək mövcud olan nöqsanlarımız da birgə əməkdaşlıqlar nəticəsində ortadan qalxacaq. Və bütün bunlar Azərbaycanın suveren hüquqlarıdır, Rusiya da daxil olmaqla heç bir ölkə buna etiraz edə bilməz.
Heydər Oğuz
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar