Xəbər lenti
Dünən, 22:50
Dünən, 21:23
Dünən, 20:40
Dünən, 12:41
Dünən, 11:56
Dünən, 09:42
24-11-2024, 23:30
24-11-2024, 22:24
24-11-2024, 21:36
24-11-2024, 20:30
24-11-2024, 19:40
24-11-2024, 18:55
24-11-2024, 18:39
24-11-2024, 17:54
24-11-2024, 15:58
24-11-2024, 14:34
Milli Məclisin bir deputatı var - Etibar Əliyev. Adam təsadüfən mandat alsa da, indidən gözlərini deputatlıqda açıb, ömürlərini MM-də tamamlayan çox millət vəkilinə, türkün sözü, daş çıxartdıra bilər.
Etibar Əliyevin bu misilsiz qabiliyyətinə keçməmişdən əvvəl onun necə MM-ə düşməsinə qısaca aydınlıq gətirməkdə fayda var. Çünki deputatın qeyri-adi fəaliyyəti məhz bu seçilmə hadisəsindən başlayıb. Çox uzatmadan bildirim ki, MM-in bu əsrarəngiz tapıntısı çox qəribə təsadüf nəticəsində kəşf olunub. Seçkilər dövründə seçilməsi planlaşdırılan bir namizədin digər namizədlə mənasız mübahisəsi adamın başına dövlət quşunun qonması ilə nəticələnib. Alternativ uyğun adam tapa bilmədiyindən hökumət milli iradənin ifadəçisi mandatını ona verib. Və nə yaxşı ki, verib. Əks halda dünya tarixində misli görünməmiş haqqında danışacağımız hadisə də yaşanmazdır.
Bu kiçik arayışdan sonra gələk əsl mətləbə. Milli Məclisin Etibar Əliyev adlı deputatı 4 cümləlik sözlə tarix yaradıb.
“Təşəkkürlər, Fəzail bəy! Bir qrup adam var, ala qancıq tayadan düşməmiş düşürlər deputatın üstünə. Elə bil ki, deputatın bunların qarşısında öhdəliyi var. Olmayan ağılları, olmayan əxlaqları ilə bizə dərs keçməyə çalışırlar”.
Təsəvvür edirsinizmi, bunu bir deputat yazır. Həmkarı Fazil Mustafanın facebook statusunun altında şərh yazan Etibar Əliyevin bu sözlərinin harasından yapışsan, böyük skandaldır. Məşhur bir söz var: “az de, saz de”. Sanki Etibar Əliyev də bu rəyində lakonikliyə can atıb və hər kəlməsi “böyük mətləblər”dən xəbər verən 3 cümlə meydana gəlib.
Əvvəla, “qara qancıq” nədir, deputatın nitq qabiliyyəti nədir? Bir deputat cəmi 4 cümləlik düşüncəsində “ala qancığın tayadan düşməsi” deyimindən istifadə etmədən fikirlərini çatdıra bilmirsə, vay onun hazırlayıb parlamentə təqdim edəcəyi qanun layihələrinə. Bu qanun layihələri yalnız “qancıq” söhbəti ola bilər.
Üstəlik, o, bir deputat kimi kimin qarşısında hesabat verməli olduğunu da hələ anlaya bilməyib. O, hələ də elə başa düşmür ki, deputat elə seçicilər və ictimaiyyət qarşısında öhdəliyi olan şəxsdir. Hətta Azərbaycanda belə, qanunən belədir. Bizim deputatlarının digər bir öhdəliyi özlərinin əsl seçicilərini gizlətmək, çöldə-bayırda özlərini xalqın təmsilçisi kimi aparmaqdır. Xalqın təmsilçisi isə, sözsüz ki, xalqın qarşısında məsuliyyət daşımalı, öhdəlik boynuna götürməlidir.
Azərbaycan hakimiyyəti özgə vaxt Avropadan ölkəmizə yönələn tənqidləri qəbul etmir, bir çox halların şişirdildiyini, ölkəmizdə özümüzə məxsus demokratiyanın olduğunu bildirir. Baxmayaraq ki, demokratiyanın millisi, qeyri-millisi olmur. Bir bəşəri dəyər kimi, demokratiya anlayışı insanların hakimiyyətdə təmsil olunması reallığına söykənir. Xalq isə 2 yolla hakimiyyətdə təmsil oluna bilər: ya birbaşa, ya da vasitəçiləri ilə. Vasitəli təmsilçilik fuksiyasını da deputatlar yerinə yetirir. Bizim mandat daşıyan deputatımız isə seçici qarşısında yox, siyasi hakimiyyət qarşısında öhdəliyinin olduğunu vurğulayır, bununla da avropalıların tənqidlərinə haqq qazandırır.
Etibar Əliyevin ağzından qaçırdığı “quş” bununla da bitmir. O, deputatdan hesabat istəyən ictimaiyyət nümayəndələrini əxlaqsızlıqda günahlandırır. Bununla da Azərbaycan sayağı demokratiyanın əxlaq kodekslərini ortaya qoyur. Bu əxlaq kodeksinə deputatdan nə isə soruşmaq ən böyük “tərbiyyəsizlik” və “ağılsızlıq” sayılır. İnsafən, Etibar Əliyev bütün bu “quşlama”ları ilə əslində ya bilərəkdən, ya da fərqindən olmadan mövcud siyasi hakimiyyətin əsl mahiyyətini ifşa edir desək, yanılmarıq.
Onu da etiraf etmək lazımdır ki, Etibar Əliyev ağzından quş buraxmaq sahəsində nəinki ölkəmizin, həm də dünya tarixində bir ilki gerçəkləşdirib və buna görə də deputata böyük bir əhsən düşür. Zira demokratiyanın tarixi çox qədimdir. İbtidai formada olsa belə, ilk demokratik dövlət ənənələri bizim eradan əvvəl 6-cı əsrlərə qədər gedib çıxır. Bu 2600 illik geniş zaman ərzində xalqın təmsilçisi sayılan millət vəkilləri tez-tez, bəlkə də indiyədək 100 minlərlə dəfə ağızlarından artıq-əskik söz çıxarıblar. Amma inanmıram ki, onlardan hansısa biri Etibar Əliyev qədər performans ortaya qoya bilsin. Adam cəmi 4 cümlə işlədib, onlardan biri deputat həmkarına xitablı təşəkkür, digər 3-ü isə “pır” edib pərvazlanan “quş”lardan ibarətdir. Xitablı təşəkkürü hesaba qatmasaq, bu, hər cümləyə bir “quş” deməkdir. Məhz bu sürət və lakonikliyi heç bir senator, konqresmen, deputat göstərə bilməzdi. Bu baxımıdan millət vəkili “quşlamaq” sahəsində Ginnesin “Rekordlar” kitabına düşməyə haqq qazanıb.
Onu canü-dildən təbrik edirəm.
Heydər Oğuz,
Ovqat.com
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar