Xəbər lenti
Dünən, 22:50
Dünən, 21:23
Dünən, 20:40
Dünən, 12:41
Dünən, 11:56
Dünən, 09:42
24-11-2024, 23:30
24-11-2024, 22:24
24-11-2024, 21:36
24-11-2024, 20:30
24-11-2024, 19:40
24-11-2024, 18:55
24-11-2024, 18:39
24-11-2024, 17:54
24-11-2024, 15:58
24-11-2024, 14:34
Dünən KTMT-nin baş katibi Stanislav Zasla görüşən və görüş zamanı Azərbaycanı açıq-aşkar müharibə ilə təhdid edən Ermənistan Müdafiə naziri Arşak Karapetyan bu gün Moskvaya gedib.
Ovqat.com-un Ermənistan Müdafiə Nazirliyinə istinadən verdiyi məlumata görə, səfər Rusiya Müdafiə naziri Sergey Şoyqunun dəvəti ilə baş tutub.
Müdafiə nazirlərinin bu gün görüşəcəyi və Azərbaycan-Ermənistan sərhədlərindəki vəziyyətlə bağlı müzakirə aparacaqları gözlənilir.
Qeyd edək ki, Arşak Karapetyan Rusiya tərəfindən sevilməyən generallardandır. O, 2018-ci ildə Rusiyanın 1 nömrəli adamı Rabert Koçaryanın əleyhinə istintaqda ifadə verən yeganə erməni generalı kimi tanınır. Məhz bu “satqınlığına” görə Karapetyan Paşinyan tərəfindən mükafatlandırılmış, əvvəl özünün hərbi məsələlər üzrə köməkçisi, daha sonra isə Baş Qərargah rəisinin müavini təyin edilmişdi. Paşinyanın ikinci dəfə hakimiyyətə gəlməsindən sonra atdığı ilk addım Karapetyanı Müdafiə naziri vəzifəsinə gətirmək olmuşdu. Erməni baş nazirinin son seçkilərdə rusiyapərəst qüvvələri nəzərdə tutaraq “çəkic” siyasəti yürüdəcəyini; çəkicin arxa tərəfi ilə bəzi köhnə “mıxçaları” yerindən çıxarıb vurucu ön tərəfi ilə layiq olduqları deşiyə soxacağını bildirdiyini nəzərə alsaq, Karapetyanın təyinatının da bu siyasət çərçivəsində həyata keçirildiyini anlaya bilərik.
Karapetyanın “5-ci kolon”a xəyanət etməsinin isə maraqlı bir tarixçəsi var. 2016-ci ildə 4 günlük müharibə zamanı o, Ermənistan Müdafiə Nazirliyinin Xüsusi Kəşfiyyat İdarəsinə rəhbərlik edirdi. Ölkənin aprel döyüşlərindəki itkilərinin bütün günahları bir neçə generalın, əsasən də Karapetyanın ayağına yazıldı və onlar dövrün Baş naziri Serj Sarkisyan tərəfindən işdən qovuldular. Karapetyan həmin vaxt vəzifə borcunu yerinə yetirməkdə səhlənkarlığa yol verməkdə, nəticədə Ermənistanın 2016-cı il Aprel döyüşləri ilə bağlı kifayət qədər məlumat əldə edə bilməməkdə günahlandırılırdı.
Rusiyanın Ermənistandakı “5-ci kolon”unun digər nümayəndəsi Sarkisyanın bu addımı bügünkü Müdafiə nazirinin hələ 5 il bundan əvvəl qara siyahıya düşdüyünü göstərir. Odur ki, bir çox erməni müşahidəçilər Sarkisyanla Şoygunun bugünkü görüşündən nəsə gözləmirlər. Əslində gözləməyə də dəyməz. Çünki İrəvanın tələb etdiyi sərhədlərə rus ordusunun yerləşdirilməsi perspektivi yalnız rəsmi Bakının razılığı ilə mümkündür. Bakı isə, təbii ki, cizgiləri hələ müəyyənləşməyən ərazilərə 3-cü qüvvənin əsgərlərinin yerləşməsinə razılıq verməz və buna rəğmən Rusiyanın təktərəfli qaydada İrəvanın çaldığı havaya oynaması Azərbaycan torpaqlarına təcavüz kimi qiymətləndirilə bilər. Nəticədə Azərbaycanın da öz hərbi müttəfiqlərini ölkəyə dəvət etmək hüququ doğar. Cənubi Qafqazın NATO-ya bağlı qüvvələrin nəzarətinə keçməsi isə nə Rusiyanın, nə də İranın maraqlarına uyğundur və məntiqlə Moskva buna hüquqi zəmin yaratmamalıdır.
Ovqat.com
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar