Xəbər lenti
Dünən, 22:50
Dünən, 21:23
Dünən, 20:40
Dünən, 12:41
Dünən, 11:56
Dünən, 09:42
24-11-2024, 23:30
24-11-2024, 22:24
24-11-2024, 21:36
24-11-2024, 20:30
24-11-2024, 19:40
24-11-2024, 18:55
24-11-2024, 18:39
24-11-2024, 17:54
24-11-2024, 15:58
24-11-2024, 14:34
KTMT liderləri bu gün videokonfrans vasitəsilə Əfqanıstandakı vəziyyəti müzakirə edəcəklər.
Ovqat.com-un xəbər verir ki, Kremlin mətbuat xidməti bu barədə məlumat yayıb.
Bildirildiyinə görə, video-konfrans formatlı görüşdə Əfqanıstanda baş verən hadisələr fonunda təşkilata üzv dövlətlərin təhlükəsizliyinin təmin olunması, həmçinin mümkün sərhədlərarası çağırış və təhdidlərə birgə effektiv cavab verilməsi məsələlərinin müzakirəsi planlaşdırılır.
KTMT Kollektiv Təhlükəsizlik Şurasının iclasına Tacikistan Prezidenti Emoməli Rəhmon sədrlik edəcək. Şuranın tərkibinə Rusiya prezidentləri Vladimir Putin, Belarusiya prezidenti Aleksandr Lukaşenko, Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev, Qırğızıstan prezidenti Sadır Japarov və bir də ötən ilin payız aylarından indiyədək telefon diplomatiyası ilə öz başına çarə axtaran Ermənistanın Baş naziri Nikol Paşinyan daxildir.
Ötən gün KTMT-nin həqiqi sahibi sayılan Rusiya prezidenti Vladimir Putinin mətbuata verdiyi açıqlamadan belə anlaşılırdı ki, Qərb dövlətləri “Taliban” zülmündən qaçan əfqanları Orta Asiya ölkələrində yerləşdirmək barədə düşünürlər. Qərbin bu layihəsinə kəskin qarşı çıxan Putin belə bir fikrin ağla gətirilməsini belə, Orta Asiyanın aşağılanması kimi qiymətləndirdi və “əfqan qaçqınları” adı altında öz nüfuz dairəsinə daxil olan coğrafiyaya terrorçuların məskunlaşdırılması planını qınadı.
Rusiya liderinin bu sərt açıqlamasından dərhal sonra KTMT liderlərinin təcili görüşünün keçirilməsi vəziyyətin xeyli mürəkkəb olduğunu göstərir. Çünki Rusiyanin iradəsindən asılı olmayaraq, əfqan qaçqınlarının və onların arasında da terrorçu qrupların Orta Asiyaya, ordan isə Rusiyaya axınının qarşısını almaq faktiki mümkün deyil. Nədən ki, Orta Asiya ilə Əfqanıstan arasındakı sərhədlər nəzarəti mümkün olmayan sıldırım qayalarla, dağ silsilələri ilə əhatələnib. Təkcə Əfqanıstanla Tacikistan arasındakı sərhədlərin uzunluğu 1300 km-dən çox, Türkmənistanla isə 900 km-ə yaxındır. Əfqanistanın Özbəkistanla sərhədi isə 144 km-dir. Üst-üstə uzunluğu 2500 km-ə yaxınlaşan bu sərhəd xəttinin qorunması çox böyük əsgəri güc tələb edir, Orta Asiya ölkələrinin isə tələb olunan sayda əsgəri yoxdur. Bölgənin ən kasıb və Əfqanıstanla ən uzun sərhədə malik ölkəsi sayılan Tacikistanda rəsmi statistikada ümumi əsgər sayı 8 min 800 nəfər, Türkmənistanda isə 22 min nəfər göstərilir. Müşahidəçilər isə bu rəqəmin belə, şişirdilmiş olacağına inanırlar.
Bir sözlə, Orta Asiyanın sərhədlərinin qorunması rus əsgərlərinin öhdəsinə düşə bilər. Əfqanlar isə rus əsgərlərini 1980-ci illərdə bir dəfə dişlərinə vurublar.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar