Xəbər lenti
Dünən, 22:50
Dünən, 21:23
Dünən, 20:40
Dünən, 12:41
Dünən, 11:56
Dünən, 09:42
24-11-2024, 23:30
24-11-2024, 22:24
24-11-2024, 21:36
24-11-2024, 20:30
24-11-2024, 19:40
24-11-2024, 18:55
24-11-2024, 18:39
24-11-2024, 17:54
24-11-2024, 15:58
24-11-2024, 14:34
Hindistan Cənubi Qafqazla niyə bu qədər maraqlanır?
Dünən Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Hindistanlı həmkarı Subrahmanyam Caişankarla görüşüb.
Ovqat.com-un məlumatına görə, xəbəri Ermənistan XİN-in mətbuat xidməti yayıb.
Məlumatda qeyd olunur ki, həmsöhbətlər ikitərəfli gündəliyin geniş spektrinə toxunublar, sıx əlaqələrə əsaslanan ənənəvi Ermənistan-Hindistan münasibətlərinin yüksək səviyyəsindən məmnun olduqlarını dilə gətiriblər. Hər iki tərəf dövlətlərarası əməkdaşlığı keyfiyyətcə yeni səviyyəyə qaldırmaq istəklərini qarşılıqlı şəkildə ifadə ediblər.
“Tərəflər xüsusi proqramlar üzrə müxtəlif sahələrdə əməkdaşlıqla bağlı müzakirələrə başlamaq barədə razılığa gəliblər. Bu çərçivədə yüksək səviyyəli qarşılıqlı səfərlərin intensivləşdirilməsinin vacibliyi vurğulanıb”, -xəbərdə belə deyilir.
Vurğulanıb ki, Ermənistan və Hindistan arasında beynəlxalq strukturlar çərçivəsində formalaşan qarşılıqlı əməkdaşlıqdan məmnunluqla danışan nazirlər "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi ətrafında baş verənləri də müzakirə ediblər.
Məlumata görə, Ermənistan və Hindistanın xarici işlər nazirləri regional və beynəlxalq təhlükəsizlik məsələlərinə də toxunublar. Nazir Mirzoyan Azərbaycan Silahlı Qüvvələrinin Ermənistanın suveren ərazisinə daxil olması nəticəsində yaranan vəziyyəti həmkarının diqqətinə çatdırıb. Nazir bu kontekstdə Hindistanın prinsipial mövqeyini, eləcə də ATƏT-in Minsk Qrupunun həmsədrliyi çərçivəsində Qarabağ münaqişəsinin sülh yolu ilə və hərtərəfli həllinə ardıcıl köməyini yüksək qiymətləndirib. Nazir Mirzoyan, Ermənistanın Cammu və Kəşmir məsələsində Hindistanı dəstəklədiyini bir daha təsdiqləyib.
Tərəflər Əfqanıstandakı vəziyyəti də müzakirə ediblər.
Ermənistan və Hindistan xarici işlər nazirlərinin görüşü Ararat Mirzoyanın KTMT sammitdə iştirak etdiyi Tacikistanın paytaxtı Düşənbədə baş tutub.
Qeyd edək ki, Ermənistan XİN-nin bu məlumatı son zamanlar Qafan-Gorus yolunda baş verən qalmaqalın əsl səbəbinə aydınlıq gətirir. Məlum olduğu kimi, ABŞ Çinin böyüməsinin qarşısını almaq üçün Hindistanı dəstəkləyir. Məqsəd Hindistan vasitəsilə Çinin həm regionda yayılmasının önünü kəsmək, həm də dəniz ticarətinə qapılarını bağlamaqdır. Hindistan Çinin Qərbə açılan qapısında – Qərbi Çin dənizinin sahillərində yerləşdiyindən rahatlıqla bu əngəli yaratmaq olar. Üstəlik, ABŞ regionun digər ölkələrini də Trans-Sakit okean Tərəfdaşlığı layihəsi çərçivəsində bir araya gətirərək Çini tamamilə təcrid olunmuş vəziyyətə salıb. Çin isə bu vəziyyətdən çıxmaq üçün özünün alternativ layihəsinə - “Bir Kəmər, Bir Yol” xəttinin quru dəhlizini formalaşdırmağa qərar verib. Əslində ABŞ-ın 2001-ci ildə Əfqanıstanı işğal etməsi də “Yeni İpək” yolu adlandırılan bu layihənin quru ayağını da bağlamaq idi.
Çin isə bu əngəlləri aşmaq üçün quru “İpək Yolu”nda 3 dəhliz yaratmağa çalışır. Bunlardan biri Rusiya üzərindən Avropanın şimalına uzanır və “Şimal dəhlizi” adlanır. Digəri Orta Asiyadan keçərək Xəzərə, ordan isə Azərbaycana, Gürcüstana və Türkiyəyə çıxır. Adına “Orta Dəhliz” və ya “Lazurit yolu” deyilən bu xətt İranı yan keçməyi planlaşdırır. Üçüncü dəhliz isə Pakistan üzərindən Oman dənizinə açılaraq, ordan Yaxın Şərqə, Afrika ölkələrinə uzanır. Adına isə “Pakistan İqtisadi Əməkdaşlıq Dəhlizi” deyilir.
Məlumata görə, ABŞ bu layihəyənin qarşısını almaq üçün də Hindistandan istifadə etməyə çalışır. Belə ki, Hindistan və digər Trans-Sakit okean Tərəfdaşlığı birliyinə üzv Uzaq Şərq ölkələri öz məhsullarının Oman körfəzi vasitəsilə İrana, İrandan Ermənistan vasitəsilə Gürcüstana çıxmağı planlaşdırırdılar. Azərbaycanın 44 günlük müharibədə əldə etdiyi qələbə faktiki bu layihənin qarşısını aldı. Təsadüfi deyil ki, İran-Ermənistan yolunun bağlanmasından ən çox narahat olan ölkələrdən biri də Hindistan oldu. Hindistanın Xarici İşlər nazirinin öz erməni həmkarı ilə “Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi ətrafında baş verənləri müzakirə etməsi və “əməkdaşlığı keyfiyyətcə yeni səviyyəyə qaldırmaq istəməsi” məsələyə bu konteksdən yanaşanda heç də gözlənilməz deyil. Nədən ki, regionda yeni stutus-kvo yaranıb və tərəflər öz mövqelərini buna görə müəyyənləşdirməlidirlər.
Ermənistanın baş diplomatının Cammu Kəşmir məsələsində Hindistanın yanında yer aldığını açıq şəkildə bildirməsi də, görünür, Don Kixota Sançoluq etmək zərurətindən irəli gəlir.
Ovqat.com
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar