Xəbər lenti
Dünən, 22:50
Dünən, 21:23
Dünən, 20:40
Dünən, 12:41
Dünən, 11:56
Dünən, 09:42
24-11-2024, 23:30
24-11-2024, 22:24
24-11-2024, 21:36
24-11-2024, 20:30
24-11-2024, 19:40
24-11-2024, 18:55
24-11-2024, 18:39
24-11-2024, 17:54
24-11-2024, 15:58
24-11-2024, 14:34
“Pakistan-Türkiyə-Azərbaycan ittifaqının İranın Avropaya tranzit xəttini və dəhlizini kəsmək cəhdlərindən qaynaqlanan sərhəddəki son böhranının mənşəyi Rza Şahın hakimiyyəti illərinə qədər uzanır. Bugünkü hadisələr Rza şah Pəhləvinin Ağrı dağının strateji ərazilərini və Qarasu bölgəsini şəxsi dostu Atatürkün xahişi ilə Türkiyəyə verməsi planının məntiqi davamıdır”.
Ovqat.com xəbər verir ki, İranın “İqtisadi-Salim” xəbər portalı sərhədlərimizdə yaşanan gərginlikləri bu ölkəni Avropaya bağlayan üç yol və nəqliyyat dəhlizi ilə əlaqələndirib.
“Azərbaycanla son böhranda "Rza Şah"ın rolu + Xəritə” sərlövhəli məqalədə qeyd olunur ki, İranı Avropaya bağlayan 3 dəlizdən ikisi Türkiyə və Azərbaycandan, biri isə Ermənistandan keçir.
“Üçüncü marşrutdakı yeganə yol Ermənistandan üzərindəndir. Ötən il Azərbaycan Respublikası Ermənistanı işğal etdikdən(%!) sonra bu yola nəzarəti ələ keçirdi və o vaxtdan bəri iranlı sürücü və yük maşınlarına bir çox problemlər yaradır. Hər yük maşınından 130 dollar fidyə almaq da daxil olmaqla”.
Nəşrin fikrincə, Azərbaycan bu hərəkəti ilə İranın iqtisadi maraqlarına və milli təhlükəsizliyinə qarşı mövqe ortaya qoyur və Tehran artıq bu təxribatla barışa bilməz. Çünki Azərbaycanın tezliklə bu yolu bağlama ehtimalı var. Bu isə İranın Avropaya quru yolu ilə tranzit çıxışının qarşısı kəsiləcək. Bu şəkildə İran makroiqtisadi faydadan və Asiya-Avropa arasındakı təhlükəsiz tranzit dəhlizindən kənarda qalacaq.
Müəllifin iddiasına görə, Ankaranın bu planı yeni deyil, ötən əsrin I yarısında Atatürk tərəfindən hazırlanıb və İran hökmdarı Rza Şah Pəhləvi də bu məsələdə türkiyəli dostuna güzəştə gedərək, dövlətə xəyanət edib. Nəticədə İranın həyati əhəmiyyətli iqtisadi və təhlükəsizlik kəməri istənilən an kəsiləcəyi kimi, tarixi və coğrafi mövqeyi də itirilib.
“Hələ Rza Şah hakimiyyətə gəlməmişdən əvvəl İranla Türkiyə arasında mübahisəli bölgələrdən biri strateji Qarasu bölgəsi idi. Çar Rusiyasının süqutundan sonra bu bölgənin əhəmiyyəti ondadır ki, yeni yaranan Azərbaycan və Ermənistan respublikalarını İran və Türkiyə ilə birləşdirən dəhliz vəzifəsini yerinə yetirirdi.
Rza Şah İran ərazisinin bir hissəsini Atatürkə bağışlayana qədər, Türkiyənin Naxçıvan Türk bölgəsi ilə quru əlaqəsi və sərhədi mövcud deyildi. Naxçıvan ilə Türkiyə arasındakı tampon zonası İrana məxsus idi.
Rza şahın vətəni fəth etməsindən əvvəl Türkiyəni Naxçıvana bağlayan və İranın ucqarında yerləşən dar bölgə də İran ərazisinə daxil idi.
O zaman Rza Şahın hakimiyyətdə olmasından və onunla yaxşı münasibətlərindən uzaqgörənliklə istifadə edən Atatürk Türkiyə ilə Naxçıvan sərhədindəki Ağrı dağı ilə Qarasu bölgəsi arasında qalan ərazini müqavilə əsasında İrandan aldı və Türkiyəyə əlavə etdi. Beləliklə, bir tərəfdən Türkiyənin Naxçıvan bölgəsi ilə quru əlaqəsi yarandı, digər tərəfdən də İran öz ərazisinin bir hissəsini, eləcə də Ermənistanla quru sərhədini itirdi”.
Ovqat.com-un əlavəsi
Yeri gəlmişkən, qeyd edək ki, o dövrlərdə Türkiyə, Rusiya, Ermənistan, Azərbaycan və Gürcüstan arasında bağlanan Qars müqaviləsinə əsasən, Zəngəzur ərazisi də Azərbaycanın tərkibində olduğundan İranın indi istifadə etdiyi yol mövcud deyildi. Məhz bu səbəbdən də Rza şahın Atatürkə bağışladığı torpaq sahəsi həmin dövrlərdə Ermənistanla sərhədlərin Türkiyəyə satılması kimi qiymətləndirilirdi.
Daha sonra Stalinin hakimiyyətə gəlməsi ilə SSRİ mərkəzi hakimiyyətinə toplanan gürcü və erməni idarəçilərinin hiyləgər siyasətləri nəticəsində Zəngəzur torpaqları hissə-hissə ermənilərə verildi və bu əlaqə tamamilə kəsildi. Görünür, Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında imzalanan 10 noyabr Bəyanatına kommunikasiyaların açılması maddəsi və bu maddədən hərəkətlə gündəmə gətirilən Zəngəzur dəhlizi məhz Qars müqaviləsinin şərtlərinin Ankara tərəfindən tələb edilməsi nəticəsində ortaya çıxmışdır. İranı narahat edən əsas məsələ də bununla əlaqədardır.
Yeri gəlmişkən, qeyd edək ki, o dövrlərdə Türkiyə, Rusiya, Ermənistan, Azərbaycan və Gürcüstan arasında bağlanan Qars müqaviləsinə əsasən, Zəngəzur ərazisi də Azərbaycanın tərkibində olduğundan İranın indi istifadə etdiyi yol mövcud deyildi. Məhz bu səbəbdən də Rza şahın Atatürkə bağışladığı torpaq sahəsi həmin dövrlərdə Ermənistanla sərhədlərin Türkiyəyə satılması kimi qiymətləndirilirdi.
Daha sonra Stalinin hakimiyyətə gəlməsi ilə SSRİ mərkəzi hakimiyyətinə toplanan gürcü və erməni idarəçilərinin hiyləgər siyasətləri nəticəsində Zəngəzur torpaqları hissə-hissə ermənilərə verildi və bu əlaqə tamamilə kəsildi. Görünür, Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında imzalanan 10 noyabr Bəyanatına kommunikasiyaların açılması maddəsi və bu maddədən hərəkətlə gündəmə gətirilən Zəngəzur dəhlizi məhz Qars müqaviləsinin şərtlərinin Ankara tərəfindən tələb edilməsi nəticəsində ortaya çıxmışdır. İranı narahat edən əsas məsələ də bununla əlaqədardır.
Məqalədə daha sonra deyilir:
Bəs Türkiyə İran ərazisini “işğal etməklə” hansı məqsədləri güdürdü?
Atatürk bölgədə türkdilli ölkələrin kəmərini qurmağa çalışırdı və beləliklə İran ərazisini ələ keçirərək Türkiyə ilə Naxçıvan arasında quru əlaqəsi qurdu. İndi isə bu əlaqədən "anti-İran ittifaqı”nın məqsədləri üçün istifadə olunur. Bu isə ölkəmizin milli maraqlarına ziddir.
Hal-hazırda Türkiyənin Naxçıvan üzərindən Ermənistanla sərhəddə kiçik zolaq vasitəsiilə Azərbaycan Respublikası qarasında əlaqələri var və bu iki ölkə - Türkiyə və Azərbaycan həmin xətti hərbi hücum və işğalla birləşdirmək istəyir. Nəticədə bir tərəfdən İranın Ermənistanla quru sərhədi kəsilir və Avropaya tranzit xətti bağlanır, digər tərəfdən isə İrana ehtiyac qalmadan pantürkizm ideologiyasını həyata keçirmək istəyən ölkələr arasında birbaşa quru əlaqələri yaradır.
Məlumata görə, bu plan ABŞ və İsrailə bağlı müştərək beyin mərkəzində hazırlanıb və Osmanlı İmperatorluğunu canlandırmaq xəyallarına düşən Türkiyə və Azərbaycana, həmçinin Pakistana təqdim edilib. Əlbəttə ki, ilk növbədə Türk lideri Ərdoğana. Bölgədə həyata keçirilən də məhz bu layihədir.
Təbii ki, İran da bu “təxribatçı plan”dan vaxtında xəbər tutdu və ölkənin yüksək vəzifəli şəxslərinin elan etdiyi kimi, bölgənin beynəlxalq və geosiyasi sərhədlərinin dəyişdirilməsinə icazə verilməməsi qərara alındı. Bu istiqamətdə atılan ilk addım isə hərbi təlimlərın keçirilməsidir”.
Müəllifin fikrincə, İranın Araz qırağında keçirdiyi hərbi təlimlərin “Xeybər Fatehləri” adlanması da təsadüfi deyil. Bilindiyi kimi, İmam Əli hicrət təqviminin 7-ci ilinin Məhərrəm ayında Mədinə yaxınlığında yeləşən Xeybər şəhəri uğrunda yəhudilərə qarşı vuruşmuşdu. İran da guya Azərbaycanda yəhudi planının baş tutmaması və nəticə etibarilə bizim qəsb olunmuş ərazilərimizdə ermənilərin maraqlarının təmin edilməsi uğrunda mübarizə aparır. Bu mübarizəyə Məhərrəm ayında start verilməsi də zamanlama baxımından təsadüfi görünmür.
Tərcümə etdi: Ovqat.com
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar