Xəbər lenti
Dünən, 22:50
Dünən, 21:23
Dünən, 20:40
Dünən, 12:41
Dünən, 11:56
Dünən, 09:42
24-11-2024, 23:30
24-11-2024, 22:24
24-11-2024, 21:36
24-11-2024, 20:30
24-11-2024, 19:40
24-11-2024, 18:55
24-11-2024, 18:39
24-11-2024, 17:54
24-11-2024, 15:58
24-11-2024, 14:34
Qondarma “DQR” “xarici işlər naziri” David Babayan rusiyalı jurnalist və blogger Abbas Cüməyə müsahibə verib.
Ovqat.com-un məlumatına görə, Babayan 44 günlük müharibənin ermənilər üçün çox dağıdıcı olduğunu etiraf edib və bunu Türkiyənin proseslərə qarışması ilə əlaqələndirib.
“Bu müharibə bizim üçün çox dağıdıcı oldu. İndi isə biz regionda ciddi dəyişikliklərin şahidi oluruq. Yeni oyunçular ortaya çıxıb - məsələn, Türkiyə. Bundan əvvəl də o bu istiqamətdə intensiv siyasət aparıb - Gürcüstanda iqtisadi mövqelərini gücləndirib, Abxaziyada onların mövqeləri kifayət qədər güclüdür, Azərbaycanla həmişə sıx iqtisadi və siyasi əlaqələr olub. 2020-ci ilin sentyabrında isə Türklər hərbi-siyasi baxımdan bu bölgədə rəsmi olaraq iştirak etməyə başladılar. Onlar buradadırlar və könüllü getməyə hazırlaşmırlar”, - Babayan bildirib.
Qondarma qurumun “baş diplomat”ının fikrincə, Türkiyə artıq təkcə Ermənistanı yox, Rusiyanı da ciddi şəkildə təhdid edir.
- Pantürkizm təkcə bizim üçün deyil, Rusiya üçün də təhlükədir. Siz də başa düşürsünüz ki, biz inteqrasiya proseslərinin əleyhinə deyilik, amma inteqrasiya radikalizm və aqressiya üzərində qurulubsa, bu, inteqrasiya deyil, ekspansiyadır. Biz ərazimizin 80%-ə yaxınını itirmişik, bərpası mümkün olmayan insan itkiləri vermişik. Amma biz hələ də yaşayırıq və hətta bu vəziyyətdə belə, geosiyasi əhəmiyyətə malikik. Biz varıq və burada olmasaydıq, növbəti döyüş Kulikovo meydanında olacaqdı”.
Babayan “Türk ekspansiyası”nın bundan sonra da davam edəcəyinə və Ankaranın əsas hədəfinin Rusiya olduğuna inanır:
“NATO üzvü olan ölkənin müharibəyə necə qarışması ilə bağlı çoxlu suallar var. Alyansdan ona qarşı sanksiya tətbiq olunubmu?”, - deyə Babayan soruşur. Deyəsən, özünü Qarabağ ermənilərinin baş diplomatı sayan bu adam anlamır ki, NATO-da da erməni separatçılarını Rusiyanın Cənubi Qafqazı özünə bağlayan “kilid” olduğunu anlayırlar və istər Ukraynada, istər Moldovada, istərsə də Gürcüstanda “kilid”i açmağa çalışırlar. Bu baxımdan Qarabağda Rusiyanın “Qordi düyünü”nün kəsilməsi NATO-nun da maraqlarına uyğundur və Qarabağ təcrübəsi separatizmin ağır nəticələrinə məruz qalan digər ölkələrə də cəsarət, mənəvi ruh verir.
Babayan erməni xismətinə sadiq qalaraq, öz aləmində guya Azərbaycan haqqında Rusiyaya “donosçuluq” etməkdən də utanmayıb. Onun fikrincə, 44 günlük müharibədən sonra Azərbaycan Rusiyadan yox, Türkiyədən, Pakistandan və s. tərəfdaşlarından silah almağa başlayacaq ki, bu da Moskvanın ümumi maraqlarına ziddir:
“Pakistan da ermənilərə qarşı müharibədə çox fəal iştirak edir. Hətta Birinci Qarabağ müharibəsində də əfqan yaraqlıları döyüşüb. Onlar bura Pakistandan keçiblər. İndi məlumat var ki, Rusiya silah və texnikası əvəzinə Azərbaycan Pakistan silahlarını alacaq. İslamabad öz anti-Hindistan, anti-İran məqsədlərini güdən Bakını bütün mümkün beynəlxalq platformalarda dəstəkləyir. Biz həmçinin istisna etmirik ki, pakistanlılar sonda azərbaycanlıları nüvə texnologiyası ilə təmin edə bilərlər”.
Bununla belə, Babayan Azərbaycanın çox “vicdanlı düşmən” olduğunu gizlətməyib. “Onlar heç vaxt niyyətlərini gizlətmirlər”, - deyən “baş diplomat” Azərbaycan xalqına qarşı nifrətləri olmadığını bildirib: “Amma Azərbaycan hakimiyyəti bizim üçün təhlükəlidir”.
Babayan Qarabağ ermənilərinin Ermənistan əhalisini bezdirdiklərini və nəticədə İrəvanda “Qarabağ klanı”nın “gözümçıxdı”ya salındığını də dolayısıyla etiraf edərək deyib:
“Biz (Ermənistanla) birliyi qorumağın vacib olduğunu düşünürük. Biz milli və bəşəri dəyərləri rəhbər tuturuq. Elə adamlar var ki, Qarabağla İrəvanı qarışdırmağa çalışırlar. Suallar çoxdur. Və onlara cavab verəcəyik. Müharibədən qaçmaq mümkün idimi? Mən inanıram. Biz qalib gələ bilərdik? İnanıram ki, bacarardıq. Hələlik çirkli camaşirləri ictimai yerlərdə yumaq istəmirik”.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar