Xəbər lenti
Bu gün, 21:23
Bu gün, 20:40
Bu gün, 17:20
Bu gün, 12:41
Bu gün, 11:56
Bu gün, 09:42
Dünən, 23:30
Dünən, 20:30
Dünən, 19:40
Dünən, 17:54
Dünən, 14:34
Dünən, 13:37
ABŞ prezidenti Co Baydenlə Rusiya prezidenti Vladimir Putin telefon danışığı aparacağı gözlənilir. İki liderin əsas gündəliyi Rusiyanın Ukrayna sərhədində hərbi güclənməsi olacaq.
Ovqat.com-un məlumatına görə, ABŞ Milli Təhlükəsizlik Şurasının sözçüsü Emili Horn bir müddət əvvəl yaydığı bəyanatda da bu ehtimalı təsdiqləyirdi.
O, bildirirdi ki, Bayden və Putin yaxın günlərdə Rusiya ilə bir sıra məsələləri, o cümlədən diplomatik dialoqu müzakirə edəcəklər. Prezident Baydenin Avropa liderləri ilə Ukrayna ilə sərhəddəki vəziyyəti müzakirə etdiyini deyən Horn Bayden administrasiyasının rəsmilərinin NATO, Avropa Birliyi və Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) ilə əlaqə saxladığını vurğulamışdı. Horn bəyan etmişdi ki, hakimiyyət Ukrayna, eləcə də NATO-nun şərq bloku ölkələri ilə həm ikitərəfli, həm də Buxarest 9 (B9) qrupu çərçivəsində danışıqlar aparır.
Bundan əlavə, Qərb ölkələri də Rusiyanın son iki ayda Ukrayna sərhədində on minlərlə hərbçi toplamasından narahatdırlar. Bir sıra Qərb kəşfiyyat orqanları Ukraynanın şərqindəki separatçı qüvvələrə dəstək verən Rusiyanın bu ölkəni işğal etməyə hazırlaşdığı barədə məlumatlar yaymışdı. Rusiya ciddi cəhdlə bu iddiaları təkzib etsə də, NATO-nun Şərqə doğru genişləmə planından narahat olduğunu gizlətmir, bunu özünün “qırmızı cizgisi” adlandırır. Həmin “qırmızı cizgi”yə görə, Ukrayna, Gürcüstan, Azərbaycan və Orta Asiya ölkələri qəti şəkildə NATO-ya üzv ola bilməzlər. Əks halda, Rusiya bunun qarşısını almaq üçün müxtəlif proflaktik tədbirləri gözdən keçirəcək. Bu barədə ən sərt xəbərdarlıq Rusiya prezidenti Vladimir Putindən gəlmişdi. O, bir neçə gün əvvəl mediaya verdiyi açıqlamasında NATO-nun 1990-cı illərdə Moskvanı adlatdığını bildirir, o vaxt şifahi şəkildə əldə olunan razılaşmaların yazılı şəkildə yenidən imzalanmasının vacibliyini vurğulayırdı.
Qərb ölkələri isə Putinin bu tələblərini yaxına buraxmaq istəmirlər. Onların fikrincə, post-sovet ölkələri, o cümlədən Ukrayna ilə Gürcüstan müstəqilliyini qazanmış suveren dövlətdirlər və onlar istədikləri alyansla müqavilə bağlaya, onların üzvü ola bilərlər. Dolayısıyla NATO ölkələri Ukrayna və Gütcüstanı alyansın tərkibinə daxil olmasını açıq şəkildə dəstəkləyirlər. Bu da, təbii ki, Rusiyanın Ukraynaya təcavüzünə başlaması üçün təhrikedici səbəbə çevrilə bilər.
ABŞ Milli Təhlükəsizlik Şurasının sözçüsü Emily Horn da məhz bu məntiqdən çıxış edərək, sözügedən bəyanatında "Bayden administrasiyasının hərtərəfli diplomatiya ilə məşğul olmaq və Rusiyanın Ukrayna sərhədində hərbi güclənməsinə ümumi yanaşma konsepsiyasi hazırlamaq üçün ABŞ-ın avropalı müttəfiqləri və tərəfdaşları ilə əlaqə saxlamağa və fəaliyyətlərini koordinasiya etməyə çalışdığını” vurğulamışdı.
İki liderin telefon danışığından əvvəl ABŞ dövlət katibi Antoni Blinkenin dünən mövzu ilə əlaqədar Ukrayna prezidenti Vladimir Zelenski ilə fikir mübadiləsi apardığı xəbər verilir. ABŞ Dövlət Departamentinin sözçüsü Ned Praysın mətbuata verdiyi açıqlamaya görə, Blinken Zelenski ilə telefon söhbətində “Rusiyanın Ukrayna sərhədlərində hərbi güclənməsi qarşısında Birləşmiş Ştatların öz tərəfdaşının müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə sarsılmaz dəstəyini bir daha təkrarlayıb”. Ned Prays həmçinin qeyd edib ki, iki lider Ukraynanın şərqindəki münaqişənin sülh yolu ilə həlli səylərini və Rusiya ilə diplomatik dialoqu müzakirə ediblər.
Bu gün planlaşdırılan danışıq tələbinin Rusiyadan gəldiyi bildirilir. Maraqlıdır ki, bu, qarşıdakı iki hətfə ərzində liderlər arasında son görüş də olmayacaq. Yeni ilin ikinci həftəsində Vaşinqton və Moskva, habelə NATO-Rusiya arasında danışıqların aparılması planlaşdırılır. Yanvarın 10-da ABŞ və Rusiya nümayəndə heyətləri təhlükəsizlik məsələlərini müzakirə etmək üçün Cenevrədə görüşəcək. Üzərindən 2 gün keçməmiş yanvarın 12-də isə Rusiya və NATO arasında danışıqların baş tutacağı gözlənilir. Yanvarın 13-də Vaşinqton, Moskva və Avropa ölkələrinin iştirakı ilə daha geniş danışıqlar planlaşdırılır.
Liderlərin görüşü ilə bağlı jurnalistlərə məlumat verən yüksək rütbəli bir ABŞ rəsmisinin bildirdiyinə görə, prezident Baydenin görüş zamanı ABŞ-ın müttəfiqləri ilə ortaq mövqedə olduğunu vurğulaması gözlənilir, lakin o, Rusiya ilə “prinsipial diplomatiyaya” hazır olduğunu da göstərəcək.
İddialara görə, ABŞ və Rusiya liderlərinin müzakirə edəcəyi digər məsələ İranla bağlı olacaq. Ukrayna və digər məsələlərlə bağlı fikir ayrılıqlarına baxmayaraq, Ağ Ev rəsmiləri İran məsələsini ABŞ və Rusiyanın birgə işləyə biləcəyi sahələrdən biri kimi qiymətləndirirlər. Təxmin edilir ki, Putin İranı güdaza vermək bahasına Ukraynanı əldə saxlamağa çalışacaq. Baydenin bu təkliflə razılaşma ehtimalı isə xeyli azdır.
Bu gün baş tutacağı gözlənilən iki liderin telefon danışığının zamanı barədə Kremlin sözçüsü Dmitri Peskov da bəzi fikirlər səsləndirmişdir. Sözçü “Reuters” agentliyinə bildirmişdir ki, iki liderin görüşü cümə axşamı axşama planlaşdırılıb.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar