Xəbər lenti


...və ya Kremlin Simonyanla Qazaxıstana yolladığı altı ismarıcdakı "gələcək"...

Çörək və un "imtahanı" barədə puls yoxlamaları bitdi, çörək bahalaşdı. Amma köhnə aksiyalardan yığılan video çarxların tirajlanması davam etməkdədir. Məqsəd Azərbaycan və Bakı dağılır xofunun yaradılmasıdır. Üstəlik guya əhaliyə dərs keçir, ayağa qaldırmaq dövlətə qarşı çıxmasını istəyənlər var. 

Bir də ordu vurulur, Azərbaycan ordusu, Türkiyə və NATO standartını önəmsəyən, milli kadrlarını, irəli keçirməyə çalışan ordu. Üstəlik milli kadr, ordu generalı olan, ən ağır şəraitlərdə xidmət keçən ordu hissələrinə rəhbərlik edən generalları həm ictimai, həm siyasi nüfuzdan salmaq oyunları, piarları aparılır. Hətta həyatda olmayan XALQ, Prezident generalı şəhid Polad Həşimov üzərinə də oyun quruludu. General anası, Səmayə Həşimova ordu və ordu rəsmiləri haqda sərt danışdı. Ardıyca da, ana, şəhid anası, qadın oyunu qurdular. Bu çıxış üzərindən bir ananı nufuzdan salıb cəmiyyəti ikiyə parçalamağa çalışdılar. Üstəlik generalın anasını öyrədiblər deyən, "ağıllı-ağıllı" kimlərsə tərəfindən yazılan mətnlərdə "General ANA" mənəvi rütbəsindəki qadın obrazını zədələmək, insanları qıcıalandırmaq və sair məsələlərlə bağlı, sual-təkliflərim var. Özü də Rusiya, Qazaxıstanı işğal etdiri Türk dünyasını birliyini zədələməyəçalışdığı bir məqamda, ABŞ, Avropa, BMT, NATO, Dövlət Departamentinin də bu işğala etirazına rəğmən işğalın davam etməsinə, Gəncədə müharibə cinayətləri reallaşdıran sabiq Ermənistan Müdafiə Nazirinin Rusyiaya səfir göndərilməsinə və sair kimi göstərilərə rəğmən ruslar işğalı və qırğınları dayandırmır. 

Azərbaycana isə hücumlar səngimir. Hələ ki, ölkə ayaqdadır. Xalq dövlətinin yanında, arxasındadır. Bura qədər, möhtəşəm dirəniş göstərib Azərbaycan və XALQ! Ancaq az əvvəl qeyd etdiyim sual-təkliflərin böyük qismi hələ də araşdırılmamışdır, ictimai rəyə mesajları ötürülməmişdir. Odur ki, təkrarlamağa ehtiyac var, çünki bu suallarn cavabları gələcək işğalların qarşısını almaq üçün xalqla bölüşülməlidir. Əks halda xalqı hərə özünə gərəkənə inandırar...

1.Niyə Səmayə ana il yarımdan sonra danışdırıldı?

2.Niyə Türkiyə, Rusiya tərəfindən belə qəbul edilən Azərbaycan MN baş qərərgah rəisi, hələ də hədəf olaraq qalıb? 

3. Aprel savaşından sonra ölkədə "Tərtər işi" cinayətə törədənlər kimlər idi, bu haqda heç olmasa üstüörtülü ismarıclar niyə verilmir ölkə parlamentindən? 

4. Narkotiklər vətəni İranın, Qarabağda çökmüş Rusiyanın hansı toxunuşları, iştirakı var Azərbaycan ordusu ətragında baş verən oyunlarda? 

5. Ordunun və ayrı-ayrı qoşun növlərinin nüfuzdan salınması, onlara komandan, rəhbər olan milli generalların fəaliyyətinə kölgə düşürülməsi, hərb sahəsində, milli kadrların hədəfə alınması kimlərə və niyə sərfəlidir? 

6. Azərbaycanda ordu quruculuğu işində kimlər Türkiyə modeli, NATO standartı sərfəli deyil? 

7. Narkotiklə mübarizə, Iranla Qarabağda olmayan sərhədlərdə, indi Azərbaycan əsgəri və bayrağının mövcudluğu niyə qıcıq yaradır? 

8. Qubadlıda əsgər, zabit qətliamının kod səbəbləri nədir? Niyə ölkədə bu barədə danışmağa cürət edən yoxdur? Və ya niyə ustanovkalar verilmir?

 9. Niyə indi ölkədə məhz sərhəd qoşunları, polis və təhlükəsizlik xidməti hədəfdədir? 

10. Niyə milli media dövlətin gözündən salınır? Bütün milli media simaları barədə hələ Mehtiyev postundaykən aparılan sorğunun nəticələrini kimlər hazırlayıb, dövltə təqdim edib? 

11. Niyə bu qədər müəmmalı media quruluşlarının yaradılmasına, maddi və texniki təmin olunmasına imkan verilib? Harada necə gətirilir, ölkəyə necə keçirilir bu texnika və ya onu burada almaq üçün maliyyə vəsaiti? Bankda sıravi vətəndaş yüx ABŞ dolları alanda sənəd imza tələb edilir, on min vəsaiti üstündə ölkədən çıxaran nəfəsi kəsilənəcən sorğulandığı halda, bu maliyələr sorğulanmır? 

12. Niyə ölkədə gerçək milli güclər bütün sahələrdə müdafiəsizdir? Haqlarında dövlətin ali rəhbərliyi qarşısında gözdənsalma kampaniyası aparılır?

Bu suallar əslində həm də cavabdır. Həm də təhlükənin nə qədər yaxın olmasına göstəricidir. Odur ki, sevə-sevə aldığınız vəzifələrdə, dövlətə və xalqa da sevgi ilə xidmət eləmək lazımdır cənablar. Çünki düşmən bütün siyasi boşluqlara sürətlə dolmaqdadır.

*** 

İndi kimlərsə düşünər ki, gündəmdə türk dünyası, onun gələcəyi, Azərbaycana gözlənilən siyasi və hətta istisna edilməyən hərbi hücumların təhlükəsi zamanında bu suallara və ya yazıya ehtiyac var idimi? Birmənalı şəkildə var! Çünki milli güclər və onlara yaradılan problemlər məhz düşünülmüşdür və xaricidən gələcəyi istisna olunmayan maraqlara hesablanıb.

Yeri gəlmişkən, “Rusun NATO”- KTMT-nin Qazaxıstana girib girməmək məsələsi hələ müzakirə məqamında olarkən o qədər də diqqətə alınmayan bir epizod bu dediklərimin təsdiqidir. Müzakirələrin qızğın məqamında ortaya Rusiyanın RT telekanalının, “Россия сегодня” və “Sputnik” xəbər agentliklərinin baş redaktoru Marqarita Simonyan çıxdı. Bu o Marqodur ki, Bakının göbəyində istedadlı, azərbaycanlı jurnalistlərdən (istedadlarının qədrini bilməyən, onları sahiblənməyən məmləkətdə, mütləq başqa sahiblər tapılır-J.M), diplomatik nömrə ilə gəzən, ermən əsilli baş redaktordan ibarət "Sputnik" xəbər agentliyi qurub, redaksiya saxlayır. Üstəlik Ermənilərdən, Ermənistanın tən ortasında orden medallar alıb və Kremlin, qeyri rəsmi piarçısı, sözçüsüdür. Ona niyəsə Bakıda da gözün üstə qaşın var deyə biləcək kimsə yoxdur. İndi Kremlin qeyri-rəsmi sözçüsü, Marqarita, nə deyib Qazaxıstanla bağlı, bir də ona diqqət edək. Marqo, twit atır və deyir ki, "Qazaxıstana kömək etmək lazımdırmı?" Yəni, dolayısı ilə sorur ki, Rusiya Qazaxıstana ordu ilə girsinmi?" Özü də cavablayır:

-Təbii ki, kömək lazımdır. Mütləq kömək etməliyik. Ancaq bəzi şərtlər də qoyulmalıdır:

1.Qazaxıstan Krımın müstəqilliyini tanımalıdır;
2. Kiril əlifbasına qayıtmalıdır;
3. Rus dili Qazaxıstanda yenə ikinci dövlət dili olmalıdır;
4. Rus məktəblərinə toxunulmamalıdır;
5. Anti-Rusiya mövqeli QHT-ləri ölkədən qovulmalıdır;
6. Millətçilərdən uzaq durmaq şərtilə anlaşılan daxili qardaşlıq siyasəti yürüdülməlidir.

“Anti-Rusiya mövqeli QHT-lər” və “millətçilər”, bu ifadələr milli güclərə təxribatların, həbs və qətillərin istisna olmadığını göstərir. Və Qazaxıstana girən KTMT məhz bunu etməkdədir. Eyni zamanda gələcək digər “işğallarda” da bu altı səbəbdən ikisinin xüsusi və strateji olduğunu qeyd etməkdə fayda var.

Kənar hücümların çeşidlərini də xatırlayaq ki, anlayış tam olsun: Saxta feministlər... LGBT... Qrand müxalifəti... Qərb müxalifəti...Radikal güclər... Dini təriqətlər... İçəridə narazılar və hikkəli ekslər... korrupsiya və rüşvətdə maraqlılar... Dini məzhəblər... Sektalar... "Xeyriyyə cərəyanları"... Siyasətdə olan kriminal... İrandan narkotacirlər... Rusiyadan siyasi iddialar... Müharibə cinayətləri... Genosid, soyqırım... Terror... Milli-etnik zəmində hücumlar... Milli dəyərlərə hücumlar... SOROS aktivistləri... Erməni kimi ləyaqətsiz düşmən... Müxtəlif beynəlxalq "insan haqları müdafiə qurumlarının" presinqi...süni qiymət artımları... öz millətindən yetişdirilən bloger manyaklar... hədəfə alınan ordu... polis, təhlükəsizlik orqanları, sorğularda qətl edilən yüzlərlə insan...


Odur ki, ölkədə özünə milli güc, kadr deyən hər kəs, kibirindən, nəfsindən, nifrətindən imtina edib, DÖVLƏTİM deməli, MİLLƏT, XALQ söyləməlidir! Çünki başqa yol yox artıq! 

Jalə Mütəllimova 
10.02.2022.




Ana səhifəyə qayıt        Baxış: 4 378          Tarix: 10-01-2022, 11:58      

Xəbəri paylaş


Paylaş:   

Prizma